ZAMİRƏ HACIYEVA LONDONDA HƏBS EDİLDİ! - Bakıya ekstradisiya oluna bilər

“The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun üç uşaq anası olduğunu, bunu nəzərə alaraq qadının həbsini girov əvəzində ev dustaqlığı ilə əvəz etməyi xahiş edib. Vəkilin vəsadətində göstərilirdi ki, Z.Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyun ayında baş tutacaq məhkəməyə qədər o ev dustağı kimi Londonda qalmalıdır.

Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı “dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, xanım Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri-Cahangir Hacıyev götürüb. Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib.

Barrister bununla razılaşmayıb: “Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.

Hakim Z.Hacıyevanın 500 min funt sterlinq girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb.(virtualaz.org)

****

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib. Onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.

55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının "fırıldaqçı" olmadığını deyir.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Westminster Magistr Məhkəməsində məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

O iki mənimsəmə ittihamı ilə üz-üzədir və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.

Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min stelinq məbləğində zəmanət ödəməlidir.

Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.

Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir. Appelyasiya şikayətinin cümə axşamı günü Ali Məhkəmədə keçiriləcəyi gözlənilir(bbc.com).

635x100

Şərhlər

İlqar Rusiyalı 2018-11-06 22:41:59

hansı sahəyə baxırsan korrupsiya, rüşvətxorluq, dərəbəylik və özbaşınalıq höküm sürür. Bu məmurlar xirtdəyə kimi camurun içindədir və üfunət iyi verirlər. Utanmırlar, ölüb yerə girmirlər, hələ bir nə isə deməyə çalışırlar. Görəsən məmurlar bu qədər gönüqalınlığı , Allahdan, dindən və imandan xəbəri olmayan kafirlik və şarlatan həyat tərzinizi kimlərdən miras qəbul edib ? ..... Bu məmurlar xalqın və dövlətin qenafonunu mənimsəyib və məhf etmək istiqamətini götürüb. Bu coxsaylı və silsilə cinayətlərin içində çapalayan məmurları müharibə Qanunları ilə davranıb cəzalandırmaq lazımdır ki, digər gəmiricilərə də dərs olsun. Belə məmurlar xalq nifrət edir..... sağalmaz yoluxucu xəstəliyə düçar olmuş pul düşkünü olan məxluqlardır.

analitik 2018-11-06 22:41:59

Beynəlxalq bankın bir çox sabiq məsul işçilərinə Mərkəzi icra orqanlarında yüksək vəzifələr verilib. Rusdilli olduğu üçün bu xanıma da sabiq tanışlarının birinin yanında vəzifə ferilsə heç də təəccülənməyərsiniz...

Hörmətli oxucu! 2018-11-06 22:41:59

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli oxucullar xahiş edirəm bu rəvayəti oxuyun ,sonrə ZAMİRƏ HACIYEVA hərəkətlərini dəyərləndirin! Bir gün Hz. Fatimə atası Hz. Mühəmməd (ə.s.s) dan sual edib soruşur: – Qadınlardan birinci cənnətə qədəm qoyan kim olacaq? O dedi: qonşumuz Çobanın arvadı. Fatimə təəccüb edib dedi: – necə olur ki, peyğəmbərin qızı mən olduğum halda, Çobanın arvadı cənnətə ilk qədəm qoyur? Atası deyir ki, get çobanın evinə, görərsən. O, çobanın arvadının nə əməl sahibi oldüğünü bilmək üçün, onlara gedib qapınl döyür. Çobanın arvadı qapının arasından baxıb deyir: – Ya Fatimə sənə fəda olum məni bağışla. Qapını aça bilmərəm. Get, sabah gəl, sahibim gələndə icazə alım sonra qapını açaram. Fatimə qayıdıb gedir. Sabah gələndə, oğlu balaca Həsən də anasının yanında gəlir. Fatimə qapını döyür. Çobanın arvadı yenə qapının arxasından baxıb deyir: – Ya Fatimə sənə fəda olum sahibimdən sənin üçün icazə almışam, get sabah gəl uşaq üçün də icazə alım. Fatimə qayıdıb gedir.. Sabahsı gün gələndə çobanın arvadı baxıb görür ki, sahibindən icazə alıbdır odur ki, qapını açır. Fatimə içəri daxil olur və görür ki, Çobanın arvadı günün qabağında oturub, bir tərəfində isti su qabı, o biri tərəfində günün altında qurumuş çörək və özü də cəhrə əyirir. Fatimə soruşur ki, nə üçün kölgəni qoyub, günün altında işləyirsən? Çobanın arvadı cavab verir ki, ya Fatimə, sənə qurban olum. Mənim ərim isti günün qabağında çöllərdə isti gölməçələrdən su içir, quru çörək yeməklə mənə çörək qazanır. Mənim vicdanım kölgədə oturub sərin su içməyi qəbul etmir, rahat olmur. İndi mən də gördüyün kimi evdə, sahibim kimi zəhmət, əziyyət çəkirəm ki, Onun çəkdiklərini hiss edim. Həzrəti Fatimə görür ki, doğrudan da, Çobanın arvadı ərinə qarşı düzgün, və sadiqdir, ərindən icazəsiz öz başına heç bir iş görmür. Ərinin zəhmətini qiymətləndirib öz zəhmətini onun zəhmətinə bənzədir. Hətta Hz. peyğəmbərin qızı üçün də ailədə qanunqaydanı pozmur ona görə də bu qadın cənnətə birinci qədəm qoymağa layiqdir. Hz. Fatimə gördüklərini atası¬na danışır.

Dr.AGAOGLU 2018-11-06 22:41:59

Cahangirlərlə bərabər digər büdcə oğrularıda hüquqi müstəvidə əməllərinin cəzasını almalıdırlar.Lakin bunu pulları qaytarmamaqla əvəzləmək olmaz.Pullar mütləq Dövlətə qayıtmalıdır.Əks halda cəmiyyətdə belə fikir formalaşar ki, bu həbslər də haram pulların yuyulmasının bir Azərbaycan texnologiyasıdır.

cəngərlik sakini 2018-11-06 22:41:59

kasıbların,xəstələrin qan pulusunu ingilislərə yedizdirirlər.ALLAH bunu qəbul etməyəcək.Belələrinin cəzası da AXİRƏTƏ qalmaz İNŞƏALLAH.Kimisi övladına bir qarın yemək tapa bilmir,xəstəsi evdə ölür,belələri isə.....İnşəallah bunların hamısını həbs gözləyir.ÇOX ŞAD OLDUM.ŞÜKÜRLƏR OLSUN ALLAHA.

Şəki-Bazar ASC-nin səhmdarı 2018-11-06 22:41:59

Dövlətimizə,xalqımıza və Rəhbərinə xəyanət edənin yeri yalnız həbsdir.Öz xdmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə,xəyanət edirlər ? Belə insanlarıda Allah bağışlamır,gec-tez öz cəzalarını alırlar..Şəki-Bazar ASC-i C.Hacıyevindir,o həbsdə olmasına baxmayaraq vergidən yayınma halları tüğyan edir,aidiyyatı qurumlar yenədə göz yumurlar? Hər bir məmur yalnız öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmalıdır,əks təqdirdə xəyanət edənləri Ulu Tanrı bağışlamır.

G.M 2018-11-06 22:41:59

E.Mahmudov qohumlarını güdaza verib,``çöldə`` qaldı.Zamirənin Azərbaycana ekstrazisiyası kimə gərəkdir..pulları versinlər ki,Banklara borclu olan vətəndaşlarımızın borclarına ödəsinlər.Əslində o varidatın əsil sahibi bu bədbəxt millətdir.

Son yazılar