Rusiya ilə müharibə başlasa, nələr olar? - NATO generalı danışıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Beynəlxalq hərbi qərargahının başçısı, general-leytenant Yan Bruks hesab edir ki, Rusiya ilə toqquşma baş verəcəyi təqdirdə, NATO üzvü Avropa ölkələri hərbi texnikanın və kontingentin daşınması sahəsində ciddi problemlərlə qarşılaşa bilərlər.

«Mən deyərdim ki, hərbi nöqteyi-nəzərdən ordunun yerdəyişməsi lazımi tezliyə malik deyil» - deyə, «Defense News» jurnalı Bruksdan sitat gətirir.

Məqalədə qeyd olunur ki, bu gün NATO üzvləri əsgər və texnikanın potensial Şərq cəbhəsinə doğru irəliləməsi məsələsində «lazımi mobilliyə» malik olmamaq kimi problemlə qarşılaşırlar. Alyans nümayəndələrinin sözlərinə görə, bu istiqamətdə hələ xeyli işlər görülməlidir.

Birincisi, logistika məsələsinin həlli qaçılmazdır: hərbi texnikanın çəkisinə dözə biləcək yollar tapılmalıdır, açar limanların «buraxılış imkanları» artırılmalı və ya köhnəlmiş dəmir yolları təmir olunmalıdır.

İkincisi, blok üzvü ölkələrdən əvvəlcədən onların quru və hava sərhədlərini keçmək üçün icazə almaq lazımdır.

Avropa İttifaqı hərbi qərargahının rəisi Es Pulkkinenin qeyd etdiyi kimi, hüquqi məsələlər qismən Avropa İttifaqının əlindədir, qismən isə üzv ölkələrin kompetensiyası daxilindədir.

NATO dəfələrlə diqqəti daxildəki logistik xarakterli problemlərə yönəldib. Məsələn, ABŞ HDQ-nin kapitanı Cerri Hendriksin sözlərinə görə, silah-sursatın nəql olunması Vaşinqton üçün «artan strateji problem»ə çevrilir.

«Böyük güclərlə rəqabət aparmaq üçün bizim potensialımız yoxdur. Əgər bizim «təminat gücümüz» - qatarlarımız və təchizat gəmilərimiz - olmazsa, genişmiqyaslı əməliyyatlar keçirmək mümkün olmaz» - deyə, hərbçi bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar