Türkiyə 4 ölkə ilə ticarətdə milli valyutadan istifadə edəcək

Türkiyə 4 ölkə - Rusiya, İran, Çin və Ukrayna ilə ticarətdə milli valyutadan istifadə etməyə hazırlaşır. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Hazırda valyuta məzənnələrindən siyasi təzyiq vasitəsi kimi istifadə edildiyi dövrdə yaşayırıq. Buna ən yaxşı cavab xarici ticarətdə milli valyutaya keçməkdir. Adını çəkdiyim 4 ölkədən başqa, digər ölkələrlə də eyni üsulun tətbiqinə dair danışıqlar aparırıq”, - deyə nazir qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar