Ərdoğandan Rusiyanı məyus edəcək açıqlama - "Krımın qeyri-qanuni ilhaqını tanımırıq"

Ukrayna Prezidenti Pyotr Poroşenko Türkiyənin İstanbul şəhərinə səfər edib.Axar.az xəbər verir ki, o, İstanbulda Konstantinopol Patriarxı Varfolomey ilə görüşüb. Qeyd edək ki, Poroşenkonun İstanbul səfəri iki gün davam edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşüb.

Mabeyn köşkündə baş tutan təkbətək görüş 1 saat 15 dəqiqə davam edib.

"Ukrayna ilə əlaqələrimizi gücləndirməyə davam edəcəyik". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Pyotr Poroşenko ilə keçirdiyi mətbuat konfransında deyib.

"İkitərəfli və heyətlərarası görüşlərimizdə regional problemləri də müzakirə etməyə imkanımız oldu. Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və siyasi birliyinin qorunmasına dair mövqeyimizi güclü bir şəkildə yenidən bildirdik. Krımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq. Ölkəmiz istər Krımda yaşayan, istərsə də işğaldan sonra Krımdan köç etmək məcburiyyətində qalan Krım tatarlarının hüquqlarını qorumağa davam edəcək", - Ərdoğan qeyd edib.

Ərdoğan Ukraynada islahat prosesini ürəkdən dəstəklədiklərini və bunun bölgəyə xeyri olacağını deyib

635x100

Şərhlər

G.M 2018-11-03 20:42:52

Ruslar çox gözəl anlayırlar ki,Ərdoğanın əbədi dostluğu mümkünsüzdür.ABŞ-ın,Rusiya siyasətində Türkiyə faktoru anlaşılandır.

Vətəndaş 2018-11-03 20:42:52

Ərdoğan Rusiyanı məyus etməyib.O əsil diplomatik cavab verib.Hamı o cümlədən Ərdoğan bilir ki,Krım bir daha Ukraynanın tərkibinə qayıtmayacaq.Bu gün Krımın Rusiyanın tərkibinə qayıtmasının günahkarları elə Ukraynanın rəhbərləridir.Belə getsə Ukrayna çox yeri itirəcək.

Son yazılar