Nigeriyada terrorçular 15 nəfəri öldürüb - Kənd imamı və ailə üzvləri diri-diri yandırılıb

Nigeriyada terrorçuların Borno əyalətinin 4 kəndinə hücumu nəticəsində 15 nəfər öldürülüb.“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, kəndə “Boko Haram” terrorçu qruplaşmasının hücum etdiyi ehtimal olunur.

Terrorçuların sayı 200-dən çox olub və mülki sakinlərə odlu silahlardan atəş açıblar.

Abba Malumati kəndində 8, Daloridə 2 nəfər öldürülüb. Kofa kəndində isə terrorçular kəndin imamını və onun ailəsinin 4 üzvünü diri-diri yandırıblar.

Hücum zamanı kəndin sakinləri çay istiqamətində qaçıb. Onların bəzilərinin suda boğulduqları ehtimal olunur.

Hüquq-mühafizə orqanları ölənlər və yaralananlar barədə hələ ki rəsmi açıqlama verməyib.

Kənd imamı və ailə üzvləri diri-diri yandırılması terrorçuların Qərbdən maliyələşən İslam düşməni olduğunu göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar