Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər

Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər.“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, noyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Prezidentlərin telefon söhbətində qarşılıqlı şəkildə sanksiyaların aradan qaldırılmasına dair razılıq əldə edilib.

Qeyd edək ki, ABŞ vətəndaşı, keşiş Endryu Bransona qarşı cinayət işi ilə əlaqədar Ağ ev Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül və daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq etmişdi.

Türkiyə tərəfi də buna cavab olaraq ABŞ-ın daxili işlər naziri Rayan Zinke və ədliyyə naziri Ceff Seşins barədə oxşar addım atmışdı.

Xatırladaq ki, Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Branson oktyabrın 12-də azadlığa buraxılıb.

635x100

Şərhlər

t.ədalət 2018-11-02 17:52:48

Allah Türkiyənin uğurlarını daimi etsin!

Türk 2018-11-02 17:52:48

Görəsən ABŞ feto-nu Türkiyəyə verəcəkmi.

Son yazılar