Şamaxıda avtomobil qaçıran şəxslər saxlanılıb

Dərc olunub: 06/11/2018 - 21:07

260740_res_01Ötən gün Şamaxı rayonu Şəhriyar qəsəbə sakini Elşad Mehraliyev Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək bir gün əvvəl ona məxsus “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib.

Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərilib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində avtomobili qaçırmaqda şübhəlilərin E.Mehralıyevin həmyerliləri, Şəhriyar qəsəbəsinin sakinləri – əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev və Şəhruz Eyvazzadə olduğu müəyyən edilib. Görülən tədbirlərlə hər iki şəxs saxlanılıb və onlar törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.








loading...


Fikrinizi bildirin