«Belarus ABŞ-ın ən etibarlı və səmimi həmkarı olacaq» - Lukaşenko vəd edir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Belarusun Prezidenti Aleksandr Lukaşenko Amerika Birləşmiş Ştatlarına (ABŞ) vəd verib ki, ölkəsi ən etibarlı və səmimi həmkar olacaq. O, əlavə edib ki, bunun üçün Minsk hətta öz ziyanına olsa belə, fəaliyyət göstərməyə hazır olacaq.

Bu barədə Prezident ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Aaron Uess Mitçellə görüşünün gedişində bəyan edib.

«Sizin Belarusun paytaxtında olmağınız artıq çox mətləblərdən xəbər verir. Şəxsən mən, çox ümid edirəm ki, sizin bu səfəriniz tarixi səfər olacaq və qoy bu səfərdən - yavaş-yavaş və mərhələli olsa da - Belarus-Amerika münasibətləri indiki vəziyyətindən çıxsın» - deyə, Lukaşenko bildirib.

O, qeyd edib ki, Minsk dünyanın müxtəlif bölgələrindəki həmkarları ilə münasibətləri inkişaf etdirməyə hazırdır.

«Biz, bu siyasəti yeridirik: müstəqil və suveren Belarus - fərqinə varmadan ki, bu, Avroittifaq, ÇXR, ABŞ-dır. Biz, suveren və müstəqil olmaq istəyirik və bu məsələdə planetin bütün güc mərkəzlərinə bərabər yanaşırıq. Hətta münasibətlərimizin ən mürəkkəb vaxtlarında belə, mən deməkdən usanmadım ki, biz, sizin ölkənizlə yaxşı münasibətlər qurmaqda maraqlıyıq...» - Lukaşenko davam edib.

«Əgər sizinlə münasibətləri irəli apara bilsək, o zaman mən sizə vəd edirəm: belaruslar sizin ən sadiq, düzgün və səmimi həmkarlarınız olacaqlar... hətta öz ziyanımıza olsa belə, biz bunu yerinə yetriəcəyik» - deyə, Lukaşenko bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar