Rusiya, Hindistan və İran Suveyş kanalına alternativ yaradacaq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Hindistan, İran və Rusiya noyabr ayında beynəlxalq «Şimal-Cənub» nəqliyyat dəhlizinin işə buraxılmasının müzakirəsi üçün görüş keçirəcəklər. Bu barədə «Press TV» telekanalı xəbər verib.

Qeyd olunur ki, uzunluğu 7,2 min kilometr olan yeni nəqliyyat dəhlizi Süveyş kanalının xeyli ucuz və qısa alternativi olacaq.

Yeni layihədə həm dəmir yolu, həm də su nəqliyyatı hərəkətə gətiriləcək. Bu marşrutla məhsullar Hindistandan İranın Bəndər-Abbas şəhərinə (Fars körfəzi) yola salınacaq, sonra isə Bəndər-Ənzəli limanına yönəldiləcək - oradan isə Xəzər dənizi ilə Astraxana gedəcək, sonra isə dəmir yolu ilə Avropa bazarlarına çıxarılacaq.

Ehtimal edilir ki, bu nəqliyyat dəhlizi yük daşınmasının vaxtını və qiymətini 30-40 faiz aşağı salacaq.

Məsələn, Süveyş kanalı ilə müqayisədə, yüklər Hinistanın Mumbai şəhərindən Moskvaya qədər «Şimal-Cənub» dəhlizi ilə 20 gün tez çatdırılacaq. Bundan başqa, yeni yolla illik yük daşımalarının həcmi 20-30 milyon ton təşkil edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar