ZAMİRƏ HACIYEVA LONDONDA 21 MİNLİK İTİ İLƏ... - FOTOLAR

Jurnalist Turxan Qarışqa Facebookda maraqlı paylaşım edib. İctimai və informativ əhəmiyyətini nəzərə alaraq, həmin statusu dərc edirik:

"İngiltərənin Daily Mail qəzetinin jurnalistləri Beynəlxalq Bankın həbsdə olan prezidenti Cahangir Hacıyevin xanımı Zamira Hacıyevanı Londondakı villadan iti gəzdirmək üçün çıxanda görüntüləyiblər.

Qəzet yazır ki, siz Azərbaycanda 200-300 manata işləyəndə, Zamira Hacıyeva bahalı həyat yaşamağa davam edir:

Qəzet bankirin xanımının geyindiyi paltarları belə qiymətləndirir: (manatla)

Gucci ace brendinə məxsus idman ayaqqabısı -  625 avro (1209 AZN);

Gucci brendinə məxsus idman şalvarı - 530 funt sterlinq (1153 AZN);

Miu Miu brend günəş eynəyi - 290 funt sterlinq (631 AZN);

Gödəkçəsi - təxminən 800 funt sterlin (1738 AZN).

Hermes şirkətinin constance brendinə məxsus əl çantası - 6500 funt sterlinq(14.151 AZN);

Hamısı birlikdə 18.882 AZN edir.

Qəzet itin qiymətini də dəqiqləşdirib: 21.700 AZN. İtin aylıq yemək və aksesuar xərcləridə təxminən 3200 AZN. 

Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.

Bunların hamısını toplayanda 43.782 AZN edir".

İtin aksessuarları isə təxminən 1000 funt sterlinq dəyərində qiymətləndirilib. Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.

Xatırladaq ki,  London Yüksək Məhkəməsi cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində və Milli Kriminal Agentliyin iddiası əsasında Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Bunlar Londonun Naytsbirc rayonunda dəyəri 15 milyon funt sterlinqə yaxın olan malikanə, 11 milyon funt sterlinq dəyəri olan qolf-klub, 50 milyon dollara yaxın dəyərində olan "Gulfstream” təyyarəsi daxildir. Habelə üzə çıxıb ki, Zamirə Hacıyeva təxminən 10 il ərzində-ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə həmin bankın verdiyi 35 kredit kartı ilə Londonun ən bahalı alış-veriş mərkəzi olan "Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib.

55 yaşlı Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə həmin aktivlər müsadirə olunacaq.

Belə məlum olub ki, xanım Hacıyeva gəzintiyə yollanarkən idman üslubunda geyimdə olub, bu geyimin ümumi dəyəri 8500 funt sterlinqdir. Hacıyevanın nadir pomerants cinsindən olan ev iti isə 10 min funt sterlinq dəyərindədir.

Rasim

AzPolitika.info

 

635x100

Şərhlər

Tural 2018-10-30 16:36:30

Biz niye deqradasiya oluruq? Hansisa millet itle gezir bize ne? kimese ozumuzdeki neyise yeride bilmirik amma basqasinin zay bir hereketini gotiririk

marif 2018-10-30 16:36:30

Bizim milleti butov hamisini getyryb mongolstana , mongollari azerbaycana ...... Ve goyden uc alma dusdu

G.M 2018-10-30 16:36:30

Zamirə Azərbaycanı dizi üstə qoyan parazitlərin simvoludur.Oturub utanmadan onun xərclədiklərini,geyinib,yeyib-içdiklərini və.s qeybət şəklində müzakirə edirik.Özümüzə sual vermirik ki,``Ay bədbəxt,bunlardan sənə nə,sən ki,ömrün boyu onun bunu dağıtdıqı əmlakına biganəsən``

NURəddin 2018-10-30 16:36:30

HĞRMƏTLİ AZPOLİTİKA,MƏN ÖZ ŞƏRHİMDƏ-BƏZİ SÖZÜ İŞLƏTMƏMİŞƏM.SİZ ORA HƏMİN SÖZÜ YERLƏŞDİRMƏKLƏ MƏMURLARIN BİR QİSMİNİ MƏNİM NİFRƏTİMDƏN KƏNARLAŞDIRMIŞ VƏ BUNUNLA DA HAQQIMA GİRMİŞ OLURSUNUZ.ONA GÖRƏ DƏ ŞƏRHİMİ REDAKTƏNİZDƏN ƏVVƏLKİ VERSİYASINA QAYTARIR VƏ BƏYAN EDİRƏM.MƏN 1 AZƏRBAYCAN VƏTƏNDAŞI OLARAQ ÖLKƏNİN BÜTÜN MƏMURLARINA VƏ ONLARIN HARIN AİLƏLƏRİNƏ NİFRƏT EDİRƏM.VƏ BU NİFRƏT BİRMƏNALI OLARAQ,İNTƏHASIZ OLARAQ BÜTÜN MƏMURLARA ŞAMİLDİR.ƏN XIRDASINDAN TUTMUŞ ƏN HƏNGLƏRİNƏ QƏDƏR.VƏ 7 ARXA DÖNƏNLƏRİ DƏ DAXİL

S.H. 2018-10-30 16:36:30

Dusuk -dusuk aqziniza gelen reyleri yazmayin. Guya bu gun Azerbaycandaki memur surusunun hamisinin var dovleti, pulu Zamirenkinden de COXDUR! Sadece onlarin elindeki pullari ala bilmirler. Ona gore de her gun aqizlarina gelenleri yazdirirlar! Butun bu gunhlar tek, Cahangirde, ya Zamirededi???? Her dasin altinda minlerle memurlarin zamireleri var! DUSUNUN, arvad qeybeti etmeyin!

NURəddin 2018-10-30 16:36:30

Buna azərbaycanlı, müsəlman qadın demək olarmı? Həşdat beş yaşı var itlə-pişiklə oynayır.Bunun lijiminə bax, keçuirdiyi həyat tərzinə bax.Bu anadan nə götürmək, nə öyrənmək olar? Özünü ingilisə oxşatmaq istəyib monqola oxşayıb.Budurmu bunların zövqü? Budurmu bunların həyatdan istədikləri?Ölüm olsun canınıza London küşələrində veyillənən canınıza.ALLAH bilir gecələr yığılıb qumar da oynayırlar.Bunlardan nə desən çıxar... BƏZİ MƏMURLARA VƏ AİLƏLƏRİNƏ NİFRƏTİM O QƏDƏR BÖYÜKDÜR Kİ, HEÇ CÜR ÖZÜMÜ CİLOVLAYA BİLMİRƏM.

Oqtay 2018-10-30 16:36:30

Londonda bəyəm tək bu yaşayır duxlu oğulsunuz o biri qudurğanlardan da bir cümlə yazən .Özü güya burada olub orada kef edənləri niyə yazmırsınız Qorxursunuz? Kişisən onlardan da yaz.Sifətsizlər

ayzek 2018-10-30 16:36:30

Cahangir də burda türmədə it günündə yaşayır.Amma onun qiyməti heç 21 funt da deyil.

azər 2018-10-30 16:36:30

21000 deyil, 2100-dür..1 funt 2 m 10-20 qəpik

Allah Bendesi 2018-10-30 16:36:30

bu itin qiymeti max 1300 dollardi,inanmayan olsa subutum var.

Müəlimə 2018-10-30 16:36:30

Mən 150 manata işləyirəm əynimə geyinəsi paltar tapmıram.Uşaqlar bir gün mənə baxıb pıçıldaşdılar.Mən çox maraqlandım bunlar niyə pıçıldaşır,uşaqlardan biri dedi ki,deyirlər ki müəllimə keçən ilki paltarıni geyinib.Mən qərara gəldim işdən çıxdım.institutu qırmızı diplomla qurtarmışam. nə olsun ki.

Son yazılar