Ermənistan prezidenti ölkə parlamentini buraxıb

Ermənistan prezidenti Armen Sarkisyan cümə axşamı parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin təyin edilməsi barədə fərman imzalayıb. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Növbədənkənar seçkilər 9 dekabr 2018-ci tarixinə təyin edilsin. Fərman dərc olunduğu gündən qüvvəyə minir", - deyə mətbuat xidmətinin yaydığı sənədin mətnində bildirilir.

Bundan əvvəl Ermənistan parlamenti yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar