"TELEVİZİYALAR "ÜZDƏNİRAQ"ların DƏBDƏBƏLİ HƏYATINI TƏBLİĞ EDİR" -  MTRŞ sədrinin müavinindən sərt ittihamlar +  VİDEO

"Son vaxtlar şou-biznes əhlinə məxsus dəbdəbəli evlərin, villaların və maşınların reklamı maqazin proqramlarının başlıca mövzusuna çevrilib. Açıq demək lazımdır ki, bu cür sifarişli verilişlər əksər hallarda cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır".Kult.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

MTRŞ rəsmisinin sözlərinə görə, insanlar çox yaxşı bilirlər ki, alın təri ilə qazanılmış pullarla bu cür – ifrat dəbdəbə sahibi olmaq qeyri-mümkündür: "İşi, vəzifəsi, qabiliyyəti, aylıq məvacibi və qazancı hər kəsə bəlli olan bəzi üzdəniraq “sənətçilərin” mənbəyi məlum olmayan pullar hesabına qurduğu hər cür dəbdəbəli həyat şəraiti başqaları üçün örnək kimi təbliğ oluna bilməz. Əksinə, əyri yollarla əldə olunmuş bahalı maşınları, oğurluq pullarla ucaldılmış dəbdəbəli villa və imarətləri təbliğ etməyin özü halal zəhmətlə dolanan vicdanlı insanlara qarşı hörmətsizlikdir. Bu cür üzdəniraq təbliğat nəticə etibarı ilə gənclərin əxlaqını pozur, xüsusən də onların peşə seçimində səhvə yol vermələrinə gətirib çıxarır. Bununla da ölkənin və millətin gələcəyi üçün əlavə problemlər yaratmış oluruq".

Qafar Cəbiyev qeyd edib ki, xəbər xidmətinin düzgün və səmərəli təşkili bütün dövrlərdə teleradio yayımçıları üçün prioritet istiqamət olub: "Bu sahədə fəaliyyətini lazimı səviyyədə qura bilməyən yayımçılar heç zaman ciddi uğur qazana bilməyib və bundan sonra da qazanmayacaqlar. İndiki halda xəbərlər xidmətinin təşkili ilə bağlı əsas diqqət çəkən məqamlardan biri ayrı-ayrı yayımçıların sosial şəbəkələrin və bir para qeyri-ciddi saytların yoxlanılmamış informasiyalarının təsir dairəsindən çıxa bilməməsidir. Çox vaxt təqdim olunan xəbərlərin əhatə dairəsi ölkəmizin coğrafiyasını yetərincə əhatə etmir. Mərkəzdən nisbətən uzaq rayonların ictimai-siyasi və mədəni həyatına dair xəbərlər efirlərdə çox nadir hallarda yer alır. Bəzi telekanalların efirinin cəmiyyət üçün o qədər də önəmli olmayan kriminogen xəbərlərlə daha çox yüklənməsi də arzuolunmaz hal kimi dəyərləndirilməlidir".

 

635x100

Şərhlər

AAgahuseyn 2018-11-07 08:41:24

Bunlar hamısı sizin kimi vəzifə sahiblərinin dəstəyi iylə efirə yol tapıb.Onlarıb tanınmışlarından birinin verlişinə baxırdım dostum dedi bun qiz mənim MÜDİRİMDƏNDİR.Donub qaldım ingi MOSKVAYA BAXIRAM birdə bir -birilərinin pasını acan XARİCDƏKİ QƏHRAMANLARIMIZA ki,yeni söyüş oyrənim. UTANIN XƏCALƏT CƏKİN HEC OLMASA ÖZ AİLƏNİZDƏN ONLAR DA BUNLARDAN TƏRBİYƏ ĞÖTÜRÜR VƏ ONLARA OXŞAMAQA CALIŞACAQLAR....

Cəbiyevə sual 2018-11-07 08:41:24

Hörmətli Cəbiyev cənabları,bəs Sizə maaşı nə üçün verirlər və vəzifənizi bilirsinizmi? Bilirsinizsə niyə icra etmirsiniz,yox bilmirsinizsə nə üçün yer tutursunuz?

Van Gogh 2018-11-07 08:41:24

Əgər MTRŞ televiziyaların qarşısında bu qədər acizdirsə, o zaman niyə yaradılırdı? Ona görə ki, həm dünyaya göstərək ki, bizdə də belə bir qurum fəaliyyət göstərir, həm də büdcə pullarını bu qurumda kreslolarda oturanlara maaş qismində çapıb-talamaq lazımdır axı. Təkzibolunmaz faktdır ki, MTRŞ-ə tapşırıq verilib ki, sənin telekanallarla işin olmasın, burnun girməyən yerə başını soxma. Vəssəlam, şüttəmam.

