SABİQ XİDMƏT RƏİSİ GÖMRÜKDƏ İDARƏ RƏİSİ OLDU - Səfər Mehdiyevdən yeni təyinat

Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə yeni rəis təyin edilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə polkovnik-leytenant Əlizadə Fuad Rəhim oğlu Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Xəbəri komitədən təsdiqləyiblər.

Xatırladaq ki, Fuad Əlizadə buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışıb. Bu ilin avqust ayında nazir Sahil Babayevin müvafiq əmri ilə vəzifəsindən azad olunub. (Unikal.org)

635x100

Şərhlər

Ali 2018-11-06 17:34:09

Fuad müellim yeni isinizde size muveffeqiyyetler arzulayiriq.

Son yazılar