“HAZIRLAŞIN, PARLAMENT SEÇKİLƏRİ OLACAQ!” – “Hakimiyyət xarici təzyiqə dözə bilmir”

“Deputat səlahiyyətlərinin məhdudlaşdırılması, daha doğrusu sözə baxmayanların cəzalandırılması prosedurlarının daxili nizamnaməyə salınması növbədənkənar Parlament seçkilərinin keçiriləcəyinin əsas əlamətidir”.

“AzPolitika.info”nun məlumatına görə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna edilmiş dəyişikliklərə münasibət bildirərkən belə iddia irəli sürüb.

Sözügedən qanuna ən diqqətçəkən dəyişiklik Milli Məclisin 9 nəfərdən ibarət İntizam Komissiyasına deputatı mandatından məhrum etmək səlahiyyətinin verilməsidir.

VİP sədri belə hesab edir ki, hakimiyyət ciddi xarici təzyiq qarşısında parlamenti buraxmağa hazırlaşır.

“Həm də bu onun göstəricisidir ki, iqtidar məcburiyyətdən nəzarət edə bilmədiklərini də Parlamentə buraxmaq zorundadır. Yəni beynəlxalq təzyiq dözülməzdir. Deməli, yeni siyasi eranın başlanması haqda dediklərim təsdiqini tapır”.

Partiya sədrinin fikrincə, müxalifət bu siqnalı düzgün qavramalı, təşkilatlanmalıdır. “Seçkilərə hazırlıq başlamalıdır. Ən geci gələn ilin payızına seçkilər olacaq. Büdcəyə transferlərin artırılması da seçkilərin olacağının indikatorudur. Hakimiyyət Qərbin təzyiqinə tab gətirə bilmirsə, müxalifət üçün bundan yaxşı fürsət ola bilməz”.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı xeyli müddətdir aktuallaşıb. Belə məlumatlar var ki, Qərb, parlamenti yenidən formalaşdırmaq tələbilə hakimiyyətə güclü təzyiq edir.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Gülağa 2018-10-31 14:59:34

Deputatlığa namizədlər təqdim oluduqları ərYoxsa Naxçıvanlını ZAkataladan,Lənkəranlının Bakıdan,Şəkilininazidə yaşayan və pasport qeydiyyatında olan şəxslər müvafiq rayonun əhalisi tərəfindən irəli sürülməlidir ki, milləti düşünərək Milli Məslisdə onlara xidmət etsin. Siyahi üzrə və ya partiyaların təqdimatında da bu hal nəzərə alınmalıdır.Yoxsa Lənkəranlını Qazaxdan,Naxçıvanlının ZAkataladan,Şəkilinin Qusardan,Qubalının Biləsuvardan deputatlığa namizəd verilməsi legitim sayıla bilməz!

Bəli Quliyev 2018-10-31 14:59:34

Öncə seçki qanununa baxılalıdır.Həbsxanalar,ordu,seçkidən azad edilməlidir.Çünki onlar basqı və əmrə tabedirlər.Onlar sırbıst öz fikirlərini bildirmək imkanından məhrumdurlar.İkincisi,seçki məntəqəsinə qruplarla insanların ( müəllim,həkim və s.) qrup halında seçki məntəqələrinə daşınmasının qarşısı alınmalıdır.Seçki komissiyalarınd,nəzarət qruplarında həqiqi bitərəf və müxalifət nümayəndələrinin iştirakı təmin edilməli,protokollara əsasən yekun edilməlidir.Yalnız bu zaman seçki leğitim olar.

Seçici 2018-10-31 14:59:34

Yenə siyahi deputatlar,avtobuslar,deyiləni etməsələr işdən qovulmaq təhlükəsi ilə üzləşən müəllimlər,həkimlər, idarə işçiləri və Məzahir bəy! Kresloda çürümüş deputatlar.

mamikon 2018-10-31 14:59:34

salam ay AzPolitika. Yaziqlar olsun bu millete ... secki proqnozu verir...

miri 2018-10-31 14:59:34

Azərbaycan kimi kiçik unitar ölkədə millət vəkillərinin hansısa ərazi üzrə olması qeyrimənti və xeyirsizdir. İndiki deputatlar ərazidə yaşayanların sikayət və müraciətlərini sorqu ilə hansısa dövlət orqanına ötürmək kimi "poçtalyon" səlahiyyətindən başqa ərazidə bir "iş" görmək səlahiyyətinə malik deyillər.Odurki, çoxmandatli seçki dairələri (ən azından 50 faiz) və paritet əsaslı seçki məntəqələri yaranmasa, bu seçki şousunda iştirak edənlər millət üçün yox, digər maraq üçün ola bilər.

Nazim 2018-10-31 14:59:34

BU İNDİKİ BİZNESMEN DEPUTATLATI VƏ TALANÇI MƏMURLARI UŞAQLARI İLƏ TUTUB POZİTSİYA BASSALAR YAXŞI OLAR. BİR AZ DA VƏTƏN TORPAĞINI QORUYARLAR. BU TORPAĞIN QANINI SORAN BUNLARDIR. ŞƏHİD OLAN ANCAQ YETİM YESİRLƏRDİRLƏR.

Müfəttiş 2018-10-31 14:59:34

Hakimiyyətin müxalifəti Parlamentə belə asanlıqla buraxması, elə onların xam xəyallarından ibarətdir. Əvvəlki illərin təcrübəsindən nəticə çıxartmaq lazımdır....

G.M 2018-10-31 14:59:34

Parlament seçkiləri olması üçün MSK təşkil olunmalıdır.Ona görə yox ki,PA-dan idarə olunur.Əsla.mən deyərdim ki,heç bir tələb,təyziq olmasa da,MSK düzgün seçkinin keçirilməsi qaydalarını bilmir.2-si Xalq təlimatlanmalıdır ki,seçkidə düzgün seçim eləsin.Bir qurup ``qaraguruhun`` toruna düşməsin.İqtidar düşərgəsində olan `yırtıcı`` məmur və əli iqtidarın cibində olan əsgi axc -dən ibarət `komanda` zərərsizləşməlidir.Bu başdan Vətənə xəyanət etməyən Oliqarx və iqtidar mənsublarına Aministiya elan olunmalıdır.

ayzek 2018-10-31 14:59:34

Əli bəy,sən də Etibar kimi camaata nömrə gəlmə!heç bir təzyiq-zad yoxdur!

Son yazılar