Prezident Beyləqanda yol tikintisinə 18,04 milyon manat ayırıb

Prezident İlham Əliyev Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla iyirmi iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,04 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

635x100

Şərhlər

Vahid 2018-10-31 18:22:06

Bu yola 2 il əvvəl pul ayrılmışdı və yol tikilib qurtarıb, açılışı da olub.Əla yoldur və heç bir problemi və ya təmirə əsla ehtiyacı yoxdur.Bu pul nəyə görə ayrılır camaat məəttəl qalıb.

Son yazılar