“BABALI ONLARIN BOYNUNA…” – Məmmədyarovdan dil müzakirələrinə cavab

Dərc olunub: 07/11/2018 - 16:11

Elmar-Mammadyarov-800x450Xarici işlər naziri Elmar Məmmədyarov İstanbuldakı çıxışı ilə bağlı günlərdir sosial şəbəkələrdə davam edən müzakirələrə və tənqidlərə münasibət bildirib.

Nazir Trend-ə müsahibəsində mövzu ilə bağlı suala bir cümlə ilə cavab verib.

- Elmar müəllim, yeri gəlmişkən, son zamanlar sosial şəbəkələrdə sizin İstanbul şəhərində etdiyiniz çıxış ətrafında çox müzakirələr aparılır. Onu da deyim ki, sizi tənqid edən şəxslərlə yanaşı, sizi müdafiə edən çoxsaylı həmvətənlərimiz oldu. Məsələyə münasibətinizi öyrənə bilərikmi?

- Bilirsiniz, məni anlamaq istəyən nə dediyimi çox yaxşı başa düşür, anlamaq istəməyənlərə gəldikdə isə, babalı onların boynuna.


loading...




Fikrinizi bildirin