CAVİD QURBANOV “TOPAZ”ın da SAHİBİNƏ ÇEVRİLDİ – Mərc oyunlarına nəzarəti ələ aldı

Dərc olunub: 03/11/2018 - 11:47

topazTürkiyənin “Turkcell” şirkəti, “TOPAZ” brendinin sahibi, Azərbaycanın “Azerinteltek” şirkətindəki payını “Baltech Investment” MMC şirkətinə satıb. Satınalma yekunlaşdıqdan sonra “Baltech İnvestment”nin “Azerinteltek” şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksələcəkdir.

“Marja” xəbər verir ki, “Turkcell” şikəti “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin (İnteltek) kapitalının 55%-nə sahibdir. “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ” isə Azərbaycanda fəaliyyət göstərən “Azerinteltek” şirkətinin 51%-nə sahib idi.

“Şirkətimizin (Turkcell-in) 55%-nə ortaq olduğu “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin, “Azerinteltek”də sahib olduğu 51% və ya 51.000 AZN nominal dəyərində payının hamısının, “Azerinteltek”in 24,5 faiz ilə səhmdarı olan “Baltech Investment”ə 19 milyon 530 min 177 avro müqabilində satışına qərar verilmişdir”, – “Turkcell”dən bildirilib.

“Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda fəaliyyət göstərmək üçün 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

Qeyri-rəsmi məlumata görə, “Azerinteltek”də 75,5% paya malik olacaq “Baltech Investment LLC” şirkəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanova məxsusdur.

“Azerinteltek” şirkətinin qalan 24,5 faizinin isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olduğu iddia edilir.

cedvel topaz

Qeyd edək ki, “TOPAZ”ın səhmlərinin 75 faizini Cavid Qurbanovun əldə etdiyinə dair məlumatı Türkiyədəki mənbələr də təsdiqləyib. Mənbənin mətbuta vrdiyi  məlumata görə,  “TOPAZ”ın 51 faizlik səhminə 19,5 milyon avro (təxminən 38 milyon manat) ödəyən bu şirkətin gerçək sahibi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovdu. Bu isə o deməkdir ki, baş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb.

1541144309_top

“”Turkcell”in Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etməsinin səbəbləri hələ bəlli olmasa da, görünən odur ki, 19,5 milyon avroluq alqı-satqı müqaviləsi şirkətin maraq dairəsində olub. Belə anlaşılır ki, Azərbaycanda mərc oyunlarına nəzarəti ələ almaq istəyən Cavid Qurbanovun “Baltech Investment LLC” vasitəsilə “Turkcell”ə etdiyi təklif qarşı tərəf üçün də cəlbedici olduğundan, öz səhmlərini satmağa razılaşıb. Beləlikə də C.Qurbanov Azərbaycanın “qumar karlı” olmaq iddiasını gerçəkləşdirə bilib” deyə məlumatda bildirilib.

Onu da qeyd edək ki, “Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.

“Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.


loading...




Fikrinizi bildirin