Rusiyalı oliqarxa sui-qəsd edilib - VİDEO

"Forbes" jurnalının Rusiyanın 200 ən zəngin adamının siyahısına daxil etdiyi Oleq Burlakova qarşı sui-qəsd törədilib. "AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, rusiyalı milyonçunu noyabrın 3-də öldürmək istəyiblər. Lakin nədənsə, O.Burlakov həmin gün yox, hadisədən 3 gün sonra polisə müraciət edib.

Artıq Rusiyanın "Ren TV" kanalı hadisəni qismən də olsa əks etdirən kadrları yayımlayıb. Məlum olub ki, milyonçunun oturduğu "Cadillac Escalade" avtomobilinə yaxınlaşan naməlum şəxs əvvəlcə onu səsləyib. Və O.Burlakov avtomobilin şüşəsini aşağı endirərkən, həmin şəxs odlu silahdan atəş açmağa başlayıb. Lakin oliqarxın bəxti gətirib və güllələrin heç biri ona dəyməyib. KİV-lər bu müəmmalı hadisəni şərh etməkdə çətinlik çəkirlər və bunu daha çox milyonçunu qorxutmaq cəhdi kimi dəyərləndirirlər. Artıq polis insidenti araşdırmağa başlasa da, hələlik hər hansı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, O.Burlakov zənginliyinə görə, Rusiyada 158-ci yeri tutur və onun rəsmən 650 milyon dollarlıq varidatının olduğu bildirilir. Onun mülkiyyətinin əsas hissəsini isə "Stroylesbank" təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar