Ərdoğan Qaşıqçı cinayəti ilə bağlı "Washington Post"a məqalə yazdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı məşhur "Washington Post" qəzetinə məqalə yazıb. Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Xəbərə görə, məqalədə Camal Qaşıqçı cinayətindən sonra Türkiyənin bu olayla bağlı apardığı siyasətdən bəhs edilir.

"Əmri Kral Salmanın verdiyinə inanmıram..."

Ərdoğan "Qaşıqçının qətl əmri Səudiyyənin yüksək vəzifəli adamlarından gəlib. Lakin bu qətldə Səudiyyə Kralı Salmanın əlinin olduğuna inanmıram" - deyə məqalədə qeyd edib.

Erdoğan Kaşıkçı olayı ile bağlı post ile ilgili görsel sonucu

"Cinayəti işləyənlərin 18 şübhəlinin arasında olduğunu bilirik"

Türkiyə prezidenti məqaləsində bildirib ki, bu cinayətlə bağlı Səudiyyə hökümətinin cavablayacağı suallar olduqca çoxdur: "Səylərimiz nəticəsində bütün dünya Camal Qaşıqçının bir sui-qəst komandası tərəfindən vəhşicəsinə öldürüldüyünü öyrəndi. Cinayəti işləyənlərin Səudiyyə Ərəbistanından göndərilmiş 18 şübhəlinin arasında olduğunu bilirik. Qaşıqçının qətlinin üzərindən artıq bir ay keçib. Lakin cəsədinin harada olması haqda heç bir məlumat yoxdur. Ən azından onun İslam adəti ilə dəfn edilməsi vacibdir".

Xəbərin orijinalı burada:

https://www.washingtonpost.com/news/global-opinions/wp/2018/11/02/recep-tayyip-erdogan-saudi-arabia-still-has-many-questions-to-answer-about-jamal-khashoggis-killing/?utm_term=.700db395ec0e

Musavat.com,

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar