ASTMA XƏSTƏSİNİN 7 DƏQİQƏLİK MÜQAVİMƏTİ... - O səs yazısında nələr var?

Hər kəs, bütün dünya “Cəsəd haradadır?” deyərək, Səudiyyə Ərəbistanından soruşur.

Məncə, boş yerə soruşuruq. Bilirsinizmi, niyə? Çünki Səudiyyə Ərəbistanı əsla bu suala cavab verə bilməz. Verə bilməyəcək. Axı, elə bir cəsəd yoxdur. Bizə cəsədi necə göstərəcəklər?

Yazıq adamı sadəcə öldürmədilər ki. Həm də cəsədini parçalayıb hissə-hissə turşularla və ya başqa kimyəvi maddələrlə yandıraraq, peşəkarcasına buxarlandırdılar.

Xülasə, insanlığa bu vəhşiliklərinin izahatını anlada bilməyəcəklərinə görə də heç vaxt bu suala cavab verməyəcəklər.

Mərhum bronxial astma xəstəsi imiş

İndi gələk yazının başlığındakı sualın cavabına. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı öncə Xaşuqcinin ölümü ilə əlaqələrinin olmadığını bildirərək, ələsalma tərzində, öz vətəndaşlarının yox olmasının onları da qayğılandırdığını söylədi. Lakin sonra Türkiyənin əlində bu cinayəti öz adamlarının etdiyini isbat edən səs yazısının olduğunu öyrənincə, etiraf etməyə məcbur qaldılar.

Bəs, öncə ABŞ Xarici işlər naziri Mayk Pompeoya, sonra Səudiyyə Ərəbistanı Kralının bir nömrəli kəşfiyyatçısına, ən sonda da MKİ direktoru Cina Haspelə dinlədilən o səs yazısında nə var?

Əslində, bu səs yazısı ilə bağlı həm türk, həm də dünya mediasında çox şey yazılıb, ondan bəzi detallar çatdırılıb. Məsələn, mərhumun boğularaq öldürülməsi, sonra da cəsədinin parçalara ayrılması kimi…

Türk dövlətinin əlində olduğu bildirilən səs yazısının bir gün ictimaiyyətlə paylaşılıb-paylaşılmayacağını bilmirəm. Ancaq o səs yazısını şəxsən dinləyən bir xəbər qaynağımdan öyrəndiyim bəzi qandondurucu məlumatları bu gün sizlərlə paylaşmaq istəyirəm.

Xaşuqcinin öldürüldüyü otağın konsul Məhəmməd Uteybinin iş otağı olduğu və mərhumun otağa girər-girməz boğularaq öldürüldüyü artıq yazılıb.

Bəs, görüntü olmamasına rəğmən, Xaşuqcinin sellofan torba ilə boğularaq öldürüldüyü sadəcə səs yazısına əsasən necə anlaşılıb? Əlbəttə ki, səs yazısında qeyd olunan danışıqlardan…

Qeyd olunan danışıqlara əsasən, otaqdakılardan biri qəflətən əli ilə Xaşuqcinin ağzını qapayır. Bunun belə olması da rəhmətliyin “Etməyin! Ağzımı bağlamayın, çünki bronxial astma xəstəsiyəm!” deyərək, bağırmasından anlaşılır.

Sonra o bağırtıların bir anda kəsilməsinə baxmayaraq, Camal bütün gücü ilə müqavimət göstərməyə çalışarkən, otaqdakılardan birinin onu boğmağa çalışana “Yaxşı sıx! Yaxşı sıx torbanı!” deməsindən başa düşülür.

O çamadanları özlərimi gətirdi?

Boğulmamaq üçün cəmi 7 dəqiqə səy göstərən Xaşuqcinin öldüyünə tam əmin olan canilər yazıq adamın cansız bədənini yerə sərirlər. Bu arada onlardan biri, anlaşılana görə, Məhkəmə-Tibbi Ekspertizanın rəhbəri S. Məhəmməd əl-Tubaiqi“Xeyli uzunmuş bu, ancaq problem deyil, öhdəsindən gələrəm!” deyir. Sonra da Səudiyyə Ərəbistanından gələrkən yanında gətirdiyi və hələ də nə olduğu məlum olmayan bir alətlə cəsədi parçalamağa başlayır. Bu arada da otaqda olan digər şəxslərə “musiqi” dinləmələrini tövsiyə edir. Və təqribən, 20 dəqiqə davam edən parçalama prosesi bitincə, parçalar öncə paketlərə, sonra da 5 ədəd olduğu təxmin edilən çamadanlara yığılır.

Öncə bu çamadanların “Qapalıçarşı”dan alındığı yazılmışdı. Lakin mənbələrim qətiyyətlə bu məlumatın doğru olmadığını söyləyir. Çünki çamadanların İstanbulda haradan satın alındığına dair çox genişmiqyaslı araşdırma aparılmış, ancaq hər hansı bir məlumat əldə edilməmişdir. Mənbəmin verdiyi məlumata görə, səudilər cəsədin yerləşdirildiyi bu çamadanları İstanbula gələrkən özlərilə gətirdikləri çamadanların içərisində gizlədə bilərmişlər.

Təqribən, saat 15.00-da qatillər əllərində Xaşuqcini cəsədinin parçaları olan çamadanlarla birlikdə otaqdan çıxırlar.

15.08-də isə şüşələrinə qara pərdə çəkilmiş mikroavtobusla konsulun 250 metr aralıda yerləşən rezidensiyasına doğru hərəkət edirlər.

“Cəsəd” itinin qarderobu işarə etməsi…

MİT və polisə görə, o çamadanlar həmin mikroavtobusla rezidensiyaya daşınıb. Onların rezidensiyadan hər hansı bir sübut əldə edib-etmədiklərini tam olaraq bilmirəm, ancaq İstanbul Polis İdarəsinin cinayət-axtarış şöbəsinin “Melo” adlı“cəsəd” itinin rezidensiyada bir qarderobun önündə xeyli durub hürüməsi və onu pəncələrilə cırmaqlayaraq işarə verməsi haqqında məlumat aldım.

Qarderobun içərisində hər hansi bir izə rast gəlinməyib, lakin iyə qarşı son dərəcə həssas olan “Melo”nun səhv etməsi mümkün olmadığı üçün bu, ağıllara Xaşuqcinin cəsədinin daha öncə həmin qarderobda saxlanmış ola biləcəyi ehtimalını gətirib.

Bilirəm ki, bu sətirləri oxuyarkən hamınızın mədəsi bulanır, üzü turşuyur və öz-özünüzə “Bunlar necə insanlardır?”deyərək, deyinirsiniz. Əmin olun, mən də eyni halda yazıram. Tamamilə dəhşətdir, lakin bu detalları mütləq yazmalıyıq və cinayət məsələsini canlı tutmalıyıq. Çünki vəhşicəsinə cinayət törədərək, insanlıq tarixinə qara ləkə salan Səudiyyə Ərəbistanının istədiyi şey bu hadisənin gündəlikdən çıxması və həmən unudulub getməsidir.

Lütfən, buna izn verməyək!

Bəli, ola bilsin, bizə bir cəsəd göstərə bilməyəcəklər, lakin biz ən yüksək tonla soruşmağa, araşdırmağa davam edərək, ən azı, adamı necə boğub, parçalayıb, buxarlaşdırdıqlarını da etiraf etdirə bilərik!

Sevilay YILMAN

“Habertürk”, Türkiyə, 31 oktyabr 2018-ci il

Tərcümə Strateq.az-ındır

635x100

Şərhlər

ayzek 2018-11-01 20:24:33

BU CİNAYƏTƏ GĞRƏ BÜTÜN DÜNYA MÜSƏLMANLARI HƏCC ZİYARƏTİNİ BOYKOT ETMƏLİDİRLƏR.ALLAHŞÜKÜR NƏ ƏCƏB SƏSİNİ ÇIXARMIR?NƏZİR QUTULARINA PEÇAT VURANDA DAHA TEZ REAKSİYA VERİRDİ.

Millikişi 2018-11-01 20:24:33

Ərəb və cahillik bir-birinin sinonimidir. 14 əsrdir bu cahillik bəşəriyyətin inkişafına buxov olub. Buna bənzər cinayətlər ərəblər tərəfindən yüz minlərlə edilib və edilir. Xaşuqi cinayəti isə üzə çıxanlardan sadəcə biridir. Fikir verin, onu törədən diplomatik manqa, cinayət alətləri və üslubu və s. Bu qəbildən olan vəhşiliklə genosid edilmiş «qılınc müsəlmanı» damğalı islam dünyasının manqurtlaşdırılmış hissəsi özlərinin belə anlamadığı dildə kor-koranə «ibadətlə» bəşərin inkişafından yüzilliklərlə geri qalmaqda davam edir. Kimdir günahkar? Əlbəttə, ərəb və cahillik!

Emil 2018-11-01 20:24:33

Dinimiz haqqında bele savadsız danışmamaq lazımdır. Seudiyyede olan bir şexs kimi deye bilerem ki burada onlar üzde İslam adı altında öz gerideqalmış enenelerini davam etdirirler, gizlinde ise tamamile eyş-işretle meşguldurlar. İslamdakı qetl bir döyüş zamanı, bir de qesdle bilerekden adam öldürenlere tetbiq olunur. Bilirsiz ki hal hazırda ABŞ-da edamın 5 növü tetbiq edilir.

G.M 2018-11-01 20:24:33

Elə də çox fərqi yoxdur.İstər boğub,öldürüb parçaladın,istərsə də diri-diri zindana basıb çürütdün.Müsəlmanın cəza tədbirləri faciəvi olur.Bəlkə də dinimiz belə tələb edir.Bilmirəm.Ancaq Baş kəsmək,dəri soymaq,şaqqalamaq,gözünü oymaq kimi cəza nöləri qədim tariximizdən məlumdur.Ərəblərin vəhşi təxəyyülü iyrənc və faciəvidir.

Son yazılar