MDB dövlətləri kosmosu birgə tədqiq edəcəklər - Razılıq əldə olunub

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya hökumətinin xüsusi sərəncamında qeyd olunur ki, MDB dövlətləri planeti birgə öyrənə bilərlər. Sənəd hüquq informasiyası portalında dərc olunub.

Sərəncam saziş layihəsinin təsdiq olnmasını nəzərdə tutur. Layihə bundan əvvəl «Roskosmos» tərəfindən təqdim olunub və Rusiya xarici işlər nazirliyi (XİN) ilə razılaşdırılıb. İlkin olaraq, MDB dövlətləri tərəfindən işlənib və kosmik məkanın sülh məqsədləri ilə birgə istifadə olunmasını nəzərdə tutur.

«Bu saziş çərçivəsində əməkdaşlıq aşağıdakı sahələrdə həyata keçirilə bilər: kosmiik məkanın tədqiq olunması (astrofiziki araşdırmalar da daxil olmaqla), panetin öyrənilməsi və komet-asteroid təhlükəsi» - deyə, nazirlər kabinetinin 30 oktyabr tarixli sərəncamında qeyd olunur.

Bundan başqa, ölkələr peyklərin, ayrı-ayrı cihazların işlənib hazırlanmaı sahəsində, yerüstü infrastrukturun yaradılması, Yerin distansion zondlaşdırılması, peyk naviqasiyası və s. istiqamətlər üzrə əməkdaşlıq edə bilərlər.

«Roskosmos»un saytında qeyd olunur ki, sözügedən saziş noyabrın 2-də Astana şəhərində imzalanıb. Sənədi Rusiya, Ermənistan, Belorus, Qazaxıstan, Tacikistan və Özbəkistan imzalayıb. Bununla yanaşı, qeyd olunur ki, saziş istənilən MBD dövləti üçün açıqdır.

635x100

Şərhlər

t.ədalət 2018-11-03 23:08:53

Keçmiş imperiyanı bərpa etmək üçün Rusiyanın əl atmadığı metod qalmayıb.Amma imperiyanın təzədən bərpa olunması iddiası Rusiyanı tam sıradan çıxaracaq.Dünya təcrübəsi göstərir ki,dağılmış imperiyalar təcavüzkarlıqdan uzaqlaşıb özünü qorusa bir az ömrünü artıra bilər.Rusiya isə gündə bir təşkilat yaradıb respublikaları özünə buxovlamaq sevdasından əl çəkmir.Bircə ayaqyolu təşkilatı qalıb.Güman ki tezliklə bunun da şahidi olacağıq.

Son yazılar