DEPUTAT MİLLİ MƏCLİSDƏ AZƏRBAYCAN HİMNİNİ TƏHQİR ETDİ - "Yorucu, mərsiyə..."

“Azərbaycan hələ müstəqil olmadığı dövrdən uşaqlarımı məcbur edirdim ki, Azərbaycanın dövlət himnini oxusunlar. Amma digər himnlər 2-2.5 dəqiqə olduğu halda Azərbaycanın dövlət himni 4 dəqiqədir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hər kəs himni sevməlidir: “Dəfələrlə deyilib ki, həcmi azaltmaq lazımdır. Bunu əzəmətli bir himnə çevirmək lazımdır. Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himinini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.

Deputat Fəzail İbrahimli isə kəskin etirazını bildirib. O qeyd edib ki, himnin bir sözünü belə çıxartmaq olmaz.

“Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar!”.

Spiker Oqtay Əsədov isə “yan keçirik e, narahat olmayın, görürsünüzmü səsə qoyuruq” deyərək qanun layihələrini səsverməyə təqdim edib.

 

635x100

Şərhlər

AMİN 2018-11-02 13:27:23

TAHİRİ ÇOX İNCİTMƏYİN.YENƏ HİRSLƏNİB KOMAYA DÜŞƏR.

Fərmana cavab 2018-11-02 13:27:23

Fərman Milli Məclisdə Əyləşən cəbhəçilərin sayını niyə azaldırsan.Fazil Qəzənfəroğlu,Qudrət Həsənquliyev,Fərəc Quliyev,Fəzail Ağamalı keçmiş deputat Sabir Rüstəmxanlı və başqalar hamısı AXC-nin fəal üzvüləri olublar.

Fərman 2018-11-02 13:27:23

Milli Məclisdə o vaxt cəbhəçi olmayanlara qan utduran əsas tanınmış cəbhəçilərdən ikisi nə yollasa özlərini məclisə yerləşdirib oturublar və keyf edirlər. Cəbhə dövründə də cəbhəçi kimi yüksək vəzifə tutmuşdular. İndi də ki, deputatdırlar. Onlardan biri Tahir Kərimli, digəri də ki Çingiz Qəniyevdir. Hər ikisi də Şirvanlı.

turan 2018-11-02 13:27:23

Bir defe de Araz Himnimizin "Minor janrında oldugunu behane getrib dil uzatmishdi, cox hormetli bestekarimiz Cavansir Quliyev qeshengce onun agzini yumdu ,indi de estafeti bu babili goturub uzerine

AYAQ ÜSTƏ DURA BİLMƏYƏNLƏRƏ: 2018-11-02 13:27:23

HİMDƏN CAVAB: MİNLƏRLƏ CAN QURBAN OLDU, SİNƏN HƏRBƏ MEYDAN OLDU, HÜQUQUNDAN KEÇƏN ƏSGƏR, HƏRƏ BİR QƏHRƏMAN OLDU!!

R-n 2018-11-02 13:27:23

hormetli moderator,eyer insanlara hormetiniz varsa,bunlar hagginda yazmayin,hec olmasa sheklini vermeyin.........Yigib camaati bogaza Aynur ....

azad 2018-11-02 13:27:23

axırda bu depudatlar bizim bu vəziyyətə düşməymizin səbəkarnı uzun axtarışdan sonra tapdılar. yolda asvalt cəklişində yeyilən pular rüşvətxorluq karupsiya məmur özbaşnalıgi işsizlik hamsı himimizdə olan israfcılıqdan irəli gəlirmiş.

Şəkidən 2018-11-02 13:27:23

Tahir danışmağa söz tapmayır ? Xalqın güzaranı üçün söz danışası yerdə,mənasız danışıqlarla vaxt aır...

Abit 2018-11-02 13:27:23

Sen sadece ingilis bayrağısan ve yazıq

pensioner 2018-11-02 13:27:23

Daha bir deputat da quş buraxdı. Növbə kimindir?

Veteran 2018-11-02 13:27:23

Bu da deputatimiz! Sen onda bele ele, mektub hazirla iki nusxede, birini rehmetlik Hacibeyova ikincisini ise Cavadin adina. Raziliq verseler bawqa mesele. Cunki inadirici deyil ki, messilyet hissinin ne oldugunu bawa duwsen kimse onlarin yaratdigini qayçılasın!

Dr.AGAOGLU 2018-11-02 13:27:23

Bu xırda balığı uddularsada yenədə diri olduğunu göstərməyə çalışır.

Əhməd 2018-11-02 13:27:23

Bir dəfə vəzifəsini dondurmuşdu bu ağıllı, anlamırdı ki, vəzifə donmur,vəzifəni mənimsiyən məmur donur, bunun donmuş ağlını görəsən hansı qaynar su açıb. İndidə dövləti təhqir edir dövlətin himninə mərsiyə deyir.

Hörmət 2018-11-02 13:27:23

Tahir kərimli Ağsuludur.Sadəcə olaraq İsmayllıda məhkəmənin sədri işləyib.

Əzağa 2018-11-02 13:27:23

Yazıq, "Mərsiyə deyən sudya"

-- 2018-11-02 13:27:23

Klassik musiqidən xəbərsiz insanlar belə olurlar. Bunlar toy mahnıları xoshlayar.

G.M 2018-11-02 13:27:23

T.Kərimov bu çıxışıyla YAP-a bir addım da yaxınlaşdı..... bu mümkün olan şey deyil. Onlar İsmayıllıdan deyillər..heç Qarabağlı da deyillər.Tahir bəyməllim yeni bir şey fikirləşib tapmalıdır.

vekil 2018-11-02 13:27:23

cox sarsildim bizim heyatimii yasamaq huququmuu mueyyen eden sexsler gorun hansi islerle mesqul olurlar axi himininden vacib o himini oxuyan vetandaslarin xeyrine bir qerar qebul edin mubahise kime laimdir hansi Nairliyin Komutenin bas iderenin niamnamesine baxirsan hamisi xalqi soymaqa xidmet edir bunlarda dalasir mubahise edir...

t.ədalət 2018-11-02 13:27:23

Azərbaycanın Himninə,Bayrağına və digər atributlarına mənfi yanaşma,adətən insanın etnik kimliyindən qaynaqlanır.Çayın varlığı töküldüyü daha böyük ummanlara qədərdir.Parlamentdəki ucuz fikirlər kütlənin müzakirəsinədəkdir.Tahir Kərimli yoldaş bir zamanlar İncəsənət muzeyinin binasını da Ali Məhkəməyə vermək iddiası ilə çıxış etmişdi.Yəqin indi söz uzatdığı Himn məsələsi də əyləşdiyi kreslodan aralanmayacaq..

Azərbaycan vətəndaşı 2018-11-02 13:27:23

Heç bir təhqirediçi söz deyilməyib.Nə olsun ki,o soz var.Hansı məmur canını verər.Heç biri.Yalnız kasıblar canlarını verilər vətən uğrunda.Məmur balalrı və nəvələri Bakıda üç yüz min dollarlıq maşınlarını 240 sürürlər.Fəzail İbrahimli sizdən xahiş edirəm ki,vətən uğrun da canından keçən bir məmur oğlu tanıyısınızsa,adını yazın xalq da bilsin.İşğal altında olan rayonlardan olan məmurların balaları Bakıda at oynadırlar.

oxucu 2018-11-02 13:27:23

Elə bil canları çıxar himni sona qədər dinləsələr,

Son yazılar