İRANA QARŞI SANKSİYALAR RUSİYAYA FAYDA VERİR! – Tramp nə istəyir?

Amerikanın İrana qarşı sanksiyaları hamıdan çox kimə sərf edir? Səudiyyə Ərəbistanına? İsrailə? Və ya Birləşmiş Ərəb Əmirliklərinə?

Yox! Daha çox Rusiyaya fayda gətirir. İranın zəiflədilməsinə yönəlmiş sanksiyalar Rusiyaya neft bazarında balans yaratmağa imkan verir.

İş ondadır ki, Səudiyyə Ərəbistanına neftin hasilatına kvota qoymaqda kömək edə biləcək böyük neft hasilatçıları lazımdır. İndi İranı yolun kənarına itələyiblər, daha kiçik hasilatçıları isə Ər-Riyad təkbaşına hasilatın azaldılmasına razı sala bilməz. Həm də OPEK indiki vəziyyəti ilə dünya bazarını öz iradəsinə tabe etdirmək gücündə deyil.

2014-cü ildə ABŞ şist neftinin hasilatını yüksəltməyə başladı və beləliklə də OPEK-in bazardakı üstün və aparıcı mövqeyi zəiflədi. OPEK yalnız Rusiya ilə gücünü birləşdirərək, 2016-cı ildə hasilatı azaldıb, neftin qiymətini qaldıra bildi.

Dəyişən iqtisadi reallıqlar OPEK-i məcbur etdi ki, Rusiyanın ağuşuna atılsın. Bu isə Moskvaya əhəmiyyətli geosiyasi üstünlük verdi və onu neft kartelinin yeni əsas həlqəsinə çevirdi. Belə bir faktı qeyd edən Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl Falih Rusiyanın “TASS” agentliyinə deyib: “Biz özümüzə sübut etdik ki, Rusiya ilə işləyə bilərik və bazarlarda neftin az və ya da çox olmasına baxmayaraq, bazarda balans yarada bilərik”.

Məsələyə “oyunlar nəzəriyyəsi”ndən yanaşsaq, onda görərik ki, İrandakı neft hasilatının maya dəyəri xeyli aşağı olduğundan, qiymət müharibəsində onlar səudiyyəlilərin yaxşı tərəfdaşı ola bilərlər. Bu isə onu göstərir ki, OPEK-in Rusiyadan asılılığı faktoru çox asanlıqla İrana tərəfə keçər.

Əgər İran sanksiyalardan azad olarsa, onda onlar OPEK-lə daxili danışıqlar istiqamətindəki işlərini möhkəmləndirmək imkanı qazanacaqlar. Bu cür danışıqlar aparmaq imkanları Qətər tipli daha kiçik istehsalçıları cilovda saxlamaq üçün lazımdır.

Kartel 2015-ci ildə kvotadan imtina edəndə onların şərtləri diktə etmək imkanı az idi. Lakin 2017-ci ildə kvotalar barəsində Rusiya ilə müqavilə qüvvəyə minəndən sonra OPEK özünün danışıqlar imkanını möhkəmləndirmişdi.

Bütün bunların nəticəsində Rusiya artıq il yarımdır ki, yüksək yer və möhkəm geosiyası mövqe əldə edib. Ruslar - “bizimlə əməkdaşlıq edin, yoxsa kartel dağılar deyirlər”. Amma əgər İranı cərimə skamyasından buraxsalar, onda rusların bu mövqeyi zəifləyəcək. Çünki İran hasilatın aşağı salınması və neft qiymətlərinin yüksəlməsi ilə bağlı OPEK daxilində danışıqlar aparmaq imkanı əldə edəcək. Belə olan halda Rusiya müstəqil surətdə hərəkət edib, özü üçün lazımı qədər neft çıxara bilər.

Analitik yanaşma göstərir ki, OPEK həm İran və həm də Rusiya ilə əməkdaşlıq etməklə yüksək differensial renta qazana bilər. Bu tamamilə gözlənilməz bir nəticədir, çünki İranın hasilat gücü Rusiyanınkından iki dəfə aşağıır. Amma İranın neft hasilatının maya dəyəri 1 barel üçün 9 dollar, Rusiyanın hailatı isə 1 barel üçün 19 dollardır. Belə bir vəziyyətdə İran sərt qiymət müharibəsinə girişərək mənfəət götürəcək.

2016-cı ildə OPEK İran üçün xüsusi istisnaya gedərək, onu kvotadan azad tutdu, ona görə ki, nüvə proqramı ilə əlaqədar qoyulmuş iqtisadi sanksiyalar götürüldükdən sonra İran özünə gəlməliydi. Bundan sonra İran çox sürətlə hasilatı gündəlik 2,8 milyon bareldən 3,8 milyon barelədək artırdı.

Beləliklə, əgər Amerikanın 5 noyabr tarixində fəaliyyətə başlayacaq və Tehranın dünya neft bazarına çıxışını əngəlləyən sanksiyaları olmasa, onda İran OPEKdaxili danışıqlarda Rusiyanın yerini tuta bilər.

Sərt anti-İran sanksiyalarının nəticələri getdikcə üst-üstə yığılır. OPEK-lə bağlanmış müqavilə çərçivəsində Rusiya artıq bir ildən çoxdur ki, öncəki illərə nisbətən gündə 300 min barel daha az neft çıxarır.

Biz soyuq müharibə dövrünün keçmiş düşmənləri olmuş Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı bağların necə möhkəmlənməsinin və Moskvanın öz geosiyası təsir imkanlarını gücləndirməsinin şahidi oluruq.

Bəli, İsrail və Birləşmiş Ərəb Əmirlikləri öz strateji rəqiblərinin iqtisadi cəhətdən buxovlanmasına sevinirlər, lakin İrandan sonrakı hakimiyyət vakkumunu Rusiya doldurur.

Bu hadisələr uzun illər ərzində ABŞ xarici siyasətini məşğul edəcək gözlənilməz dəyişiklər yaradır. Əgər Donald Tramp üçün qiymətləri indi, yəni ara seçimlərinə kimi aşağı salmaq vacibdirsə, onda anti-İran sanksiyalarının yumşaldılması onun qələbə yolunu xeyli yüngülləşdirər.

(“Forbes”-ABŞ)

635x100

Şərhlər

Arif Əliyev 2018-11-03 11:36:02

Dolaysı ilə təsdiq edirki onu Rusya seçdirib.

Son yazılar