"Çox ağır xəstəlik keçirdim, gəzə bilmirəm" - Musa Yaqub + VİDEO

ARB TV-nin “Səhər-səhər” verilişində hazırda səhhətində problem olan şair Musa Yaqubla bağlı sujet yayımlanıb.

Proqramın yaradıcı heyəti şairi evində ziyarət edib. M.Yaqub hazırda gəzə bilmədiyini və daha çox tənginəfəslikdən əziyyət çəkdiyini deyib: "Çox ağır xəstəlik keçirdim, sözün düzü, gedirdim. Məni millət qaytardı. Qocaların əllərinə baxanda deyirdim bu nədir, damarlar... Mənim əlim qəşəngdir. İndi öz əlimə baxıram, tanımıram. Rəhmətlik yoldaşım deyirdi ki, sənin saçlarından utanıram. Deyirdim bala niyə? Deyirdi ki, yaşıdlarının saçı ağdır, səninki qara. Elə bilirlər rəng qoymusan.

Zəlimxan Yaqub, mən, Mikayıl Mirzə Türkiyədəydik. Hamamda məni güdürdülər ki, görək bunun saçı nə rəngdədir. Dedim, bala, mənim saçım rəng götürmür. Elə bir ağrım yoxdur, bir az tənginəfəslik var. Ayaqlarım Baba dağda o daş yoxdur ki, ayaqlamasın. Amma indi gəzə bilmirəm. Nə bilim?! Vallah bilmirəm ki, özümə nə olub”.

635x100

Şərhlər

Səmədov ehtiram 2018-11-02 18:45:21

Allah şəfa versin böyük ustadımız Musa Yaquba.

Son yazılar