İki gündə 19 milyard dollar itirdi! - Dünyanın ən varlı adamı yeni antirekorda imza atıb

"AzPolitika" xarici mətbuata istinadla xəbər verir ki, bir sıra dərgi və agentliklərin versiyasına görə, dünyanın ən varlı adamı sayılan Ceff Bezos son iki gündə 19.2 milyard dollar itirib. Hazırda onun varidatının təqribən 128.1 milyard dollar olduğu bildirilir.

"Amazon"un sahibinin birdən-birə bu qədər "kasıblamasına" səbəb onun şirkətinə aid qiymətli kağızların kəskin şəkildə ucuzlaşmasıdır. Belə ki, "Amazon"un səhmləri iki gündə ardıcıl olaraq, 7.8 və 6.3 faiz dəyər itirib. İnvestorların C.Bezosun şirkətinə marağının azalması "Amazon"un açıqladığı son hesabatla bağlıdır. Belə ki, şirkətin son kvartal üzrə gəlirləri proqnozlaşdırılandan xeyli aşağı olub.

"Amazon"un bu itkisi daha çox dünya fond bazarlarındakı təlatümlərlə əlaqələndirilir. Bu təlatümlərin əsas səbəbkarı isə Tramp administrasiyası sayılır. Deməli, ABŞ-ın hazırki prezidentinin apardığı olduqca aqressiv iqtisadi və ticari siyasətin ilk iri qurbanlarından biri, elə Amerika şirkəti və onun sahibi C.Bezos olub.

Bezos iki gündə 19 milyard dollar itirməklə yeni antirekorda da imza atıb. Bundan əvvəl həmin antirekord "Facebook"un yaradıcısı Mark Zukerberqə məxsus olub. O, bu ilin iyul ayında iki günə 16.5 milyard dollar itirmişdi.

Onu da xatırladaq ki, "Amazon" dünyada kapitallaşması 1 trilyon dolları keçən ikinci şirkət sayılır. İlk belə şirkət isə "Apple" olub. Avqustda onun dəyəri 1 trilyon dolları keçib.

Cəlal

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar