Cəlilabad sakini yol qəzası nəticəsində xəsarət alıb

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub."Report"un Muğan bürosunun məlumatına görə, rayonun Ocaqlı kənd sakini, 1973-cü il təvəllüdlü Xəlilov Əli Xıdıroğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralı avtoqəza nəticəsində xəsarət alsa da, hadisənin hansı şəraitdə baş verməsini xatırlamayıb. Ehtimal edilir ki, o, avtomobil tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar