Rüşvət verməyə görə axtarışda olan şəxs saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan İlqar Məmmədov saxlanılıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Adil Nuriyev saxlanılıb.

635x100

Şərhlər

Vətəndaş 2018-11-03 11:22:40

Rüşvət alma Cinayət Məcəlləsində cinayət sayılsa da,Azərbycanda faktiki olaraq yüksək vəzifəlilərə tətbiq lunduğuna rast gəlinmir.Amma hamıya bəllidir ki, Əmlak Komitəsində.İcra Hakimiyyətlərində və digər idarələrdə rüşvətsiz heç bir məsələ həll olunmur.Ammafakt aşkar edilmir.

Son yazılar