İsrail Rusiyanın Suriyaya göndərdiyi S-300 komplekslərini vura bilər

İsrail təyyarələri Rusiyanın Suriyaya göndərdiyi S-300 ZRK-ları ilə vurulacağı təqdirdə bu qurğulara zərbə endirəcəyini bildirib.

“Report” TASS-a istinadla xəbər verir ki, bunu bazar ertəsi rusiyalı jurnalistlərə İsrailin Qüds işləri, ətraf mühitin mühafizəsi məsələləri və mədəni irs üzrə naziri Zeev Elkin deyib.

"Rusiya suriyalılara bu tip silahlar göndərməklə, ondan istifadəyə görə qismən məsuliyyət daşıyır. Bir qayda olaraq, İsrail öz ərazilərinə və təyyarələrinə edilə biləcək hücuma ilk növbədə beynəlxalq diplomatik tədbirlərlə deyil, əməli olaraq qarşılıq verəcək", - deyə o bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başladığını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar