Çin bankları Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb - Kütləvi halda

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Çin bankları kütləvi halda Rusiya şirkətlərinin hesablarını bağlamağa, müştərilərin ödənişlərini bloklamağa və hətta onlara valyuta mübadiləsindən imtina etməyə başlayıblar. Bu barədə «Skimax» şitrkətinin idarəçi həmkarı İqor Şibanova istinadla, «RİA Novosti» yazıb.

Onun sözlərinə görə, 2,5 il bundan əvvəl belə tədbirlər ABŞ və Avropa İttifaqının sanksiya siyahılarına düşən şirkətlərə aid edilirdi. Amma indi Çin bankları bütün Rusiya biznesinə «zəhərli» kimi baxır.

«Artıq Rusiya pasportu ilə baklarda hesab açmaq mümkün deyil - əgər təsisçi və ya direktor Rusiya vətəndaşıdırsa» - deyə, Şibanov danışır. O, qeyd edib ki, bank rəhbərləri ilə əlaqə saxlamaq da heç bir nəticə vermir.

«Bizə dedilər ki, «ölkədə pulların yuyulmasına qarşı mübarizə gedir, sizin ölkəniz isə risk qrupuna daxildir», ona görə, belə qərar qəbul olunub» - Şibanov əlavə edib.

Bəzi rusiyalı turistin Çin banklarında şəxsi hesabla bağlı çətinliyi yaranıb. Məsələn, onlar bankda pullarını dəyişə bilməyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar