ABŞ-ın PKK qərarına Türkiyədən cavab  - "Gecdir, bizi aldada bilməzlər!"

Olduqca gec verilmiş bir qərardır.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın ABŞ-ın PKK rəhbərləri ilə bağlı elan etdiyi mükafat qərarına münasibət bildirərkən deyib.

“Bunu etsinlər, müsbət qarşılayarıq. Lakin YPG-nin fəaliyyələtini pərdələmək üçün verilən qərardırsa, 3 gün sonra həqiqət ortaya çıxacaq. “PKK-nı YPG və PYD-dən ayrı tuturuq”, deyib bizi aldada bilməzlər”, - deyə Qalın bildirib.

Qeyd edək ki, ABŞ “Ədalət üçün mükafat” proqramı çərçivəsində Murad Qarailan (5 milyon), Cəmil Bayık (4 milyon) və Duran Qalxanın (3 milyon) tutulması üçün mükafat təyin edib.

635x100

Şərhlər

davud 2018-11-07 00:11:41

bunda erməni sevgisi çoxdur.

Son yazılar