“Fənərbağça” ölən azarkeşi üçün stadionda vida mərasimi keçirib - Fotolar

Türkiyə Superliqasının son turunda keçirilən “Qalatasaray” – “Fənərbağça” oyununun başlamasından öncə həyatını itirən Koray Şener dəfn olunub.

Qol.az-ın "Hürriyyət”ə istinadla yaydığı məlumata görə, 20 yaşında vəfat edən "Fənərbağça" azarkeşi üçün klubun ev oyunlarını keçirdiyi “Ülkər" stadionunda vida mərasimi təşkil olunub.

Mərasimə azarkeşlər, futbolçular, klub nümayəndələri, eləcə də “Fənərbağça”nın prezidenti Ali Koç qatılıb.

Qeyd edək ki, Koray Şener İstanbul derbisinə gedərkən yolda ürəktutmasından dünyasını dəyişib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar