Argentinanın Yunanıstandakı səfirliyinə hücum edənlər saxlanılıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Rubikon» qruplaşmasından olan 9 nəfər anarxist Argentina səfirliyinə hücum təşkil etdiklərinə görə, Yunanıstanda saxlanıb.

«Kathimerini» qəzetinin xəbər verdiyi kimi, 10 nəfərdən ibarət qrup cümə günü axşam diplomatik missiyanın binasına soxulub və binanın eyvanından «Argenina xalqının mübarizəsi»ni dəstəkləyən transporant asıb.

Qeyd olunur ki, anarxistlər səfirliyin ofisinin yerləşdiyi 4-cü mərtəbənin eyvanından təşviqat vərəqələri səpələyiblər. Bu zaman səfirliyin əmlakına ziyan vurulması və zərəçəkənlərin olması faktları barədə xəbər verilmir.

Hücumun videoyazısı anarxist təşkilatın portalında yerləşdirilib. Bu aksiyanın həlak olmuş argentinalı fəal Santyaqo Maldonadoya həsr olunduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar