Tramp Kim Çen Inla gələn il görüşəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, KXDR lideri Kim Çen Inla 2019-cu ildə görüşəcək.

"Report" "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri mətbuat konfransında deyib.

"Növbəti il, hansısa anda", – deyə Donald Tramp görüşün nə vaxt olacağı barədə suala cavabında bildirib.

Trampın sözlərinə görə, o, görüşə "tələsmir", çünki sanksiyalar KXDR-ə qarşı işləyir, Pxenyan isə daha çox raketlər buraxmır.

Qeyd edək ki, iki ölkə rəhbəri bu ilin yayında Sinqapurda görüşüblər.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar