MƏMUR OĞLU İÇKİLİ HALDA SÜKAN ARXASINDA! - Avtomobilinin qiyməti 300 mindir... (FOTOLAR)

DYP-nin keçirdiyi son reyddə sərxoş halda saxlanılan sürücülərdən biri məmur övladıdır.

BakuPost-un məlumatına görə, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

Əldə etdiyimiz məlumata görə, Fərhad Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğludur. Atasının yaxın çevrəsi vasitəsilə oğlu barədə xəbərin yayılmasının qarşısını almağa çalışdığı, lakin buna nail ola bilmədiyi deyilir. DYP Fərhad Hacıyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sənədləri məhkəməyə göndərib.

Qeyd edək ki, F.Hacıyevin idarə etdiyi avtomobilin qiyməti 300 min manat civarındadır.

635x100

Şərhlər

İlqar Rusiyalı 2018-10-31 16:35:31

YAP hakimiyyətinin əqidəsiz və mənliksiz nümayəndələrinin soyğunçuluğu və oğurluğu həmişəki kimi davam edir. Bu da onlardan biri. Oğru və harınlamış məmurun törəməsi ondan artıq ola bilməz.

Hafiz 2018-10-31 16:35:31

Ən böyük günah onda deyil, günah bu şəraiti ona yaradandadır. O ki, qaldı vətəndaşın sənədinin internetdə yayımlanmasına, mənim fikrimcə qoy hamı görsün "seçilmiş" azərbaycan vətəndaşıni.

Rüstəm 2018-10-31 16:35:31

Belə şey ola bilməz. Əslində hər kimdirsə vətəndaşın sənədini internetdə yayımladığına görə məhkəmə qarşısında cavab verməlidir. Bu saxlanılan adamın , şəxsi hüquqlarının pozulmasıdır.

t.ədalət 2018-10-31 16:35:31

DTX cinayətkar axtarır.Bu da 300 minlik avtomobil sürən,yüz dəfə artığını gizli yerlərdə saxlayan məmur oğlu!Yoxsa,hansısa jurnalist,hansısa oliqarxın obyektindən bir kibrit çöpü aparıb deyə,az qalırlar ki,hay-küyləri ilə dünyanı lərzəyə salsınlar.Oğru və dələduz buna deyərlər!Yəqin ki heç cəbhə xəttini də tanımır.Əlbəttə,300 minlik maşın sürən gedib vətəni qorumaz.

G.M 2018-10-31 16:35:31

....Şərəf və ləyaqətimiz tükdən asılı qalıb.Allahın yazığı gəlsin bizlərə.

Son yazılar