İndoneziyanın dənizə düşmüş sərnişin təyyarəsində sağ qalan tapılmayıb - VİDEO

İndoneziyanın Yava adası sahillərində dənizə düşmüş "Boeing 737" tipli sərnişin təyyarəsində sağ qalan aşkar olunmayıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İndoneziyanın Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsi Bambanq Surio Aciyə istinadən "The Straits Times" qəzeti məlumat yayıb.

Onun bildirdiyinə görə, axtarış-xilasetmə əməliyyatları zamanı ölənlərin bədənlərinin hissələri aşkar edilib, lakin "sağ qalan yoxdur". O əlavə edib ki, axtarış sahəsi 150 kvadrat dəniz milinədək və 30-40 km dərinliyə qədər genişləndirilib.

Bazar ertəsi səhər İndoneziyanın Yava adası sahillərində qəzaya uğramış "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfər olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar