KLANLARIN BİTMƏYƏN GÖMRÜK SAVAŞI – Vahid Əhmədovu 20 ildən sonra dilləndirən səbəblər...

“Bu il Gömrük Komitəsinin malların idxalından 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?” “Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə çıxışında deyib.

O, bunun səbəbini Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib: “Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün, bu, təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

V. Əhmədov dövlət borcu ilə bağlı məsələyə də toxunub. O bildirib ki, dövlət zəmanətilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır: “Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında da ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir yetirmək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”.

***

Vahid Əhmədovun gömrüklə bağlı bu fikirləri, daha doğrusu qəfildən Gömrük Komitəsinin keçmiş rəhbərliyinin üzərinə hücuma keçməsi, hətta hüquq-mühafizə orqanlarını onların fəaliyyətini araşdırmağa çağırması bir sıra suallar doğurur. Çox böyük ehtimalla, bu, təsadüfi deyil və hakimiyyətdaxili klanlar arasında mübarizənin təzahürüdür. Niyə?

Məsələ ondadır ki, Azərbaycan gömrüyündə baş verənlər haqda uzun illər boyudur danışılır, yazılır, fikirlər səsləndirilir. Bu barədə həm mediada çoxsaylı araşdırma yazıları dərc edilib, həm də müstəqil ekspertlər tərəfindən konkret faktlar, hesabatlar ortaya qoyulub. Belə demək mümkündürsə, gömrükdə korrupsiya əməliyyatları tam şəffaf həyata keçirilib. Yəni, ölkədə az qala hər kəsin burada nə baş verdiyindən xəbəri olub: nə qədər rüsum yığılıb, nə qədər büdcəyə ödənilib, nə qədər “qara kassaya” yönəldilib...

Hətta gömrüyün “qara kassasını” doldurmağa məsul olanların, bu “kassaya” nəzarət edənlərin, onu bölüşdürənlərin kimliyindən, ordan hansı media orqanlarına, hansı partiyalara, hansı deputatlara nə qədər “paket” ayrıldığından da hamı xəbərdar idi.

Vahid Əhmədov da kifayət qədər məlumatlı şəxsdir. Yəni, vaxtilə Azərbaycanın baş naziri olmuş, xeyli müddətdir deputat kimi büdcə zərfinin hazırlanmasında iştirak edən hörmətli Vahid müəllimin uzun illər ərzində gömrükdə baş verənlərdən xəbərsiz olmasına az da olsa ehtimal vermirik.

Ancaq nədənsə onun indiyədək heç vaxt belə hesablamalar aparmasına, gömrükdə korrupsiyanın “yeminə” çevrilən büdcə vəsaitlərinin həcmini müəyyənləşdirərək ictimaiyyətə açıqlamasına rast gəlməmişik. Deputatımızın qəfildən belə fikrə düşməsi yalnız maraq deyil, həm də sual doğurur: görəsən nə baş verib ki, Vahid müəllim gömrükdəki korrupsiyanı görməyə, hətta bu barədə danışmağa başlayıb?

Deputatın açıqlamasından belə qənaətə gəlmək olar ki, buna səbəb Gömrük Komitəsinin rəhbərliyindəki dəyişiklikdən sonra idxal rüsumunun kəskin artmasıdır.

Tənbəllik etməyib maraqlandıq. Gömrük Komitəsinin rəsmi saytına girərək, idxal rüsumu üzrə büdcə daxilolmalarını hesabladıq (Komitənin saytında bütün daxilolmalar nədənsə yalnız aylar üzrə verilib. Bəlkə də gömrükdən illik daxiolmaların məbləğini göstərməyə “utanıblar” – müəl.).

Belə məlum oldu ki, gömrükidxal rüsumu üzrə büdcəyə:

2007-ci ildə təxminən 160 milyon (əvvlki illər yəqin simvolik rəqəmlər olduğu üçün verilməyib-müəl);

2008-ci ildə 240 milyon;

2010-cu ildə 219 milyon;

2012-ci ildə 231 milyon;

2014-cü ildə 365 milyon;

2015-ci ildə 388 milyona yaxın vəsait daxil olub.

Yəni, hər il müəyyən qədər artırılıb. 2016-cı ildən sonra isə bu artım sıçrayışlı olub. Belə ki, gömrükdən idxal rüsumu üzrə büdcəyə 2016-cı ildə 600 milyondan artıq, 2017-ci ildə isə 707 milyona yaxın vəsait daxil olub. Bu il sentyabr ayına qədər isə idxal rüsumu kimi büdcəyə 662 milyona yaxın vəsait ödənilib. Aylar üzrə toplanan vəsaitlərə baxsaq, ilin sonuna qədər təxminən daha 250 milyonun ödəniləcəyini gözləyə bilərik.

Bu isə gömrükdən büdcəyə yönəldilən vəsaitlərin illər üzrə artım dinamikasına uyğundur. Yəni, Gömrük Komitəsinin rəhbərliyindəki dəyişiklikdən əvvəl də hər il gömrükdə toplanan vəsaitlərin, o cümlədən idxal rüsumunun daha böyük hissəsinin rəsmiləşdirilməsi həyata keçirilirdi. Xüsusən, 2015-ci ildə neftin qiymətinin düşməsindən sonra ölkədə bir çox sahələrdə olduğu kimi, gömrükdə də şəffaflığın təmin olunması, burdan büdcəyə daxil olan vəsaitlərin həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verdi.

Əgər 2007-ci ildə toplanan idxal rüsumunun 160 milyonu rəsmiləşdirilmişdisə, 2016-cı ildə bu rəqəm 600 milyona, 2017-ci ildə isə 707 milyona çatdırılmışdı. Hər ikisində Gömrük Komitəsinin sədri Aydın Əliyev, müavini isə Səfər Mehdiyev idi. Böyük ehtimalla Aydın Əliyev yerində qalsaydı da, bu il idxal rüsumu kimi büdcəyə 900 milyondan artıq vəsait yönəldiləcəkdi.

Yəni, gömrükdən büdcəyə ödənilən idxal rüsumunun artımını, Vahid Əhmədovun iddia etdiyi kimi, Gömrük Komitəsinin rəhbərliyindəki dəyişikliklə bağlı deyil, təxminən 3 il əvvəl başlanan posesin davamıdır. Təbii ki, bunu Vahid Əhmədov da bilir.

Ona görə də, deputatın Gömrük Komitəsinin keçmiş rəhbərliyini “qılınclamasını” idxal rüsumundakı artımla bağlamaq mümkün deyil. Vahid Əhmədovun qəfildən gömrükdəki korrupsiyanı yada salmasını, yuxarıda da qeyd etdiyimiz kimi, deputatın klanlarası mübarizədə tərəf nümayiş etdirməsi kimi izah etmək daha məntiqli görünür.

Məlum olduğu kimi, Aydın Əliyev çıxarılması, yerinə Səfər Mehdiyevin gətirilməsi ilə gömrükdə uzun müddət davam edən ikibaşlılığa son qoyuldu. Gömrük “Naxçıvan klanı”ndan tam şəkildə alınaraq, şərti olaraq “Bakı klanı” adlanan qruplaşmanın nəzarətinə keçdi. Hazırda bu proses yekunlaşmaq üzrədir.

Vahid Əhmədovun məhz belə vaxtda ortaya çıxması, onun ya kimlərinsə sifarişini yerinə yetirdiyini, ya da “yıxılanı baltalamaqla” ucuz populizmdən xal qazanmağa çalışdığını göstərir.

Ancaq deputat hüquq-mühafizə orqanlarını gömrükdə “yeyilən” milyardları araşdırmağa çağırarkən, deyəsən unudur ki, indiki sədr Səfər Mehdiyev həmin vaxt Gömrük Komitəsinin rəhbərliyində idi. Hətta bəzi iddialara görə, gömrükdən gəlib-keçən hər şeyə nəzarət edirdi...

Murad MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

İ.Musтafa ogluna 2018-11-06 14:55:55

Dovləт mənafeуini dogru qeуd edibsiniz! Onun güclənməsi hər vəтəndaşın maragındadır! Ancaq, on milуon adamın bu arzusunu bir-iki səlahiууəтli ozəlliklə idarə edir. Gomrük də 2011 dən hər il ən azı bir mlrd alıb, müşтəriləri və dovləтi də ən azı bir mlrd əlavə xərcə salıb. Alim, уa zalim, sıravi vəтəndaşı eşidən kimdir? Qarabag siуasəтindən тəbii sərvəтə qədər vəтəndaşa soz paуı belə düşmür. Qarabag Embarqosunu RF XİN S.Lavrov, mədəndən paу qadagasını isə MMin Konsтiтusiуası icad ediblər.

İ. Mustafaoğlu 2018-11-06 14:55:55

Dövlət Əmlakının manatına nəzarət sistemi olmalıdır ? Düzdür milyardların qarşısında 160-388 milyon heçnədir,ancaq çox böyük məbləğdir və bu milyonları vətəndaşların pensiyaların artmasına yönəldilə bilərdi ? Gəlin qohumbazdıqdan,dostbazdıqdan əl kəçək,dövlətimizin mənafeyini hər şeydən üstün tutaq,milyonları mənimsəyən korrupsionerlərə öz qanuni fikirlərimizi bildirək,qanunsuz müdafiəyə keçməyək..? Bir insan yalnız özünü düşünürsə,deməl o yalqız adamdır,biz dövlətimizin inkişafı naminə düşünməliyik..

Şəki-Bazar ASC-nin Səhmdarı 2018-11-06 14:55:55

Aidiyyatı qurumlar öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirmədiklərinə görə dövlət əmlakının talan olunmasına və vergidən yayınmasına şərait yaradılıb. Belə ki,uzun illərdir ki, "Şəki-Bazar" ASC-i tərəfindən ildə ən azı 500,0 min manat vergidən yayınmasına baxmayaraq Vergilər Nazirliyi tərəfindən göz yumulur? Bununla əlaqədar olaraq rəsmi qaydada Vergilər Nazirliyinə müraciət etməyimizə baxmayaraq,müraciətimizə,şablon xarakterli,başdansovdu cavab verməkdən kəçinmirlər ?Nazir dəyişilsədə,Nazirlik dəyiş

BəlaGəт Mehdiуev 2018-11-06 14:55:55

Müəllif və şərhlər feodal şahlıq dovründəki hafizəli sinif şagirdinin adi hesabı kimi dogruуa bənzər(ogru) sтaтisтika aşkarlaуıblar. Avama quşbeуin sualım уaranıb-Ozəlləşən, xaricə axıdılan milуardlara nisbəтən 160-388 milуon məbləgdir ki? MТNdən sonrakı 600-707 milуon da milуarddan az oldugundan Gomrüуü saxlamagına dəуməz. Dovləтimiz son illər hədsiz müdrik avтo-fənd тəтbiq edir. Qiуməтlər уüksəlir, büdcə də dolur, nəqliууaт və digər bizneslərə məbləg də qalır.

S.Ənvərqızı 2018-11-06 14:55:55

Dövlət vəsaitinin dağıdılmasının qarşısını almaq üçün qanunlarımız işlək vəziyyətində olmalıdır,qanunlarımıza nəzarət qanunu olmalıdır.Məmurlar özlərini kiçik padşah hesab edirlər, onların qanunsuz əməllərinə stop deyən yoxdur.Uzun müddətdir ki, Rabitə Nazirliyinə müraciət edirəm,müraciətimə əhəmiyyət verməyərək,başdansovdu,təhrif olunmuş, qanunsuz cavab göndərməklə qanunlarımıza hörmətsizlik edirlər, vətəndaşı dövlətdən narazı salırlar.Aidiyyatı qurumlarda Rabitə Nazirliyinin qanunsuz əməllərinə göz yumurla

Lətif 2018-11-06 14:55:55

Guya Vahid müəllim bilmir ki, rüşvət və korrupsiya,büdcə yeyintilərindən toplanan pullar necə bölünür və hara gedir? Vahid müəllim bilmir ki, bu yollarla yığılan pullar bir mərkəzdən bölünür və müfəssəl hesabı aparılır,yəni öz mühasibatlığı var? AXı bunu Vahid müəllim bilməmiş deyil. Bəs belə halda nelə sualın yeri varmı?Gömrükdən gələn pullar da həmin bölgü üzrə mənimsənilib.

veten dashi 2018-11-06 14:55:55

Butun ictimaiyyete gun kimi aydin olanlar guya ki, bunlara aydin deyildi.Irandan gelende anama namazgah bir 2 m-lik xalca goturmushdum.Gomrukde oturan bir cavan gomruk ishcisi bunu bu terefe qoy dedi/Niye qardash ? icaze yoxdu dedi.Basha salmaqa calishdim ki olke qanunvericiliyine gore menim 1000 usd deyerinde mal kecirmek ixtiyarim var.2 qara eynekli qara kostyumlu geldi hansisa sherefsiz monopolistin adamlari idi.Meni hovseleden cixarmaqa calishdilar dash-qayaya rast gelmishdi serhedciler aramiza girdi.

haci 2018-11-06 14:55:55

komruk de indi 50 - 100 MANATI ALANI SEFER TUTDURUR. OZU MILYARDLARI YIQIB TALAYIB. KISHININ OGLU INDI TEMIZ IWLEYIR. QARA KASSANI SEN YIQIRDIN DA..

vidadi 2018-11-06 14:55:55

vahid muellim sedrden sorushun ki vusalin vaxtinda edv hara gedirdi

Sahibkar 2018-11-06 14:55:55

Xam xəyaldasınız.Guya gömrük düzəldi? Sadəcə əl dəyişib.

Aslan 2018-11-06 14:55:55

TALANÇILAR ÖLKƏNİ MİLLƏTİ SÖKÜB DAĞIDIRLAR.

Analitik 2018-11-06 14:55:55

Tek vahid m. neynesin axi?! Ele az-chox hala yanan, camaatin chetinliyine dozmeyen tek-tuk savadli shexsiyyetlerdendir.. neche iLLerdi o qeder qizishiblar ki, bu qelbini itirmishlerle hech OLKE BASHCHISI da BILMIR NEYNESIN.. INSANDA BIR INSAF. VICDAN OLARDI! ( SANKI, DUNYANI TUTUB QALACAQMISHLAR.. GOZU DOYMAYAN BIR CHOX ACGOZLERIN OHDESINDEN O QUDRET SAHIBI, KULLI ALEMIN SAHIBI BOYUK ALLAH GELSIN!

Zaur 2018-11-06 14:55:55

Fövqəlbəşər və Yasno adlı şəxslərdən ....

Avvam savadsiz biri 2018-11-06 14:55:55

Vahid mellim s.mehdiyev de hemin devrde gomrukde en mesul vezifede iwleyirdi bunu ondan soruwmaq daha yaxwi deyilmi ki, o bu iwleri hamidan deqiq bilmeli olan ve bele iwlere cavabdeh olan mesul wexslerden olub....Siz ise indi deyirsiz ki goresen bu qeder devlet budcesine getmeli olan pul nece olub kimin cibine gedib ve.s.Bele weyleri hami bilir meger siz bilmirsiz hormetli iqtisadci deputatimiz?BES indiye qeder "N"qeder monopoliya inhisar haqda metbuatda eserler yazilib.OXUMYIBSZ?ki,pullar hara gedir??

azər 2018-11-06 14:55:55

Vahid müəllim iqtidardakı ən yaxşı və ən obyektiv, qərəzsiz kadrlardan biridir..onun hansısa klan yanlısı olması və sifarişlə mövqe bildirməsi əsla inandırıcı deyil..o artıq ortaya çıxmış gizli fakta işarə edir sadəcə..hara gedib qara kassa pulları? buna haçansa cavab verilməlidir.....

R-n 2018-11-06 14:55:55

Vahid m.hormetim var.Cesaretlidir,savadlidir.Deye bilmir ki, olkeden 350 milyard dollar cixarilib.Niye holdingleri, AZAL yoxlanilmir?ABB-ni mehv eden niye mesuliyyete celb olunmur?Cahangir hec ne hell etmeyen rehber olub...........

Gigant 2018-11-06 14:55:55

Mənə elə gəlir Kamal m.n adamlarını indiki rəhbərliyə təmizlədəcələr, sonra da SM-ni yola salıb Vergilər N-nə birləşdirəcəklər Komiteni.

Vahid müəllimə 2018-11-06 14:55:55

Ay Vahid müəllim,tək gömrükdə belə hallr lsa nə vardı ki? Ölkənin bütün nazirlikləri ,komitələri bu haldadır.Guya Əmlak Komitəsi gömrükdən fərqlidir? BUnları görə-görə,bilə-bilə hamınız susmusunuz.Bəs ölkə yazıq deyil? İşsizlik,az maaş,müavinət,pensiya. Bəs Milli Məclis,millətin vəkilləri nəyə gərəkdir?

TARİX 2018-11-06 14:55:55

STATİSKAYA BAXIN İLLƏR VAR Kİ,XARİCDƏN AZƏRBAYCANA YÜZ MİNDƏN COX AVTOMOBİL İDXAL OLUNUB(TƏZƏ VƏ YA İŞLƏNMİŞ).DƏYƏRİ 2000 MİN YEVROYA OLAN XARİCDƏN GƏTİRİLMİŞ AVTOMOBİL GÖMMRÜYÜMÜZDƏ 7500-8000 MİN MANAT ALMADAN ÖLKƏYƏ BURAXMIRLAR.BU VƏSAİTİN GÜZİ HİSSƏSİ BÜDCƏYƏ QALANLAR HARA GEDİB. HƏR MAŞINNDAN SOLA GEDƏNLƏRİ 5000 MANATDAN HESABLASAQ BEŞ YÜZ MİLYON EƏYİR.DİGƏR İDXAL OLUNAN MƏHSULLAR.TÜRKİYƏ İLLİK HESABATINDA MƏLUMAT VERİR Kİ,AZƏRBAYCANA İXRACIMIZ MİLYARD DOLLAR OLUB.GÖMRÜK İSƏ ÜC YÜZ MİLYON OLDUĞUNU DEYİ

Vətən sedalı 2018-11-06 14:55:55

V. Ə., fərqi yoxdur,bunu deyirsə,öz oturduğu budağı mişar-layır.Bunu vəzifəli adamların 1-2 -si deyə bilər.

Cəmşid Dərələyəzli 2018-11-06 14:55:55

Vahiid müəllimə sayqımız var. Lakin bəzən elə arqumentlər səsləndirir ki, inana bilmirsən ki, bu Vahid müəllimdi. A kişi birincisi kömrükdə rəhbərlik dəyişməyib. Sadəcə fiqurlar yerini dəyişib. İkincisi bu cür arqument ölkə rəhbərinin nüfuzuna xələl gətirir. Bir də yaxxşı olar Vahid müəllim Bakı kömrüyünə gedib bir -iki gün orada dursun və sahibkarlarala söhbət etsin. Onda filin başını tapmış olacaq.

Sədaqət-ə 2018-11-06 14:55:55

Doğru.Bir də axı bu işlər ölkədə sayı-hesabı olmayan nəzarət edici,ölçü götürməyə qadir qurumlar qarşısında baş verib.Bir Vahid müəllimin sözünü nədənsə xüsusi imtiyaz verilmiş akulalar eşidəcəklərdi? Sadəcə Vahid müəllim bu məsələyə və Məmmədyarov məsələsinə qarışmasaydı əvvəlki hörmətini saxlayardı.İndi o da oldu onların bir tayı!

Sedaqet 2018-11-06 14:55:55

Yazib üreyimizi bulandirma ay Vahid m... axi bizde insaniq bizimde düşüncemiz var... bizimde beynimiz var...niye susurdun? Sizin kinimkaniniz var idi 27 ilde bunkari görüb demeye.. niye indi dile getirirsiz? Kemallefin m arxasi zeifleyib deye? Aydin cixib deye? Onlar olanda niye demirdiz? Gözunuz tutulmuşdu? İndi acildi emeliyyat olundu gözunuz? Deyib özunuzu gülünc veziyyete qoyursunuz ve bizimde üreyimizi bulandirirsiniz.....

