Əfqanıstanda "Taliban"ın 21 silahlısı zərərsizləşdirilib

Əfqanıstanda "Taliban"ın 21 silahlısı zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Sinhua" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Cuzistan vilayətində baş verib. Vilayət qubernatorunun müavini Əbdül Rəhman Mahmudi faktı təsdiqləyib. Onun sözlərinə görə, zərərsizləşdirilənlər arasında hərəkatın səhra komandiri də var. Qubernatorun müavini bu şəxsin molla Hakər olduğunu bildirib.

Qeyd edək ki, "Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın mərkəzi Uruzqan vilayətinin Tarinkot şəhərində ordunun və polisin hərbi bazasını ələ keçiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar