DOLLARIN MƏZƏNNƏSİ DƏYİŞƏCƏKMİ? - Elman Rüstəmovdan açıqlama + VİDEO

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov qarşıdakı dövrdə manat/dollar məzənnəsi və dəyişmə ehtimalı ilə bağlı sualı cavablandırıb.

Onun sözlərinə görə, Mərkəzi Bank pul kütləsinin hədəflənməsi rejimindədir. Yəni əsas məqsəd məzənnə deyil: «Məzənnə bizim aralıq hədəfimizdir. Bizim əsas hədəfimiz qiymət sabitliyidir».

Elman Rüstəmov bildirib ki, dolların məzənnəsi ilə bağlı dəqiq proqnoz yoxdur, amma daxili və xarici amillər Azərbaycanın xeyrinədir: «Dəqiq proqnoz deyə bilmərəm, amma həm daxili, həm də xarici şərait göstərir ki, makroiqtisadi sabitlik var. O cümlədən, neftin qiyməti sabitdir və yüksəkdir. Valyuta mövqeymiz möhkəmdir. ÜDM-nin də artımı dayanıqlıdır. Bütövlükdə bu məsələ makroiqtisadi sabitlikdən asılı olacaq, amma dediyim kimi, bu sahədə sabitlik var».

Elman Rüstəmov bildirib ki, yeni büdcə qaydalarının tətbiqi və orta müddətli xərclər strategiyasının tətbiqi bizə gələcəyə optimist baxmağa imkan verir. İnanıram ki, AMB və Maliyyə nazirliyi birgə fəaliyyətlə orta müddətli dövrdə makroiqtisadi sabitliyi qorumaq üçün lazımi addımları atacaq. /fed.az

635x100

Şərhlər

Zaur 2018-10-30 11:32:14

MİLLƏTƏ XALQA ATILMIŞ,TALANMIŞ MİLYARDLAR QAYTARILSA DEVALVASİYA OLMAYACAQ. OĞURLANMIŞ HƏR MANATIN YERİNİ MİLLİ BANKIN SƏDRİ BİLMƏLİDİR.

Oqtay 2018-10-30 11:32:14

Sual verməyə adam tapmadınız? O nə bilsin. Keçən dəfə də bilmədi indi nə bilsin

Timurchin 2018-10-30 11:32:14

Məndə başa düşmədim?! Ölkədə iqtisadi artım praktiki olaraq müşahidə olunmur, ehtiyat pulların (dövriyyədə pul kütləsinin) ÜDM-lə müqaisədə artımı olduqca kiçik, inflyasiya – orta illik, stabil olaraq az (əhalinin alıcılıq qabiliyyəti və biznesin ödəniş qabiliyyətinin zəif artımı ilə əlaqəli) və deflyasiya həddinə yaxınlaşır, belə şəraitdə manatın məzənnəsi üzrə hansı proqnozlar vermək olar??? Təbii ki, qeyd olunmuş sabit məzənnə, digər iki variantın hər ikisi (devalvasiya və revalvasiya) iqtisadiyyata neqativ təzyiqlər müəyyənləşdirəcək, makroiqtisadi tarazlığın pozulması ilə əlaqəli, ələlxüsus neftin yüksək qiymətləri və neft gəlirlərinin sterilizasiya imkanları şəraitində

********* 2018-10-30 11:32:14

Maralı müsahibədir.... amma nə üçünsə qaldırılmış sualların hamısı açıq qaldı...)))) Əvvəla, dünyanın əksər ölkələrində Mərkəzi bank meqa-requlyator hüquqlarına malikdir (hətta Rusiyada da). Bu səbəbdən mərkəzi banklar ölkənin maliyyə bazarının vəziyyətindəki mümkün dəyişiklikləri və qabaqlayıcı təsirləri dəqiq müəyyənləşdirə bilir. Əgər Azərbaycanda Mərkəzi bank Maliyyə nazirliyinin fəaliyyətini proqnozlaşdıra bilmirsə, bu fəaliyyətdə zəruri tələb olunan məhdudiyyətlər, səmərəli büdcə qaydaları müəyyənləşməyibsə, istər manatın nominal məzənnəsi, istərsədə faiz dərəcəsi və inflyasiya üzrə hansı təminatları vermək olar??? Əgər mərkəzi bank məzənnə ilə inflyasiya arasında seçim edirsə, seçimin reallaşma mexanizmi (bank sektoru) onun nəzarətində deyilsə, bu halda əldə olunan sabitliyin dəyəri (səmərəliliyi) kim tərəfindən qiymətləndirilməlidir??? Yəni, əgər sabitlik varsa, iqtisadi artım isə yox (ələlxüsus neft amili nəzərə alınmazsa) belə siyasətin məsuliyyətini/cavabdehliyini kim daşıyır???

G.M 2018-10-30 11:32:14

Azal Cahangir,E.Məmmədyarov Azərbaycan dilinə,bəlkə də Azərbaycana hörməti olmadığı üçün ``dolaşıq`` ağıllarına gələni danışırlar..E.Rüstəmov isə biclikdən dorma-dolaşıq danışır ki,heç kəs,heç nə başa düşməsin.

Son yazılar