“ŞÜKÜROVUN HAMAMI HƏRRACA ÇIXARILSIN...” - Deputat "vurulanların" əmlakları haqda... + FOTOLAR

“Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?!” “Report” xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: “Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”.

Fəzail Ağamalının ehtiyyatla, hətta qorxa-qorxa dilə gətirdiyi bu məsələ həqiqətən də çox düşündürücüdür. Son illərdə "vurulan" məmurların üst-üstə milyardlarla dəyərində əmlaklarının və pullarının əıllərindən alındığı haqda məlumatlar yayılıb. Bu məlumatların bir qismi isə faktlarla öz təsdiqini tapıb. Lakin məmurların vəzifədə olarkən Azərbaycan xalqından oğurladıqları pullar hesabına əldə etdikləri bu əmlakların, şirkətlərin "müsadirə olunduqdan" sonrakı taleyi haqda heç bir məlumat verilmir. Bu əməliyyatlardan dövlət büdcəsinə, yəni Azərbaycan xalqına nəsə qaytarılırmı - məlum deyil. Çox böyük ehtimalla, qaytarılmır. Əks halda bu proses şəffaf, F.Ağamalının dediyi kimi, hərrac vasitəsilə həyata keçirilərdi və bundan hamının xəbəri olardı.

İndi isə belə bir "budama əməliyyatının" Qüdrət Şükürovun ətrafında aparıldığı bildirilir ki, onun əlindən alınan pulların və əmlakların da kimlərin əlinə keçdiyi qaranlıqdır. Çünki bu tipli "müsadirələr" qurd qanunları əsasında aparılır - düşən qurdu digərləri parçalayır...

F.Ağamalı isə, belə görünür ki, buna etiraz etmək istəyib, yəqin ki, tarix üçün; nə vaxtsa "mən buna etiraz etmişdim", - deyə bilmək üçün. Lakin qorxu cəsarətinə üstün gəldiyindən bu, hörmətli deputatımızda o qədər də tutarlı alınmayıb...

Qeyd edək ki, "Yeni Müsavat”ın yazdığına görə, Qüdrət Şükürov yaxın ətrafına bildirib ki, təcili olaraq 10 milyon manat lazımdır ki, köhnə işlərini sahmana salıb vəziyyətdən çıxsın. Bu məqsədlə özünün Bakının müxtəlif ünvanlarında yerləşən əmlaklarını və obyektlərini satır.

Qüdrət Şükürovun belə obyektlərindən biri də Ali Məhkəmə binası yaxınlığında yerləşən "Womans Secrets” qadın hamam kompleksidir. "Baş liftçi”nin qalmaqallarla yadda qalan qızı Aysel Şükürovanın "Türk hamamına girdim” adı ilə sosial şəbəkələrdə yayımladığı videoda kompleksin olduqca bahalı işləmələrlə zəngin olması diqqət çəkir. Həmin hamama xərclənən pullarla Bakıdakı binaların yarısına keyfiyyətli liftlər quraşdırmaq olardı.

İstintaqa cəlb edilmiş Qüdrət Şükürova təcili olaraq 10 milyon manatın niyə görə lazım olması bilinmir. Onun barəsində korrupsiya araşdırmaları davam edir.

Məlumata görə, Qüdrət Şükürovun Ali Məhkəmə binası yaxınlığında yerləşən "Womans Secrets” qadın hamam kompleksindən savayı Mərdəkandakı bir-birindən bahalı bağ evləri, Bakıda çoxsaylı mənzilləri, Almaniyada xüsusi sifarişlə yığılmış, 450 min avroya başa gəlmiş "Mercedes S klass” son model avtomobili, "Range Rover”, "Mercedes Qalenvaqen”, "Lexsus” markalı maşınları və ictimaiyyətə bəlli olmayan sərvəti var. İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatının olması da gələn xəbərlər sırasındadır.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

taliw 2018-11-07 20:15:12

adama deyeller bes senin ,,,hamamlarin, parniklerin, villalarain ,,hardandir

BABAYEVA ASYA EHMEDELI Qi 2018-11-07 20:15:12

abutalibov ondan aldigi atkatlarla yuk masinlarinin carimalarini odayacak Bakini pis guna goyub indida yolkari yuk masinlai ila sumlamag istayir barakallah

antiAbu 2018-11-07 20:15:12

Fəzail müəllim çox gözəl bilir ki, mənimsənilən pulların 90 və bəlkə 95%-i Hacıbala Tolstoya(Abutalıbova) verilməsəydi,o, Şükürovun basıb gözünü çıxardardı. Cinayətə yaşıl işıq yandıran, mənimsənilən maliyyə vəsaitinin böyük hissəsini götürən, sürücüləri öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən qalıb bir qıraqda, hər şeyi Şükürovun . üstünə atırlar.Şökürov kimdir, axı! Təkcə, hamamı hərraca çıxarmaqla haqq öz yerini tapmır!

Sadiq 2018-11-07 20:15:12

agamali bilmir ki 10 milyona hamam olmaz? agamalidan sorushmaq lazimdir ki eger bir hamam 10 milyonadirsa o zaman 8-ci km-deki Neon shadliq saraylari kompleksi nechaya olar ?

rehman 2018-11-07 20:15:12

fezail 1-ci oz obyektlerinden baslasin.

t.ədalət 2018-11-07 20:15:12

Ziya Məmmədovun təyyarəsi var.Əgər ,hörmətli deputat(bir vaxtlar tərbiyəsiz nigahın-- "vətəndaş nigahının" qanuniləşməsini də istəmişdi)ayaqyolunun-hamamın dövlətin hesabına keçirilməsini istəyirsə,onda Nardaran və digər kəndlər boyu maliyyə oğrusu olan məmurların villaları necə olsun?Bəlkə onlardan başlanılsın?

ayzek 2018-11-07 20:15:12

Hamam hərraca çıxarılsa bəs müstəntiqə nə verəcək? ....

Bashirov Qarib 2018-11-07 20:15:12

Rasim muəllim,həqiqətən də siz qələminizə hörmət edən cəsarətli yazarsınız. Amma,hamının bildiyi,lakin dilə gətirə bilmədiyini siz niyə muəmma kimi qələmə verirsiniz? Guya, bilmirsiniz vurulan məmurların taladıqlarının aqibəti necə olur ?

Абдулла 2018-11-07 20:15:12

Məqalənin müəllifi ilə tam razıyam. Hesab edirəm ki, "məmurların vəzifədə olarkən Azərbaycan xalqından oğurladıqları pullar hesabına əldə etdikləri bu əmlakların, şirkətlərin müsadirə olunması ilə yanaşı", eini zamanda, bu məmurların qanunsuz əməllərinə imkan verən və onlara arxalıq edərək vaxtında xalqın səsini eşitməyənlər daha ciddi və sərt cacalandırılmalıdır. Nədənsə, millət vəkili bu məsələyə toxunmur.

R-n 2018-11-07 20:15:12

Bu olkenin shah damarini sumuren ele ....

Son yazılar