“AZƏRBAYCANCA TƏMİZ DANIŞAN ƏCLAFLAR!...” - Məmmədyarovun atası

"Öncə Azərbaycanın xarici siyasətinə baxın. Orada səhv varsa, onu düzəltsin”

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.

Belə ki, nazir Elmar Məmmədyarovun ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.

Nazir ciddi tənqidlərə tuş gəlib. Həm sosial şəbəkə istifadəçiləri, həm də bəzi deputatlar Elmar Məmmədyarovu Azərbaycan dilini təmiz bilməməkdə qınayıblar.

Modern.az saytı geniş diskussiyalara səbəb olan məsələ ilə bağlı xarici işlər naziri Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarovla əlaqə saxlayıb.

Nazirin atası saytımıza açıqlamasında deyib ki, oğluna qarşı bu cür qarayaxma aparmaq olmaz: “Ataların bir sözü var. “Hər gözəlin bir eybi olar”. Əsas odur ki, Elmar vətənpərvər insandır. Bəzi adamlar belə insanları qaralamaqla məşğuldur. Olmaz belə! Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki!”.

Məhərrəm Məmmədyarov Elmar Məmmədyarovun rus dilində təhsil aldığını söyləsə də, Azərbaycan dilində danışa bildiyini də vurğulayıb: “Elmar Sovet dövründə rus dilində təhsil alıb. Daha sonra digər xarici dilləri də öyrənib. Cavanlarımız nə qədər çox dil bilərsə, bu, millətin ucalığıdır. Elə danışırsız ki, guya, Elmar heç öz ana dilini bilmir. Əlbəttə bilir. O, mənimlə Azərbaycan dilində danışır. Düzdür, Azərbaycan dilini bədii ifadələrlə zənginləşdirib danışmır. Amma istənilən mövzuda öz dilimizdə danışır. Sadəcə, filoloqlar kimi səlis danışmır. Elmar filoloq deyil, xarici işlər naziridir. Onun haqqında yanlış fikir söyləyənlər vətənpərvər insanlar deyil. Öncə Azərbaycanın xarici siyasətinə baxın. Orada səhv varsa, onu düzəltsin”.

635x100

Şərhlər

--- 2018-11-02 19:18:43

Ermənilər də Azərbaycan dilində əla danısırdılar. Axırını gördük. Hansı dildə danısmaq əsas deyil.

MAGİSTR SƏVİYYƏLİ AKADEMİK ORDUSU: 2018-11-02 19:18:43

HƏLƏ 27İLLİKMÜSTƏQİLLİK İLLƏRİNDƏ BU AKADƏMƏKLƏR URUS DEMİŞKƏN: "BARMAQLA KÖKÜ FƏRQLƏNDİRƏ BİLMİRLƏR", YƏNİ HƏNDƏSƏNİ ƏL-CƏBR FƏNİNƏ QATIB AZƏRBAYCAN GƏNCLİYİNİ KÜTLƏŞMƏYƏ APARARAQ GERİYA RİYAZİYYAT KİMİ ORTA MƏKTƏBLƏRDƏ TƏDRİS EDİRLƏR...

Əsgər 2018-11-02 19:18:43

Deyirlər Nəcməddin Sadıqovun qardaşı Ermənistan ordusunda xidmət edir. Bu necə ola bilər?

Veteran 2018-11-02 19:18:43

Nəcməddin Sadıqovda azərbaycan dilində heç danışmır bir nəfər desin ki hər hansı bir iclasda başqərargah rəisi azərbaycan dilində danışıb bu insan heç olmasa danışır və azərbaycan dilini danışmağa səy göstərir baş qərargah rəisi nəinki danışmır heç dilinə azərbaycan sözünü gətirmir 20 ildən artıqdır ki Silahlı qüvvələrin baş qərargah rəisidir.

Azərbaycan vətəndaşı 2018-11-02 19:18:43

Tolerantlıq adı altında ölkənin idarə edilməsini beynəlmiləlləşdirmək yanlışdır!Pasport.isim.soyad dəyişdirərək belə etmək doğru deyil.

Azərbaycanlı 2018-11-02 19:18:43

İnsan düşüncəsi və mədəniyyəti ilə seçilir.Bu "ağsaqqalın" belə çıxışı onun səviyyəsini və mədəniyyətini təsdiq edir.BU yaşda ona belə təhqiramiz çıxış lazım idimi? Aldığı cavablar onu qane edir? İfadə etdikləri sözlərə görə hələ bu da azdır.Ölkənin,millətin içərisinə soxulub bir də onu təhqir etməyin cavabını bilirmi? Özü evladını yaşadığı cəmiyyətə uyğun tərbiyə rymədiyini, azərbaycanlılara və azərbaycan dilinə yuxarıdan aşağı baxdıqına cavab tapa bilirmi?Hələ belə adamlara vəzifə,çin.filan da verirlər.

muzaffar 2018-11-02 19:18:43

sizi inandırıram ki,Mamedyarov ele o biri dilleri də Azərbaycan dili kimi bilir. Onun atası da Naxçıvandan olduğu üçün akademik təyin olunub. işlərinə istinadlar yox səviyyəsindədir. Bu millətə nə qədər nifrət edəsən ki, onun dilində ağzını bura-bura danışasan.

Allahverən 2018-11-02 19:18:43

Görəsən otes bu yazıları oxuyub nəticə çıxarmağı bacarır.yoxsa heç internetdən başı çıxmlr? Ola bilər də,qoca kişidir.Amm oxusa bəlkə səhv etdiyini anlayar.Anlasa özünə xeyirli olar.Heç olmasa bir də belə kobud səhv,təhqir söyləməz.Axı ayıbdır axı! Görünən kəndə bələdçi nə lazım.

Dost 2018-11-02 19:18:43

http://www.baki-xeber.com/gundem/84489.html

Abdulla Abdullayev 2018-11-02 19:18:43

Akademik (?!) Azərbaycan dilində təmiz danışa bilən insanları "əclaf" adlandırır, Milli Məclisin deputat Azərbaycan himnini təhqir edir, hakimlər Azərbaycan qanunlarını pozaraq ədalətsiz qərarlar çıxarırlar. Tolerantlığın limit səviyyəsi varmı?

Rüstəm 2018-11-02 19:18:43

Kişini yıxıb sürüdülər.

TARİX 2018-11-02 19:18:43

ÜZR İSTƏYİRƏM ŞER ABBAS SƏHƏTİNNDİR. VƏTƏNİ SEVMƏYƏN İNSAN OLMAZ,OLSADA O ŞƏXSDƏ VİCDAN OLMAZ.

TARİX 2018-11-02 19:18:43

BÖYÜK ŞAİRİMİZ B.VAVABZADƏNİN OĞLU İSFƏNDİYAR VAHABZADƏNİN XİN HAQDA BİR NECƏ GÜN QABAQ VERDİYİ MÜSAHİBƏNİ MƏHƏRRƏM MÜƏLLİM OXUYUBMU.MƏTBUATDA XİN HAQDA GEDƏN NEQATİV MƏLUMATLARDAN MƏHƏRRƏM MÜƏLLİMİN NƏ ƏCƏB XƏBƏRİ YOXDUR.VƏTƏNİ SEVMƏK ONA QULLUQ ETMƏK,UĞRUNDA DÖYÜŞMƏK,ACİLARINI YAŞAMAQDIR. VƏTƏNİ SEVMƏYƏN İNSAN OLMAZ, OLSADA O ŞƏXSDƏ VİCDAN OLMAZ. M.Ə.SABİR.

Cavanşir 2018-11-02 19:18:43

Məhərrəm bəyin bir akademik tituluna uyğun bir elmi nəticəsi,kəşfi varsa qoy açıqlasın.ölkə tanısın.Yoxsa kiminsə sayəsində yalançı titullarla qürrələnməsin.Unutmasın ki,oğlu da kiminsə vasitəsi və əli ilə bu vəzifəyə qoyulub.Ancaq yanlış olduğu bu gün gün kimi hamıya aydındır.Həm heç birnailiyyəti olmayıb .həm də nazirlik bazara dönüb. Misal: Ukrayna, Belçika və sairə səfir və səfirliklərimiz. Nə qədər ki, məsul baş vəzifələr qan təmiz Azərbaycanlılardan təşkil olunmur problemlər həll olunmayaraq qalacaq.

Ələsgər Vəliyev 2018-11-02 19:18:43

Belə ifadəni işlətmək millətə,dilə təhqir sayılmalıdır.İnsanın milliyyəti onun dinindən və dilindən bəlli olur.Öz ana dilinə hörmət etməyən,onu mənimsmək istəməyənin isə nə dini nə milləti bəlli olmaz.Yalandan ad,soyad yazmaqla iş bitməz. Sirr deyil ki, 1993-cü ildən sonra Azərbaycanda yaşayan ermənilər də bu sərəncamdan istifadə edib ad və soyadlarını dəyişiblər.İndi onlar da müsəlmandırlar?Ancaq səlist Azərbaycan dilini bilmək yalnız azərbaycan xalqının pasportudur. Bunu Elmarın atası anlamalı idi.

Abit 2018-11-02 19:18:43

Meni qınamayın Merkezi seçki komissiyasının sedrı Mezahir Penahov ana dilinde danışa bilsede davranışları Elmar Memmedyarova oxşayır

Moshu 2018-11-02 19:18:43

Hacı Zamin demişkən, heç bilmirəm bu fikir hardan ağlıma gəldi? Fikrimizi qaytaraq Elmar müəllimin üzərinə. Diplomatın da nə dediyindən, necə dediyindən, hətta səsinin tonundan çox şey asılıdır. “İndi gəl koru körpüdən keçir” atalar misalı çox yerinə düşür. Elmar müəllimdən 1-2 bayram yaşlı olduğum üçün ona məsləhət görərdim ki, üzü sulu cənab Prezidentə müraciət etsin, ya səhhəti ilə bağlı, səbəb tapmaq mümkündür, istefa versin. Burada biabır olunası bir şey yoxdur, bunun özü də bir mədəniyyətdir. Elmar müəllim, bütün Azərbaycanda yaşayanlar sizi gülüş obyektinə çevirib, özünüzə hörmət edin. Bu qədər

Moshu 2018-11-02 19:18:43

Hörmətli akademik Məhərrəm müəllimi bir valideyn kimi çox gözəl anlayıram, lakin hörmətli akademik bir şeyi qəbul etməlidir ki, bu gün hörmətli nazirimiz bir övlad kimi deyil, bir diplomat kimi müzakirə obyektinə çevrilib. Nə olsun, Hacıbala Abutalıbov da azərbaycan dilinin təkcə anasını deyil, qohum-əqrəbasının da var-yoxuna salamlar göndərir. Amma bu o qədər də təhlükəli deyil. Ən uzağı “parni iz Baku”nun gülüş hədəfinə çevrilir. Düzdür, hərdən-bir Elmar Məmmədyarovu da onun gözünə qatırlar. Hacıbala Abutalıbovdan fərqli olaraq Elmar Məmmədyarov t.Ədalət qeyd etdiyi kimi “Prezidentin sözünü daşıyan adamdır”. Gəlin görək o, bu sözü necə daşıyır? Yəqin ki, Məhərrəm müəllim də bu çıxışı dinləyib. Əlini ürəyinin üstünə qoyub təmiz desin, oğlu kimi deyil, müstəqil dövlətin xarici siyasətinə məsul olan bir şəxs kimi bu çıxışa münasibəti necədir? Bəyəndimi? Aydın məsələdir ki, bu, (əgər çıxışı azərbaycan dilində olan çıxış adlandırmaq mümkündürsə) çıxış başqa dilə tərcümə edilməlidir. Bədbəxt tərcüməçi nəyi tərcümə etsin və nə səsləndirsin? Türk, gürcü diplomatları nəyi qansınlar? Biz bunu sadə bir hadisə kimi müzakirə edirik. Əslində bu beynəlxalq səviyyədə böyük qəbahətdir, faciədir. Hörmətli akademik Məhərrəm müəllim, mən özüm də orta məktəbi də, Universiteti də rus dilində oxumuşam. Bu o demək düyil ki, mən öz doğma dilimi bilməməliyəm. Mübaliğəsiz olaraq qeyd etmək istəyirəm ki, bu gün də istədiyiniz azərbaycandilli mütəxəssisə dərs deyərəm. Tələbəlik dövründə öz aramızda maraq üçün üç sözdən ibarət olan bir termini “казнить нельзя помиловать» (Vikipediyada bu ifadəni I Pyotrla, III Aleksandrla, ingilis kraliçası İzabella ilə də əlaqələndirirlər) cümləsini təhlil edirdik, belə demək mümkündürsə bir-birimizin hazırlıq səviyyəsini yoxlayırdıq. Vergül işarəsini cümlənin müxtəlif yerində qoyanda cümlənin mahiyyəti dəyişir, yəni bir vergülə görə insanı edam da etmək olar, əfv də.

PLERALİZM: 2018-11-02 19:18:43

http://azpolitika.info/?p=463488 “AZƏRBAYCANCA TƏMİZ DANIŞAN ƏCLAFLAR!…” – Məmmədyarovun atası Dərc olunub: 02/11/2018 - 19:18 DİFFERENSİAL FƏRQLƏNDİRMƏ: Atalar sözü: "Oğru elə bağırdı ki, doğrunun ürəyi partladı!" VƏ YAXUD: "ATASI BELƏ, BALASI BELƏ - QIRILMIŞIN HAMISI BELƏ?" Atalar sözü YOXSA KI: xarici işlər naziri Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarovun sözü: “Ataların bir sözü var. “Hər gözəlin bir eybi olar”. Əsas odur ki, Elmar vətənpərvər insandır. Bəzi adamlar belə insanları qaralamaqla məşğuldur. Olmaz belə. Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki!”. HANSI Kİ: Azərbaycan diplomatiyasının 1-ci şəxsi (!) sayılan nazir “2020-ci ildə” ifadəsini “iyirmi iyirmidə” kimi tələffüz edir. Əslində, izlədiyimiz bu mənzərə nə qədər gülməlidirsə, bir o qədər də acınacaqlı və bəlkə də faciəvidir. Və əgər diplomatiya, diplomatlıq budursa, daha bizim heç bir sözümüz qalmır və yalnız təəssüflə deyə bilirik ki, baxın, danışan Azərbaycanın xarici işlər naziridir…! http://azpolitika.info/?p=462858 Elmar Məmmədyarov yenə Azərbaycan dilinin “anasını ağlar qoydu” SİYASİ PLÜARİLİZM: Yazıq millət!: Erməni 30 il 8 ay 11 gündü torpaqlarımızı işğal edib.. bu Elmar ğörəsən kimə fayda verir ki,bunu diplamatyamızın başında saxlayırlar? Bunun faydası yalnız Ermənilərdəi!!!Nə bədbəxt millətik!

Mübariz 2018-11-02 19:18:43

Elmar müəllimin anası milliyyətcə osetindir, atası da... gördüyünüz və oxuduğunuz kimi, azərbaycanca danışan insanlara əclaf deməyə çəkinmir... atası isə azərbaycanın harasındansa naxçıvana köçmədir, haradan köçdüyü bəlli deyilidir, heç təmiz azərbaycanll olduğuna dair sübutlar da yoxdur... böyük ehtimalla, onun atası farsmənşəli etnik azlıqdır; Elmar müəllimin ailəvi dostlarının arasında çoxlu sayda Bakı ermənilərinin olmasına dair dəqiq faktlar vardır.

Zaur 2018-11-02 19:18:43

Eeeee yəqin Məhərrəm Məmmədyarov da eeee azərbaycanca eeeeee yaxşı danışa bilir. Eeee Elmar da iş yerində və ailədə rusca danışır. Rusca fikirləşir...

R-n 2018-11-02 19:18:43

Ay ....

R-n 2018-11-02 19:18:43

........,bilmirsen kimsen,bu gune kimi...

Kənar adam 2018-11-02 19:18:43

Hörmətli Ağsaqqal. Jəni 14 il nazir olduqdan sonra kənara çəkilmək bu qədərmi faciədir. Axı bütün dünyada azərbaycanı bu şəkildə təmsil etmək 11 milyon (əslində 50 milyon) üçün təhqirdir.

Omar 2018-11-02 19:18:43

Ruslar....

Əhədağa müəllim 2018-11-02 19:18:43

Əbədiyaşar Ulu şairimiz Mirzə Ələkbər Sabir demişdir: "Dil bəşər ünsiyyətinin ən mühüm vasitəsidir". O ki, qaldı Elmar Mamedyarova onun Ana dilimizi öyrənməsi gecdir. Necə deyərlər, el arasında deyildiyi kimi "qırxında öyrənən gorunda çalar". Burada nə çətin iş var ki, ərizəsini yazıb getsin bacardığı bir işin dalınca. Onsuz da Xİ naziri kimi işlədiyi müddətdə elə-belə baş girələyib, heç bir nailiyyətə nail də olmayıb, sadəcə nazir kimi nazirin maaşını alıb vəssalam. Onun yerinə Zakir Qaralov qoyulsa ondan yaxşı danışar.

azər 2018-11-02 19:18:43

baş danışıqçı, baş diplomat-elçi-səfir aydın danışa bilmirsə... 25 ildir bu "danışıqlara" sovrulan pullara böyük bir şəhər salmaq olardı..

Anar 2018-11-02 19:18:43

Xarici siyaseti ne vaxtdan Elmar yurudur. Dili bilmediyi kimi siyadeti de bilmir. Xarici siyaset umummilli liderin temelini qoyduğu xett uzre davam etdirilir. Her kes oz yerini bilmelidir

ayzek 2018-11-02 19:18:43

GİŞİ,SƏNİN OĞLUNA HEÇ KİM ƏCLAF DEMƏYİB.OĞLUN DÖVLƏTİ,HÖKÜMƏTİ XARİCİ ÖLKƏLƏRDƏ TƏMSİL EDİR.ZƏHMƏT ÇƏKSİN ANA DİLİNİ ÖYRƏNSİN.ƏRDOĞAN HEÇ XARİCİ DİL BİLMİR.AMMA YÜRÜTDÜYÜ SİYASƏT NƏTİCƏSİNDƏ DÜNYA LİDERLƏRİNDƏN BİRİNƏ ÇEVRİLİB.ONA GÖRƏ DƏ DANIŞANDA ƏVVƏL FİKİRLƏŞ SONRA DANIŞ VƏ ÇÖRƏYİNİ YEDİYİNİZ DÖVLƏTİN DİLİNİ TƏHQİR ETMƏYİN.YALANDAN AKADEMİK OLMAQLA DEYİL E!

G.M 2018-11-02 19:18:43

Elmarın atasından ayrı hansı qiymətli sözü eşitmək olar ki.Utanmaqdan,abırına qısılmaqdan ...elmara tərif deyir.anlamır ki,Xalqın içində elmardan qat-qat savadlı və siyasi təfəkkürü yüksək olan minlərcə insan var..Sadəcə naməlum səbəblərdən ortalıqda elmardı

Azərbaycan vətəndaşı 2018-11-02 19:18:43

Hörmətli akademikimiz deyir ki,Elmar orta məktəbi rus dilində qurtarıb.Bacib idimi ki,Elmar orta məktəbi rus dilində qurtaraydı.Mən orta məktəbi öz doğma Azərbaycan dilimizndə qurtarmışam.İndi isə rus dilində tam danışa bilirəm.Yəni Elmarın rus dilində məktəb qurtarmağı qəhrəmanlıq deyil.

Mehdi 2018-11-02 19:18:43

Buda akademik danisiqi.Ayibina kor olmaq bax buna deyerler.Aqsaqqal adamdideee ayri ne deyek.Oqluyun qabiliyyeti odur.Rus qizlar 5-6 ayliq gedirler Turkiyeye 4 ayin icinde turkce ele danisirlarki adam meettel qalir.Buda Turk xalqinin boyukluyudu.Siz de qslxmisiniz ki,oqlum beledi heyledi vetenperdi ne bilim nedi.

vətən sevdalı 2018-11-02 19:18:43

XİN-nin öz dilini mükəmməl bilməsi vacbdir.Ancaq bu, analoqu olmayan ölkəyə aid deyil.

t.ədalət 2018-11-02 19:18:43

Məhərrəm müəllim,bilməyiniz vacibdir ki,Azərbaycanın xarici siyasətini yönəldən cənab Prezidentdir.E.Məmmədyarov nazirdir,yəni Prezidentin sözünü daşıyan adam.O ,bizim xarici siyasətə nə gətirə bilər?Öncə Azərbaycanın tarixini,ədəbiyyatını və mədəniyyətini öyrənsin,yetər.Elmar Məmmədyarovun hansısa diplomatik uğurunu görməmişik.Sadəcə olaraq,Rusiya sevdalısıdır və Rusiyanın mövqeyini qorumaqla məşğuldur.

Məhərrəm Qarabaglı 2018-11-02 19:18:43

Horməтli AТА, vəтəndaşların oglunuzun niтqinə iradı, тəkcə onun qəтiууəтindən asılı olmaуan, dünуaуа da bəlli ugursuz Qarabag və iqтisadi siуasəтimizdən qaуnaqlanır. Vəтənpərvərlik, Qarabag danışıqlarında kəskin və həlledici nəтicə ilə тəsdiqlənə bilərdi? Onun gozlənilməz isтefası belə, iki тerrorçu qarşısında aciz qalmış Qarabag həllinə qəтi donüş verə bilər.

Arif 2018-11-02 19:18:43

Elmarın sifətinə baxanda dərsini bilməyən yazıq uşaq kimı ğözunu döyür !Mən Elmari Azərbaycan siyasətinin diplamatyasina qara bir ləkə hesab edirəm ! O həmişə ğörüşlərdədə özünü ,qorxaq ,aciz , gözü kölgəli bir adam kimi aparıb! Bu Elmarda mən bir dəfədə vətən məhəbbəti , qaçqının halına yana insan kimi görmədim ! Dedesi Məhərrəmdə ğörunur bunun bir tayidı!

Vətəndaş 2018-11-02 19:18:43

Bu hal Məmmədyarovun valideyinlərinin səhvinin nəticəsidir.Əgər öncə ona Azərbaycan dilində danışma öyrətsə idilər belə olmazdı.ÇünkiMəmmədyarov Rusca düşünüb bir başa fikrində Azərbaycancaya çevirdiyindən belə alınır. Amma belə danışıq onun xarici işlər naziri kimi işləməsində,diplomatik işlərdə bağışlanılmaz haldır.Bunu möhtərəm prezident ya nəzərə almalı idi,ya da Məmmədyarov bu iş üçün əvvəlcədən hazırlanmalı idi. Belə danışıq tərzi bu vəzifəyə uyğun deyil! Doğru tənqidi qəbul etmək də mədəniyyətdəndir

Əsəd-ardı 2018-11-02 19:18:43

Bir çox məmurlarımız var ki onlar da orta və ali təhsillərini rus dilində alıblar. Lakin onlar ana dilində elə sərbəst danışırlar ki, onların rus dilində təhsil almaları heç bilinmir. Elmar Məmmədyarov 14 ildir Azərbaycan Respublikasının XİN vəzifəsini tutur və onun öz ana dilində danışığında heç bir irəliləyiş yoxdur. Bir neçə xarici dil bilən nazirimizin öz ana dilini mükəməl öyrənməyə cəhd etməməsi biz sadə vətəndaşları ağrıdır, çünki o bizim XİN-dir. Hər bir ata öz oğlunu haqlı olduğu yerdə müdafiyə etməlidir. Bir ata kimi fikrimcə bu yöndə Siz oğlunuzu müdafiyə etməkdə haqlı deyisiz. Mən çox inanıram hörmətli nazirimiz haqlı tənqidlərdən nəticə çıxaracaq.

Əsəd 2018-11-02 19:18:43

Hörmətli Məhərrəm müəllim söhbət Azərbaycan Respublikasının XİN vəzifəsini tutan Elmar Məmmədyarovdan və onun öz ana dilisini səlis bilməməsindən gedir. Razıyam ki azərbaycanca təmiz danışa bilən əclaf, vicdansız, alçaq və s. pis xüsusiyyətlərə malik insanlarımız var. Lakin Sizin oğlunuz çox böyük bir vəzifə tutan Azərbaycan Respublikasının XİN-dir. O bütün dünyada Azərbaycan Respublikasını təmsil edir və dövlətin adından danışır.

msmedob saxin 2018-11-02 19:18:43

Elmardan xarici siyasat rahbari yox hec idman icmalcisida cixmaz

Əli 2018-11-02 19:18:43

Xarici siyasetde Elmarın hansı uğuru var ki?

Abit 2018-11-02 19:18:43

Berekallah sene,

Veteran 2018-11-02 19:18:43

Meherrem emi, oglunuzun tutdugu post ele bir vacib sahedir ki, ondan SOZ ustaligi teleb edir! Nece yeni o filoloq deyil. Xarici siyaset meseleleri munasibetleri SOZ uzerinde qurulub! Bu SOZ "oyununu" ele aparmaq lazimdir ki, hetta yeri gelende senin agzindan cixan yalani da qarwi terefe dogru kimi qebul etsin! Yeqin Rustem beyin qonaqliginda Rza beyin dediyi mewhur tost sehnesi yadinizdadir. Hec kim hecne anlamir axirda sadece hami xorla cox sagol deyir. Nazirimizin cixiwi Rza beyin tostundan ferqlenmedi!

Ağsaqqal məsləhəti 2018-11-02 19:18:43

Məhərrəm müəllim bir ağsaqqal kimi gərək bu mübahisəni açmayaydı.Yəqin ki, öz oğlunun çıxışlarını,üzünün mimikasını,nə hala düşdüyünə diqqət etməyib.Elmar özü dəçox güman ki, layiq olmadığı boşqabda oturdiğunu hiss edib.Gərək insan şəxsinə də hörmət etməyi bacarsın.Buna şəxsiyyət deyilir.14 ildə neçə dil öyrənmək olardı? Deməli zehni zəiflik və ya səhlankarlıq olub.Ona görə Məhərrəm müəllimə belə çıış etmək lazım deyildi..

Son yazılar