Əsəd 2018-11-07 08:41:24

Əvvəlcədən deyim ki mən nə şou biznes nə də teleradio işçisiyəm. Yazıdakı bir çox məqamda cənab Q.Cəbiyevlə razıyam. Lakin tarix elmləri doktoru, əməkdar jurnalistdən soruşmaq istəyirəm məgər təkcə şou-biznes nümayəndələrinin hərəkətləri ilə gənclərin əxlaqı pozulur? Hansı məmurun, hansı səfirliyin işini qurdalayırsan milyonlarla oğurladığı məlum olur, bəs bu eybəcərliklər gənclərin əxlaqını pozmur. İkincisi məmurların əyri yollarla əldə olunmuş bahalı maşınları, oğurluq pullarla ucaldılmış dəbdəbəli villa və imarətləri barədə kim danışacaq? Fikrimcə şou-biznes nümayəndələrinin belə böyük sərvət toplamağında da məmurların rolu böyükdür. TV-lər də elə səhnə arxası rəhbərləri məmurlar deyilmi? Bir ziyalı kimi bu məsələlərdən niyə danışmırsınız?

S.Ənvərqızı 2018-11-07 08:41:24

Qaffar müəllim,dövlətçiliyimizi,xalqımızı və cənab Prezidentimizi qəlbən sevən dəyərli bir ziyalıdır.Onun dəyərli ziyalı olmasını Şəkidə işləyərkən canlı şahidi olmuşam.Həmişə haqq-ədalətə qiymət verib.İndikilər isə öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salmağa çalışırlar?Uzun müddətdir ki,Rabitə Nazirinə ailəmə qarşı olan haqsızlıqlarla əlaqədar müraciət etməyimə baxmayaraq,qanunun aliliyinə yox,məmurun şəxsi sifarişinə üstünlük verərək şikayetime baxılmır

oxucu 2018-11-07 08:41:24

Cənab Qafar Cəbiyevə! Bu televiziyalar kimlərindir və onlara rəhbərlik edənləri kim təyin edir? Cəsarətiniz varsa, bundan danışın.

Nəbi 2018-11-07 08:41:24

BƏS BU MİLLƏTİ DÖVLƏTİ TALAYAN ÜZDƏN İRAQLAR NECƏ OLSUN?

elsevər 2018-11-07 08:41:24

Çox hörmətli Qafar müəllim.Dediklərinizin hamısı həqiqətdir.Amma sizin kimi səlahiyyət sahibləri də bizim kimi giley -güzar edəcəksə hər şeyin sonudur demək.Biz sizlərdən tədbirlər görülməsini gözləyirik ,millət gözünü sizlərə dikib.Yazıq mühəndis, bədbəxt müəllim-o kanallara nə vaxt dəvət olundu ki? Dəvət olunanlar yalnız sizin tənqid etdiklərinizi tərifləməklə məşğuldur? Amma bu eybəcərliklərə göz yumanlar bilsinlər ki, göz yumduqca bu əxlaqsızlığı öz lərinə yaxınlaşdırırlar .

aspirant 2018-11-07 08:41:24

Görəsən tarix elmlər doktoru adı hansı fundamental elmi nəticələrə görə Cəbiyev cənablarına verilib?

tamaşaçı 2018-11-07 08:41:24

Radio və televiziyalar özbaşına buraxılanda necə olmalı idi ki? MTRŞ-nın işinin nədən ibarət olduğunu dərk edən varmı? Varsa niyə efir,ekran bu gümndədir? Kim bu işlərə məsuldur? MTRŞ-nın yetkili şəxsinin belə çıxışı olduqca müəmmalıdır. Bəs MRTŞ-nın məsuliyyəti nədən ibarətdir? Əgər nəzarət və idarə məsuliyyəti yoxdursa,onda bu qurum nəyə gərəkdir və niyə maliyyələşdirilir?

Müəllim 2018-11-07 08:41:24

şou-bzneslə (hələ onu şou-biznes adlandırmaq olarsa )insanların yeri qarışıb.20-40 il ömrünü elmə,inkişafa sərf edən,ölkəyə milyonlarla xeyir verə alimlər,mühədislər normal ev şəraiti düzəldə bilmir.Amma tullan-düşlə,heç bir ağıl,əmək sərf etməyən gününü tullanıb düşməklə,bayağı mahnı və müsiqilərlə gününü keçirən manıslar villalar,obyektlər sahibi olur, pulla ad,titul qazanırlar. Misal istədiyiniz qədər.Müharibə vəziyyətində olan ölkədə bu qədər çal-çağır lazımdırmı? Şair demişkən: ayrı düşəndə yerimiz...

Bashirov Qarib 2018-11-07 08:41:24

Cənab Cəbiyev qanunlarimızın yol verdiyi tərzdə ,ozunun də dediyi kimi uzdəniraqların qazandıgıgı pullardan niyə rahatsız oldugunu anlamaq olmur.Hər şey qanun daxilində baş verir.Məhz,bu uzdəniraqların ekspert kimi verilişlərə dəvət olunmalarını,veriliş aparmalarını,canlı yayımda əxlaqsızlıgı və uzdəniraqlıgı təblig etmələrini, bizə mənəviyyat və əxlaq dərsi keçmələrini niyə demir Yoxsa,gənc ailələrin oturub,bu uşagın atası sən yox,qonşudandır mubahisəsi və sonda da aparıcının gulə- gulə onları barışdırıb y

ayzek 2018-11-07 08:41:24

Axır ki bir qiryətli dövlət rəsmisi tapılb sözünü dedi.

Son yazılar