«Ukraynalılar Rusiyanın sanksiyalarını mükafat kimi qarşılayırlar» - Poroşenko

«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Prezident Pyotr Poroşenko hesab edir ki, Rusiyanın sanksiya siyahısına düşmək, dövlət mükafatı almaq kimi bir şeydir.

Bu barədə o, Kiyevdə Almaniya kansleri Angela Merkellə keçirdiyi birgə brifinqdə bəyan edib.

Xəbəri «İnterfaks-Ukrayna» agentliyi yayıb.

«Layiqli insanlardan ibarət (mənim oğlum da daxil olmaqla) bu siyahı kiçicik istisna ilə mənim administrasiyamın yarısından, xalq deputatlarının böyük hissəsindən, hökumət və koalisiya üzvlərindən ibarətdir. Demək isiəyirəm ki, Ukraynada bu siyahıya düşmək hansısa dövlət mükafatı kimi bir şeydir. Ən azı, bu, belə qəbul olunur» - Poroşenko bildirib.

O, qeyd edib ki, Rusiya tərəfindən sanksiya tətbiq olunması gözlənilməz deyildi.

«Sanksiyalar vasitəsilə əldə silah oynatmaq əvəzinə, Rusiya çox sadə bir iş görməlidir - öz ordusunu və silahlarını da götürüb, Ukraynadan cəhənnəm olub getməli, Ukraynanın ərazi bütövlüyünü bərpa etməlidir» - deyə, Prezident əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar