Sumqayıtda orta yaşlı kişini avtomobil vuraraq öldürüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində, H.Zeynalabdin qəsəbəsi ərazisində, 1987-ci il təvəllüdlü Ağayev Elvin Məmmədrza oğlunu maşın vurub. Yaralı aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. Sürücü isə məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakının Nəsimi rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

635x100

Şərhlər

azər 2018-11-05 23:03:30

orta yaş 45=dən başlayır..30 yaşlı adam gəncdir..

Son yazılar