PREZİDENT 3 RAYONA YENİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Dosyelər + FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev həmçinin Tahir Nadir oğlu Məmmədovun Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Qeyd edək ki, Vuqar Teyyub oğlu Zeynalov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, 2015-ci ilin 28 dekabr tarixindən etibarən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2012-ci ildən etibarən Vuqar Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib.

Ailəlidir, iki övladı var.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edilən Tahir Nadir oğlu Məmmədov isə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin mart ayında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tahir Məmmədovu özünə yeni müşavir təyin etmişdi.

Bundan öncə T.Məmmədov İctimai Televiziyada müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, Prezidentin sərəncamı bu gün Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Beyləqan rayonuna başçı təyin edilib.

635x100

Şərhlər

elcin-jurnalist 2018-10-30 15:53:24

Asif aqayev Samaxida apardiqi abadliq -quruculuq islerini Beyleqanda da davam etdirecek. Mehz cenab prezident buna gore onu beyleqana basci teyin etdi. Beyleqan diger rayonlara nisbeten inkisafdan qalmisdi. Bu teyinatla beyleqana yeni inkisaf gelecek. Asif muellime uqurlar.

Altay Hüseynov 2018-10-30 15:53:24

Vuqar müəllim çox savadlı və dövlətçiliyimizə xeyir verən dəyərli ziyallımızdır.İcra baçısı təyin olunmasına çox sevindim və yeni işində uğurlar arzulayıram . Allah cənab Prezidentimizi və Sizi qorusun.

Son yazılar