1544 cəlilabadlı Cəmil Həsənliyə niyə nifrət edir? – Seçki rəqəmləri

MSK-ya inansaq, Araz-Hafiz cütlüyünün Cəlilabaddan aldıqları səs, az qala Cəmil Həsənlinin səsinə bərabərdir

9 oktyabr prezident seçkilərinin hansı səviyyədə təşkil olunduğunu, nəticələrin xalqın iadəsini əks etdirib-etdirmədiyini bilmək üçün MSK-nın elan etdiyi rəsmi rəqəmlərə baxmaq kifayətdir. Hər şey o qədər açıq şəkildə ortadadır ki, əlavə sübutlara heç bir ehtiyac duyulmur.

Məsələn, MSK-nın rəsmi rəqəmlərinə inansaq, Milli Şuranın vahd namizədi Cəmil Həsənli doğulduğu Cəlilabad rayonundan cəmi 2174 səs alıb. İlham Əliyev isə bu rayonu əhatə edən 67 və 68 saylı seçki dairələrindən ümumilikdə 46 292 səs alıb.

Lakin yenə də MSK-nın rəsmi rəqəmlərinə inansaq, əslən Cəlilabaddan olan professor Cəmil Həsənli öz rayonunda az qala Araz Əlizadəyə uduzacaqmış.

22 günlük seçki kampaniyası dövründə keçirilən bütün debatlarda missiyaları ancaq Cəmil Həsənlini iyrənc şəkildə təhqir etmək olan Araz Əlizadə ilə Hafiz Hacıyevə Cəlilabadı əhatə edən 2 dairədən üst-üstə 1544 səs yazılıb. Ailələri belə bu “təhqir maşınlarına” səs vermədiyi halda 1544 Cəlilabadlının guya onlara səs verməsi o deməkdir ki, ya Cəmil Həsənli nə vaxtsa öz yerlilərinə çox böyük pislik edib, ona bu rayonda nifrət edirlər, ya da Cəlilabadda bu sayda söyüş-təhqirdən xoşhallanan mozaxist var. Bunu başqa heç bir izahı yoxdur. Hələ onu demirik ki, Cəlilabadın bir neçə kəndi də 69 saylı dairəyə düşür və bu dairədə də Araz-Hafiz qardaşları əməlli-başlı səs alıblar.

Elə bu rəqəm 9 oktyabr seçkilərinin xalqın iradəsilə yaxından-uzaqdan əlaqəsi olmadığını yetərincə sübut edir.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar