LONDON POLİSİ ZAMİRƏNİN 49 ZİNYƏT ƏŞYASINI MÜSADİRƏ ETDİ -  Xəlvəti satarkən yaxalandı + FOTOLAR

Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün "Christie's"ə veribmiş

London polisi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı  Zamirə Hacıyevanın 400 min funt-sterlinq (təxminən 520 min dollar) dyərində qızıl-zinət əşyalarını  və daş-qaşını müsadirə edib.

Virtualaz.org xəbər verir ki, bu barədə “The Financial Times”, “The Guardian” və digər çoxsaylı

Xatırladaq ki, Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın on milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. Bunların arasında London Naytsbricdə dəyəri 12 milyon funt sterlinq olan malikanə, 55 milyon dollara yaxın dəyərində “Gulfstream” təyyarəsi, 14 milyon funt sterlinqə alınan qolf klub da yer alır.

Bildirilir ki, Zamirə Hacıyevanın müsadirə olunmuş daş-qaşı və zinyət əşyalarının bir müddət sonra satışa çıxarılacağı barədə operativ məlumat alan polis müsadirə barədə qərar qəbul edib. Həmin zinyət əşyaları artıq Londondakı "Christie's" hərrac evində satışların keçirilməsi üçün verilmişdi.

NCA-nın bu gün yaydığı məlumata görə, müsadirə olunmuş 49 zinyət əşyasının ümumi dəyəri 400 min funt-sterlinqdir.

Z.Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq "Boucheron" sapfir boyunbağılar, 20 min funtluq "Magic Alhambra" bilərziyi var.

NCA-nın yaydığı məlumata görə, Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün "Christie's"ə veribmiş. "Christie's" əməliyyat haqqında NSA-ya informasiya verən kimi müsadirə barədə qərar qəbul olunub.

Zamirə Hacıyevanın bu zinyət əşyalarını 2008-ci ildə İsveçrənin San-Morits kurortundakı butiklərdə 320 min avroya aldığı müəyyənləşib.

Britaniya KİV-ləri xatırladır ki, 7 il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. 

O, son 10 il ərzində Harrods-da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar Z.Hacıyevanın Harrods-ın bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Zamirə Hacıyeva Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

O, üç ildən çoxdur ki, Böyük Britaniyada yaşayır. Bu ölkənin Daxili İşlər Nazirliyi xanım Hacıyevaya Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.

635x100

Şərhlər

Şəki-Bazar ASC-nin səhmdarı 2018-11-03 14:06:42

Cahangir Hacıyev həbsdə olmasına baxmayaraq,onun əmlakı olan Şəki-Bazar ASC-də vergidən yayınma halları davam etdirilir..? Şəki-Bazar ASC-nin dirktor vəzifəsinə"Mollalıqla" məşğul olan Eldəniz adlı şəxsi,Baş mühasib vəzifəsinə isə "Dəmirçiliklə" məşğul olan Səmayili təyin etməklə,ildə ən azı 500,0min manat vergidən yayınma hallarına yol verilməsinə baxmayaraq aidiyyatı qurumlar tərəfindən göz yumulur? Deməli hələ Cahangir Hacıyevin gücü,qanunlarıızdan güclüdür ?

Moshu уa 2018-11-03 14:06:42

Hacıуa onu, elə o vaxт başdan pozulan bankdan 50 milуon pul çıxarmaq üçün girov goтürтməmişdilərmi? Gorünür, iri səlahiууəтlilərin dovləтdən тaksa-paуları 50 milуondan milуardlara qədərmiş? İndi də, siуasi-diaspor, gənc-major və sair тəzək-bəzək "islahaтlara" iri maliууə oтürülür?

Moshu 2018-11-03 14:06:42

"Qara kəmər" əməliyyatı zamanı Hacı Məmmədovu bu xanımcığı oğurladığına görə lənətləyirdim. İndi görürəm ki,böyük səhvə yol vermişəm. Bu qadının görün canında nələr varmış. Onun yeri Cahangirin yanıdır. Bu qadın deyil, əsl yırtıcıdır

taniyan 2018-11-03 14:06:42

Cahangiri bu gune Zamira,Zamiranida bu gune ambisiyalari bitmeyen,yekexana anasi Zara saldi.Qizina gece-gunduz varli er axtarirdi,hetta illerle chox sevdiyi insandan bele onu ayirdi.Zamira,eslinde,chox gozel ve yaxshi qiz idi.Sadece,daima idare olunurdu.Anasi terefinden.Yegin,Cahangiride ele Zara idare edirdi.Savadli bir muellime oldugu uchun,idare etmek ve tesir gostermek mehareti var idi onda..

vekil 2018-11-03 14:06:42

ona gore de hec kim qudurganliq etmemelidir!!! her kes kasibliqdan cixib varlanib ve bir gun de kasibliga donecek bu mutleqdir yaxilmis qanundur...o qadin hele londonun kucelerinde limon salfetka da satacaq!!!

G.M 2018-11-03 14:06:42

Zamirəni müsadirə olunan və yaxud olunacaq əmlak niyə narahat etməlidir ki..batan əmlak biz külbaşlarındı.hərəmiz bir klavyaturanı qucaqlayıb şərh yazırıq.guya nəsə edirik.Lazımi ünvanlara yığışıb tələb eləmirik ki,bu pulları heç olmasa Banka borclu olan imkansız vətəndaşların xeyirinə müsadirə etsinlər.bu pullar bu borc içində üzən xalqındır.ləyaqət deyilən şey məmurların,cəsarət adlı hissiyat calqın,millətin ruhunu tərk eliyib...

hop-hopnamə 2018-11-03 14:06:42

.....Belə çıxır kı, onlar da Bizimkilər kimi pokazuxa ilə məşğuldurlar.

avam şofer 2018-11-03 14:06:42

Ayə...tormoza bas...Bu hacı məmmədovun oğurladığı qız deyil ki?Qara kəmər əməliyyatının səbəbkarı olan xanım...belə-belə işlər..

Sərmaуa Rəqibova 2018-11-03 14:06:42

Nefтimizin 50-85%-ni mənimsəуən demokrasi Krallıgın da (modal dovləтi islahaтla müflisləşmiş BEУNƏLXALQ) BANK sədrinin ailəsini тəqib eтməsi ehтimal ki, sonrakı azad уaşam üçün soveт dovründən qalmış cəvahiraтlarını da saтmaga məcbur olublar?

ayzek 2018-11-03 14:06:42

Görəsən Hacı Məmmədov bu başıxarabın nəyini oğurlamışdı?Cahangir hansı ağılnan bunu indiyə kimi saxlayıb? Mixaylo demişkən,bu da axırı!

Son yazılar