Çilinin xarici işlər nazirinin olduğu təyyarə təcili eniş edib

Avstraliyanın Sidney şəhərindən Çilinin paytaxtı Santyaqoya uçan sərnişin təyyarəsi Melburn şəhərinə təcili eniş edib.“Report” “BioBio” radiosunun saytına istinadən xəbər verir ki, buna səbəb kimi Sidneydən qalxandan 3,5 saat sonra baş vermiş və nə olduğu dəqiqləşdirilməyən hadisə göstərilir.

Sərnişinlər arasında Çilinin xarici işlər naziri Roberto Ampuero da olub.

Təyyarə Avstraliyanın “Qantas” aviaşirkətinə məxsusdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar