ELMAR VƏLİYEVİN BAZARI BAĞLANDI - Onun Gəncədəki obyektlərindən istifadəyə qadağa qoyuldu

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevlə bağlı bəzi yeni məlumatlar var. Modern.az-ın əldə etdiyi məlumata görə, E.Vəliyev oktyabrın 31-də dünyasını dəyişən qayınanasının Yevlaxda keçirilən yas mərasimində iştirak etdikdən sonra Gəncəyə gedib.

Əldə etdiyimiz məlumatda bildirilir ki, Elmar Vəliyevin Gəncədəki obyektlərindən istifadəsinə qadağa qoyulub. Hazırda Vergilər Nazirliyinin əməkdaşları onun ticarət obyektlərində yoxlamlar aparır. Ən diqqətçəkən məqam isə Elmar Vəliyevin nəzarətində olan təzə bazarla bağlıdır.

Heç kimə sirr deyil ki, sabiq başçının dövründə sovetlər dönəmində “mərkəzi kolxoz bazarı” kimi tanınan “Gəncə bazarı”nda çalışan sahibkarlar sıxışdırılıb, onlardan izafi haqlar toplanıb, eyni zamanda ərazidən çıxmaları tələb olunub.

Məqsəd E.Vəliyevin Gəncədəki "Grand Qafqaz” ticarət mərkəzinin daha geniş şəkildə fəaliyyət göstərməsinə, digər bazarların qapadılaraq, bura köçürülməsinə nail olmaq idi. Məhz bu fəaliyyət nəticəsində ilin əvvəlində digər bazarlardakı ticarətçilərin narazılıqları geniş vüsət almışdı.

Daha bir yeniliyə görə, yeni başçı Niyazi Səfərov vətəndaş məmnunluğunu nəzərə alaraq, sələfi Elmar Vəliyevin ənənələrinin aradan qaldırılmasına, “Gəncə bazarı”nın normal şəkildə fəaliyyət göstərməsinə şərait yaradıb. Gəncə sakinlərinin bu yenilikləri böyük razılıqla qarşıladığı vurğulanır.

2018-ci il iyulun 3-də Elmar Vəliyev və mühafizəçisi Qasım Aşbazov Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilmişdi. Onları güllələyən Gəncə sakini Yunis Səfərov hazırda həbsdədir.

E.Vəliyev Prezident İlham Əliyevin 28 avqust 2018-ci ildə imzaladığı sərəncamla Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

635x100

Şərhlər

Dövlətimizi sevən 2018-11-05 12:19:56

Gedən proseslər onu göstərir ki,Zeynal Nağdəliyev İcra Hakimiyyətləri başçılarının işinə nəzarət etmir və ya etmək istəmir...Əgər etseydi,İcra Başçıları bu qədər özlərindən razı olmazdılar,vətəndaşı dövlətdən narazı salmağa çalışmazdılar... Dövlətimizin nüfuzuna xələl gətirən məmurlar haqqında vaxtında cəza tədbirləri görülməlidir.Vətəndaşın müraciətlərinə məhəl qoymayan məmurların işdə qalması,cəmiyətimizdə sosial narazılıqlar yaradılmasına gətirib çıxarır...Onlar haqqında vaxtında tədbirlər görülməlidir..

rabitəçi 2018-11-05 12:19:56

Elmar Vəliyevin adamı Rəsulov bayram Azərpoçtda At oynadır....?

Sedaqet 2018-11-05 12:19:56

Niye bele tez ayilmisiz? Birazda yatardiz..... 18 ilden sonra elmar bele elmar hele.... bes 18 ildir Zeynal Neğdeliyev hardaydi? Niyə başçılara öz başına idare etme üsulu icaze verilirdi... indide gedenin dalinca danishmaq??? Nəyi dəyişir? Sadece bizim üreyimiz bulanir vessalam . Oğluda debil vezifede idi noldu? Vundurkind hardadi?

rabitəçi 2018-11-05 12:19:56

Elmar Vəliyevin bazarı bağlansada,vəzifə bazarları bağlanmayıb? Onun yaxın adamları vəzifədə At oynadırlar..Onlardan biri Azərpoçtun Baş direktor müavini Rəsulov Bayramdır ? Rəsulov Bayram işləmək qabiliyyətinə malik olmayan bir adamdır,rabitə onun yeri deyil,buna baxmayaraq ,Elmarın səmərəsinə Azərpoçtda at oynadır ? Rabitə strateji bir obyekt olmasını nəzərə alaraq,vaxtında Rəsulov Bayram rabitədən təmizlənməlidir ?

Abit 2018-11-05 12:19:56

Gence Dövlet Universiteti heqiqi menada bazardı.Özüde hamının gözü qarşısında

vugar Amrullayev 2018-11-05 12:19:56

ONu bilirem ki Elmar Veliyev ...

Fikrət Hacıyev 2018-11-05 12:19:56

Elmar Vəliyevin bazarı bağlansa da, onun GDU-dakı qoçuları hələ də at oynadırlar. Mən Facebook profilimdən Elmar Vəliyev barəsində tənqidi statuslar paylaşdığıma görə və onun vəzifəsinə geri qayıtmasına etiraz petisiyası yazdığıma görə bir ay müddətində məni Facebook şəbəkəsində statuslarıma rəy yazmaqla öldürməklə hədələmiş və küçə söyüşləri ilə təhqir etmişlər. GDU-da müharibə veteranını öldürməklə hədələyənləri Faiq Şabanov şəxsən müdafiə edir. Bəs onun bazarını niyə bağlamırlar???

ayzek 2018-11-05 12:19:56

ELMARIN "BAZARI" YUMURTASINA GÜLLƏ DƏYƏNDƏ BAĞLANMIŞDI.

t.ədalət 2018-11-05 12:19:56

Bağlanan küçə bazarlarıdır,Elmarın vəzifə bazarları bağlanmayıb.Ölkənin gəlirli sahələri hələ də Elmarın qohumlarının əlindədir.

G.M 2018-11-05 12:19:56

Gəncə ``Qoçusunun`` süqutu..elmarı elə günə qoyacaqlar ki,sağ qalmağına peşiman olacaq.

Son yazılar