“SƏFİRLİYİN 2.4 MİLYON DOLLARINI MƏNİMSƏYİB” - Diplomatik rüsvayçılıq daha da qızışır

Ukraynadakı səfirimizin prokurorluğa şikayətindən Elmar Məmmədyarovun xəbəri olubmu?

sefirler

Azərbaycanın Ukraynadakı keçmiş və hazırki səfirləri arasındakı qarşıdurma günlər keçdikcə daha biabırçı hal alır. Xatırladaq ki, sabiq səfir Tələt Əliyev bir neçə gün öncə keçirdiyi mətbuat konfrasında hazırda səfir vəzifəsini daşıyan Azər Xudiyevin ondan Ukraynanın hüquq-mühafizə orqanlarına şikayət etdiyini bildirmişdi.

Dünya diplomatiyası tarixində çətin ki, bənzəri olan bu hadisəni özünə qarşı qisasçılıq kimi dəyərləndirən sabiq səfir deyib ki, Azər Xudiyev hələ onun səfir olduğu dövrdə özünü qeyri-adekvat aparıbmış: "Mən səfir olanda bu adam mənim diplomatım olub. Özünü bəzi hallarda adekvat aparmadığına görə, barəsində Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdimat yazmaq məcburiyyətində qalmışam. İndi o məndən bunun qisasını almağa çalışır. Onun barəmdə şikayət ərizəsi ilə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi görünməmiş hadisədir və nəinki bizim, digər ölklərin diplomatik missiyalarının təcrübəsində də belə hallara heç vaxt rast gəlinməyib”.

Qeyd edək ki, hazırki səfirimizin T.Əliyevin səfirliyə ayrılan vəsaitləri mənimsəməsinə dair şikayətindən sonra Ukraynanın hüquq-mühafizə orqanları araşdırmaya başlayıb, hətta sabiq səfirin evində axtarış aparılıb. Bundan hiddətlənən T.Əliyev ümumiyyətlə, Azər Xudiyevin Ukraynadakı nüfuzlu azərbaycanlılara qarşı qərəzli mövqedə olduğunu iddia edib: "Azər Xudiyev Ukraynadakı azərbaycanlılara, Azərbaycan üçün böyük işlər görmüş insanlara müharibə elan edib və o, səfir kimi vəzifələrinin icrası ilə deyil, şəxsi müstəvidə “razborkalar” aparmaqla məşğuldur..."

"Bu polemika Azərbaycanın Ukraynadakı mövqeyinə mənfi təsir edir..."

Diplomatlar arasında baş verən bu insidentə Milli Məclisin bəzi üzvləri də təpki verib. Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun Azərbaycandan olan rəhbəri Rüfət Quliyev parlamentdəki çıxışında qeyd edib ki, ölkəmizi təmsil edən sabiq və indiki səfir arasındakı problemlər bu şəkildə üzə çıxmamalıdır: "Axı nəyə görə başqa dövlətin və başqa xalqın nümayəndələri bunu eşitməlidirlər? Mən onun tərəfdarıyam ki, bu kimi problemlər ortaya çıxanda o Azərbaycanın hüquq-mühafizə orqanlarının gücü ilə həll olunmalıdır".

Millət vəkili Zahid Oruc isə məsələyə daha sərt münasibət bildirib: "Düz bir aydır Azərbaycanın Ukraynadakı indiki və keçmiş səfiri arasında dartışma davam edir. Mövzu nədir? 10 il öncə səfirliyin binası təmir olunanda yeyintiyə yol verilib, yoxsa yox. Ay qardaş, bu məsələ Azərbaycanın kompetensiyasında olan bir problemdir, bunu Ukrayna prokurorluğuna müraciət edəndə bir sabiq və indiki səfir arasındakı bu polemika Azərbaycanın Ukraynadakı mövqeyinə mənfi təsir edir. Kimsə bu məsələ ətrafında polemika açmaq istəyirsə, gizli bir məktubla Azərbaycanın prokurorluğuna, daha yuxarı hakimiyyət orqanlarına müraciət etsin, yoxsa bu məsələ ətrafında polemikanın media vasitəsilə ictimailəşməsinə yol vermək olmaz. Onların buna ixtiyarı yoxdur... ".

"Tələt Əliyev Azərbaycan dövlətinin 2 milyon 400 min dollar vəsaitini mənimsəyib..."

azer

Ancaq Azər Xudiyevin ittihamları da kifayət qədər ciddi və əsaslandırılmış görünür. Səfir "Ölkə.Az"a açıqlamasında Tələt Əliyevin Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışan zaman külli miqdarda vəsait mənimsədiyini və hətta onun bir hissəsini qaytarmağa nail olduqlarını söyləyib: "Tələt Əliyev səfir olan zaman Ukraynada səfirliyin adına hektarlarla yerlər alıb, sonra da həmin obyektləri həyat yoldaşının adına keçirib. Əlimizdə bütün bunların hər birini sübut edən faktlar və sənədlər var. Tələt Əliyev 2007-2008-ci illərdə Azərbaycan dövlətinin vəsaiti hesabına alınan həmin mülkləri həyat yoldaşının və Səbinə Qasımova adlı xanımın adına keçirib. Konkret faktlarla da sübut olunub ki, Tələt Əliyev səfir işlədiyi dövrdə Azərbaycan dövlətinin 2 milyon 400 min dollar vəsaitini mənimsəyib. Təsəvvür edin ki, Tələt Əliyev Bakıdan geri çağırılması barədə məktubu alandan dərhal sonra tələm-tələsik bankdan hər həftə 320-350 min dollar vəsaiti çıxararaq, guya dövlət üçün otel-restoran tikdirmək adı ilə mənimsəyib. Sonra da həmin obyektləri öz həyat yoldaşının adına keçirdib. Mən bütün bunları bilən kimi prokurorluğa, məhkəməyə müraciət edərək, həmin mülkləri Azərbaycan dövlətinin adına keçirməyə nail olmuşam. Hazırda Tələt Əliyevin öz adına keçirdiyi mülklərdən biri qalıb. Çalışıram ki, o da Azərbaycan dövlətinin adına keçsin. Çünki o mülklərin hamısı Azərbaycan dövlətinin vəsaiti hesabına əldə edilib. Mən səfirəm və bütün bunlara göz yummaq dövlətimə xəyanət olardı..."

Səfir bütün bu məsələlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyini də məlumatlandırdığını söyləyib:

"Əlbəttə ki, mən dərhal bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat vermişəm. Ötən gün də nazirlikdən olan şəxslərlə danışmışam. Onlar da məsləhət gördü ki, bu barədə faktları dilə gətirim. İndiyədək bu məsələni ictimailəşdirmək fikrimiz yox idi. Tələt Əliyevin öz çirkin əməllərini ört-basdır etmək üçün düzəltdiyi şou bizi buna vadar etdi..."

Bunlar kifayət qədər ciddi itihamlardır və doğrudan da araşdırılmasına ehtiyac var. Lakin görəsən bunun ölkəmizin nüfuzuna xələl gətirəcək formada həyata keçirilməsi nə dərəcədə doğrudur?

Səfirin şikayətindən Məmmədyarovun xəbəri olubmu?

elmar memm

Əlbəttə ki, Azərbaycan dövlətinin Ukraynadakı səfirliyimiz üçün ayırdığı vəsaitin mənimsənilməsinə dair şikayətin bizim ölkənin yox, Ukraynanın hüquq-mühafizə orqanlarına göndərilməsi birmənalı qarşılana bilməz. Lakin məlum deyil ki, səfirin Ukrayna Prokurorluğuna müraciətindən şəxsən xarici işlər nazirinin xəbəri olubmu? Doğrusu, dövlətin adını və nüfuzunu uca tutan bir nazir buna razılıq verməyə ən azından tərəddüd edərdi. Və məsələnin Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həllinə üstünlük verərdi. Lakin Elmar Məmmədyarovun "xüsusiyyətlərini" nəzərə alsaq, onun məsələdən xəbərdar olduğu və səfirin şikayətinə razılıq verdiyi də istisna edilə bilməz.

Digər tərəfdən, əgər doğrudan da Ukraynadakı səfirliyimizdə mənimsəmə faktı olubsa və zamanında bu məsələ arşdırılaraq, həllini tapmayıbsa, deməli buna görə nazirin, yəni Elmar Məmmədyarovun özü də məsuliyyət daşıyır! Nədən bu məsələ T.Əliyevin səfir olduğu müddətdə, yaxud ondan qısa müddət sonra yox, 2016-cı ildə Azər Xudiyevin səfir təyin olunmasından sonra qabardılıb? Axı T.Əliyevdən sonra 5 il müddətində həmin vəzifəni başqa bir diplomat - Eynulla Mədətli daşıyıb.

Bir sözlə, XİN rəhbərliyinin mövqeyi, daha doğrusu mövqesizliyi də bu qalmaqalın yaranmasında həlledici rol oynayıb - səfirin biri korrupsiyada ittiham olunur, digəri də öz ölkəsini təmsil etmiş diplomatdan yad ölkənin hüquq-mühafizə orqanına şikayət göndərir. Hər halda bu mənzərə nə ölkə olaraq Azərbaycana, nə də Elmar Məmmədyarovun nazirliyinə baş ucalığı gətirmir...

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Tosu 2018-11-02 00:08:30

Bu yeni sampuncik sefir guya ozu quru maasla yasayir ay sen olesen

Pisi 2018-11-02 00:08:30

Yeni sefirin uz cizgilerinnen hiss olunurki keyfiyyetsiz adamdi.son zamanlar genc memurlara ustunluk verilir amma geriye gedirik

S.Ənvərqızı 2018-11-02 00:08:30

Vəzifəli şəxslər tərəfindən dövlət əmlakının talan olunmasının əsas səbəblərindən biri,vətəndaşların şikayətinə baxılmamasıdır? Vətəndaşın şikayətlərinə vaxtında baxılsa,dövlət əmlakının talan olunmasının qarşısı alına bilər? İkinci,dövlət əmlakının talan olunmasının qarşısını almaq üçün keçmiş SSRİ dönəmində olan yoxlamalar,o cümlədən mühasibat uçotu bərpa olunmalıdır.Dövlətimizi qəlbən sevən qüsursuz Rabitəçilər işsizlik həyatı yaşayır,qeyri-peşəkar kadrlar Rabitədə,mühüm vəzifə sahibidirlər,şikayətədə ba

S.Ənvərqızı 2018-11-02 00:08:30

Döfləti vəzifələrə cavanlar yox,təcrübə görən 50-yaşdan yuxrı kadrlar təyin olunmalıdır,çünki təyin olunan cavanlar vətəndaşı dinləyib tədbir görmək iqtidarında deyillər,süründürməçiliyə yol açırlar,vətəndaşı dövlətdən narazı salma hallarına üstünlük verirlər.Uzun müddətdir ki,haqsızlıqlarla əlaqədar PA-na müraciət edirəm,müraciətim baxılmaq üçün Rabitə Nazirliyinə göndərilir, məktublara nəzarət sistemi olmadığından, qanunsuz cavab verməkdən belə kəçinmirlər,sabiq rəhbərlərin ölənlərinə rəhmət oxutdururlar.

turan 2018-11-02 00:08:30

biabırçılıqdır..bəlkə də diplomatiya tarixində nadir haldır..öz dimlomatndan başqa ölkəyə şikayət edir.

ayzek 2018-11-02 00:08:30

BU XUDUBALA 10 İL BUNDAN QABAQ NİYƏ SƏSİNİ ÇIXARMAYIB?

Dr.AGAOGLU 2018-11-02 00:08:30

Hər sahə bu gündədir. Talama səfirliklərdəndə yan ötməyib göründüyü kimi.Maraqlı olan odur ki,talançılar taladıqlarını arvad-uşaqlarının adına keçirirlər.Və qanunda təsbit edir ki,arvad- uşaq atanın əməlinə cavabdeh deyil.Soruşanda yoxdur ki,arvad-uşaq bu"halal" sərvətin üçün ödədiyin vergi kağızın hanı?O ki, qaldı bu işdən Məmmədyarovun xəbər tutmasına, Azər kişi məktubu azərbaycanca yazdığına görə o,bunu bilməyə bilərdi.

cəngərlik sakini 2018-11-02 00:08:30

Bir məsəl yadıma düşdü. Ondan mənə yox- onun içinə po* Həmən dövrdə buna çatmayıb ondandı.Güya bu "ŞƏRƏF" lə vətənə xidmət edəcək.BU CƏMİYYƏTDƏ???Fəhləsindən tutmuş.....hamı oğurlamağa çalışır.Bunun olmaması üçün heç kim oğurlamamalıdır.

EJDER 2018-11-02 00:08:30

BUNA DEYIRLER ANALOQU OLMAYAN IDARECILIK VE DIPLOMATIYAMIZIN UGURLU INKIWAFI.IKIVUZDE BIR P...Z,HAMI YEYIR SIZDE YEYIN DAQIDIN...INKIWAF EDIN.XOXOLLARIN YANINDA BIZI BIYABIR ETMEYIN.DUNYA ICTIMAYETI BIZE NE DEYER...HAY HAY...CIXDI ELIKIN

Sakit 2018-11-02 00:08:30

Azərbaycanın xaricdəki səfirliklərinin əksəriyyətində belə neqativ hallara rast gəlinir. Özü də hamının hər şeydən xəbəri vardır, nazir cənabları və onun baş mühasibi Lamiyyə xanım da daxil olmaq şərti ilə... Necə deyərlər, əl əli yuyar, səfirlər də nazirin üzünü...

Sedaqet 2018-11-02 00:08:30

ALLAH sizi biyabr elesin!!!sizi ora cenab prezident teyin edib ki dövletimizi biyabr edesiz? 100% onların qanını yoxlamaq lazımdı. Bu dövlete texribatdi. Biyabr olasiz neceki oldunuz.....ermeni kökü var sizde ancaq biyabr edesiz bizi !!!

G.M 2018-11-02 00:08:30

E.Məmmədyarov belə şeyləri görəndə dili dolaşır da bə.Səfirlərimiz səlahiyyətlərinə aid,Dövlətin təhlükəsizliyinə aid olan məsələləri bir tərəfə atıb,keçiblər alverə.XİN-də içinə Cin girdiyindən danışığın da itirib

Ədalət 2018-11-02 00:08:30

Xudiyevi anlamaq olar. Əgər Tələt Əliyev Ukraynada yaşayırsa, müvafiq təhqiqat işlərinin aparılması üçün onun Azərbaycana ekstradisiyası gərəkdir. Bunun üçün də qarşı tərəfə müraciət edilməlidir. Yəni bütün hallarda məsələdən Ukrayna tərəfi agah olacaqdır. Ölkənin hüquq-mühafizə və ədliyyə orqanları yubanmadan əməli addımlar atmalı və məsələyə aydınlıq gətirilməlidir.

Son yazılar