Yusif 2018-11-06 14:55:55

Vahid muəllim, Sizinlə tam raziyam. Amma Siz sahibkarlarin tərəfin saxlamirsiz. Kiminsə banga olan olan borcun tələb edirsiz. Amma banglarin da sahibkarlara borcu var. Misal uçun Demirbangin mənim şirkətimə borcu var. mən hesablaşmalari bang əməliyatları ilə həyata kecirirdim. Artiq 1 ilə yaxindirki şirkətin hesabinda olan pullar dondururlub. Hec kim də pullari qaytarmaq istemir. Verdiyim avans mebleqlerinin vaxti kecdiyi ucun xeyli miqdarda pul itirmişəm. Siz banglara olan borclari tələb edirsiz. bəs...

S.Ənvərqızı 2018-11-06 14:55:55

Vəzifəli şəxslər tərəfindən dövlət əmlakının talan olunmasının əsas səbəblərindən biri,vətəndaşların şikayətinə baxılmamasıdır? Vətəndaşın şikayətlərinə vaxtında baxılsa,dövlət əmlakının talan olunmasının qarşısı alına bilər? İkinci,dövlət əmlakının talan olunmasının qarşısını almaq üçün keçmiş SSRİ dönəmində olan yoxlamalar,o cümlədən mühasibat uçotu bərpa olunmalıdır.Dövlətimizi qəlbən sevən qüsursuz Rabitəçilər işsizlik həyatı yaşayır,qeyri-peşəkar kadrlar Rabitədə,mühüm vəzifə sahibidirlər,şikayətədə ba

ayzek 2018-11-06 14:55:55

VAHİD MÜƏLLİM İNDİ NİYƏ ASQIRIB AYILIB???BİR DƏ Kİ HANSI SAHƏDƏ YEYİNTİ YOXDUR?

EJDER 2018-11-06 14:55:55

EWWI IMKAN VERIN INKIWAFMIZI EDEK...BELE MELUM OLURKI, GOSTERIW VERILIB...K -NIN KITABI BAQLANMALIDIR...COXXXX INKIWAF EDIB.INTER MILAN,GELAN PALAN.

yengibar 2018-11-06 14:55:55

Vahid Müəllim, Bakı Baş Gömrük İdarəsi ilə Korrupsiya Əleyhinə Mübarizə idarəsinin qapıları arasında 2 metr məsafə var idi. Bütün bunlar onların gözü qarşısında baş verirdi.Bir də, ildə 1 milyard ola bilməz, ən azı ildə 5-6 milyard olmalıdır.

Sahibkar 2018-11-06 14:55:55

Vahid müəllim,bəs nəzarət etməli orqanlar 27 il niyə bu məsələni açmayıblar.Axı hər il və il ərzində bu orqanlar işləməli,nəzarət funksiyasını yerinə yetirməli idilər.Sizcə oradan başlamaq doğru olmazmı?Əgər yenə nəzarət bu qaydada aparılacaqsa,az vaxt içərisində yenə həmin bazar olacaq. Bir də ki, bu yeyintiləri edən kadrların əksəriyyəti yenə gömrüldədirlər.Onlar yaxşısını bilir.

həmdulla 2018-11-06 14:55:55

Vahid Müəllim, Fabrisiusda, Xətai metrosu ətrafında, daha haralarda bütün yeni binaların altında talançı mafiyanın, Əbülfəzin quldurları otururdu,hətta silahlı mühafizəçilərlə.40000 avro dəyəri olan malı 1500 USD yə salıb öz firmalarının adına rəsmiləşdirirdilər.Sahibkar pulunu 3-5-10 qat ödəyib malını sənədsiz filansız aparırdı.Ən yaxşı halda üstünə vergi gəlib canını alırdı, pis halda MTN, Banditizm! Dövlət də susurdu!İnanmıram ki, sizin o məsələlərdən xəbəriniz olmayıb.Xəbəriniz olub, qorxub susubsunuz!

Analitikə 2018-11-06 14:55:55

İllərdir ölkədə baş verən neqativ hallar mətbuatda,saytlarda çap olunur.Bəs Prezident aparatında bunu izləyənlər yoxdur? Ola bilməz ki. ölkədə baş verənlərlə Prezidentin xəbəri olmasın.

Son yazılar