DEPUTATDAN NAZİRƏ ÇƏTİN SUAL - "Azərbaycanı niyə Belarusla müqayisə etmək olmaz?"

Deputat Aytən Mustafazadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri müzakirəsi zamanı əlillərin və ehtiyacı olan ailələrə ayrılan müavinətin artırılmasını təklif edib.

Modern.az-ın məlumatına görə, deputat Aytən Mustafazadə bildirib ki, 50-60 manata olan müavinətlər artırılmalıdır.

“Evdə oturan əlilər, pensiya alan ahıllar bunu hiss etmir. Lakin hər il artırılan 5-10 manatla heç nə etmək mümkün deyil. 144 manat alan pensiya alan o pulu kommunal xərclərə verir, dərmanlarına kifayət etmir. Nə qədər bu məsələni qaldırmaq olar... Demək olar ki, hər il bu məsələlər qaldırılır. Amma ortada heç bir nəticə yoxdur. Biz deyirik ki, büdcəmiz sosialyönümlüdür. Ancaq sosialyönümlü büdcə konkret maaşlarda, pensiyalarda özünü göstərməlidir.

Səttar müəllim (Səttar Möhbalıyev –red) çıxışına yaxşı başlamışdı. Amma sonra qayıtdı ki, biz bunların hamısını edə bilmərik. Ötən gün də büdcə müzakirələri zamanı Azərbaycan Belarusla müqayisə edildi. Lakin buna cavab olaraq maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycanı Belarusla müqayisə etmək olmaz. Mən Samir müəllimin (Samir Şərifov –red) bu fikrinin əleyhinəyəm. Niyə Azərbaycanı belə ölkələrlə müqayisə etmək olmaz?! Azərbaycan bu gün geostrateji layihələrin həm təşəbbüskarı, həm də maliyyəçisidir”.

A.Mustafayeva deyib ki, ölkəmizin neft, qaz, qızıl ehtiyatları olmaqla yanaşı, kənd təsərrüfatı sahəsi inkişaf edir, insan kapitalına fikir verilir.

“Azərbaycanın beynəlxalq reytinqlərdə mühüm yerləri tutur. Belə olan halda, ölkəmizi nəinki Belarusla, digər ölkələrlə də müqayisə etmək olar. 10 milyonluq Azərbaycan kiçik olmasına baxmayaraq, qüdrətli dövlətdir . Bu baxımdan vətəndaşlarımıza onlara layiq olan qayğını göstərə bilərik. Sosial yönümlü büdcə konkret rəqəmlərlə göstərilməli, maaş və müavinətlər artırılmalıdır”.

Daha sonra çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib ki, tələbatla təminat düz mütənasibdir. “ İldən-ilə rəqəmlər artır. Lakin bunlar gündəlik tələbata cavab vermir. Bu istiqamətdə addımlar davam etdirilməlidir”.

635x100

Şərhlər

İ.Mustafaoğlu 2018-11-08 13:00:25

Millət vəkili xalqın vəkili olmalıdır.Özlərinin yaşamaq rifahları yaxşı olduğuna görə xalqı düşünmək istəmirlər. Azərbaycanı inkişaf etmiş bütün dövlətlərlə müqayisə etmək olar.Azərbaycanın nəyi yoxdur ? Nefti,Qazı,Qızılı,Dəniz və kənd təsərrüfatı məhsulları və s.Bir maliyyəçi kimi deyə bilərəm ki, dövlət büdcəsinə neftdən əldə edilən gəliri daxil etmədən büdcəni yerinə yetirmək mümkündür.Məmurların düzgün olmayan kadr təyinatı,dövlət əmlaklarının dağıdılmasına və korrupsiyaya gətirib çıxarmışdır...

GMO 2018-11-08 13:00:25

pls-pısaya demək istəyirəm düzdür Aytən xanım heç də millətin dərdini çəkən kəslərdən deyil. Başçılıq etdiyi institutda o qeder problemli insan var ki heç bir dəfə də olsun onları dinləmək belə istəməyib. Qəzənfər düz deyir bu çıxış instituta qrant gətirmək üçün bir bəhanədir. Yazıq "seçiciləri"ni bu 3 ildə bir dəfə də olsun qəbul etməyib. İnstituta gəlib kor-peşman, Akademiyanın həyətində qışqıra-qışqıra gedirlər yazıqlar. Millətin dərdini çəkənə bir bax!İşçilərə qan uddurur. salamlarını belə almır bu.

Qəzənfər 2018-11-08 13:00:25

Sənan Ələsgərov Vediliyə bildirmək istəyirəm ki deputat xanım hamıdan tox və imkanlıdır. Aclardan xəbəri yoxdur,acları heç görmək belə istəmir. Direktoru olduğu institutda kimin ac, kimin tox olduğundan xəbəri belə yoxdur. Kabinetinin qapısı işçilərin üzünə bağlıdır. Heç kimlə nə salamlaşmaq, nə də görüşmək istəmir. Bunu bütün AMEA bilir. Hərdənbir belə çıxışlar etmək ona instituta qarant gətirmək üçün lazımdır. Zavallı əlil "seçiciləri" bütün günü onunla görüşmək üçün institutda hay-küy qoparırlar...

Sənan Ələsgərov Vedili 2018-11-08 13:00:25

Toxun acdan xəbəri olmaz. Deputat xanıma eşq olsun

oxucu 2018-11-08 13:00:25

bir sözlə qara qızın dərdi var

R-n 2018-11-08 13:00:25

Azerbaycani ele gune saliblar ki,hec digalarla mugayise oluna bilmir.Belarusla mugayise ise elcatmazdir...

finansman 2018-11-08 13:00:25

Bu nazir maliyyəci iqtisadcı deyil ki Belarusla Azerbaycanın fərqini bilsin!Azerbaycandan Belarusa ayrilan krdeit senin imzanla gedib, Müşahidə şurasının sədri olduğun Bbank nəzarətsizliyin ucbatından dillərdə dastan oldu, maliyyə Nazirliyinin köhnə binasına milyonlar ayırıb əsaslı təmir elətdirəndən bir il sonra dibdən sökdürüb yenisini tikdirdin! Belarusda belə nazirləri Lukaşenko hörmət eləsə mal otarmağa göndərər,indi alimi külli olmusan - Azərbaycan Belarusa benzemez, beli cunki sənin kimi naziri var!

Qəzənfər 2018-11-08 13:00:25

Bu xanım heç də millətin dərdinə qalan adam deyil.Başçılıq etdiyi institutda əməkdaşlar hüquqları pozulmuş vəziyyətdədir.Qara qızın dərdi var:institutda daxili əmrlə əlillərin hüquqları ilə bağlı guya kagfedra açıb. Məqsədi də beynəlxalq təşkilatlardan böyük məbləğdə qrant almaqdır.Arabir belə populist çıxışlar etmək ona qrantlar almaq üçün lazımdır. Direktoru olduğu HiHİ bərbad gündədir.....İşə gələndə köməkçisi içşiləri otaqlara qovur ki heç kim ona salam verməsin

Veteran 2018-11-08 13:00:25

Ay Ayten xanim dunyani gezib gormusunuz bu ne obsurd sualdir nazire verirsiniz. Beyem siz hele bawa duwmemisiniz ki, bizde ancaq "al" meselelerinde dunya tecrubesine istinad edilir? Meselen, benzinin qiymetini iwigin qiymetini ictimai neqliyyatin qiymetini qaldiranda uzun uzadi olke adlari cekilir ve cammatin gozune soxurlar ki, baxin filan olkede ictimai neqliyat bizden iki defe bahadir. O ki, qaldi "ver" meselelerine onda hec kim hec bir olkeye istinad edilmesine maraqli olmur!

G.M-ya dələduz olmayanlardan 2018-11-08 13:00:25

Bu xanım dediyiniz o "dələduz məmur sürüsünü" çaya susuz aparıb susuz da gətirər. Dələduz olmayanlar Azərbaycan respublikasında dövlət işlərində işləyə bilməzlər. Bir də onu qeyd edim ki, dələduz olmayanları 92-95-ci illərdə Qarabağ müharibəsində rasxoda verdilər (allah rəhmət etsin)!!

pıs-pısa 2018-11-08 13:00:25

Bir məmmələkətdə ki, insan hüquqları yoxdur və hər şey süngü üzərində dayanıb, orada absurd "Hüquq və İnsan Haqları İnstitutu" yaradıb və bu xanımı-Aytən Mustafazadəni elmlər doktoru edib otuzdurublar direktor və MM deputatı kürsülərində, Bakı Dövlət Univ-də də tədris ilə məşğuldur. Daş başına ay Azərbaycan gör millətin dərdini kimlər çəkir.

ayzekə-XX-1-dən 2018-11-08 13:00:25

Belarus acından ölmür. Acından ölən bizik ki, gedib belarusa qədər çıxmışıq. DİN-ə , XİN-ə, Miqrasiya xidmətinə müraciət edin görün o acından ölən Belarusdan bu çiçəklənən Şərqin Götəşinə bir nəfər belaruslu gəlibmi?? ..

ayzek 2018-11-08 13:00:25

Acından ölən Belorusa milyonlarla dollar krediti simvolik faizlə verəndə niyə Samir Şərifov səsini çıxarmırdı?

Bashirov Qarib 2018-11-08 13:00:25

Hormətli xanım deputadın verdiyi sual məni təəccubləndirdi.Belaruslarla bizi muqayisə etməyin fərqini anlamaq uçun parlamentlərin necə formalaşmasını bilseniz(daha dogrusu,anlasanız) hər şey aydın olar.

NURəddin 2018-11-08 13:00:25

Doğrunun qadağan edildiyi bir yerdə bu deputat niyə doğru danışdı?Axı bizim cəmiyyətimiz həqiqət eşitməyə o qədər də öyrəncəli deyil. BU CÜR DURUXDURUCU HƏQİQƏTLƏR ŞOK EFFEKTİ VERİR.QULAQLARIMIZDA KÜY, XIŞILTI YARADIR.XAHİŞ EDİRİK, BİZƏ YALAN DANIŞIN.SİZ YALAN DANIŞANDA DAHA MÖHTƏŞƏM GÖRÜNÜRSÜNÜZ. VALLAH, HƏQİQƏT SİZLƏRƏ YARAŞMIR.

aysberq 2018-11-08 13:00:25

Nazir də utandığından qarnını tutub ayaqyoluna qaçdı. A maşallah!

vetendaş 2018-11-08 13:00:25

160.170 mamat maaşla dolanmaq olarmi .niye 200 manatdan aşağı maaş olarmi

Vergi ödəyicisi 2018-11-08 13:00:25

Mən Aytən xanımla tamamilə razıyam.Əlbəttə Azərbaycanın gəlirlərinə düzgün nəzarət olunsa, korrupsiya hallarına son qoyulsa, vergilər qanunu yolla ödənilsə, qeyri qanunu əlillik,pensiya alanlar aradan çıxarılsa inanın ki ,Azərbaycanda heç bir problem olmaz.Mən bunu illərin təcrübəli iqtisadçısı və mühasibi kimi deyirəm.Əyər biz vergi ödəyirik, hər hansı bir məmurlar da bu pulları göyə sovurursa nədən danışa bilərik.Zamirə Hacıyeva Londonda pulu xərcləyəsi yer tapmır.Bu bir nümunədir Yazıqlar olsun bizə.

Mühasib 2018-11-08 13:00:25

Əgər bunlar ciddi şəkildə toplanca,büdcəmizdən artıq xeyli vəsait qaldığı müəyyən olunar.Bəs bu artıq vəsait niyə xalqın rifahına,güzəranlarının yaxşılaşdırılmasına,müavinət və pensiyaların,maaşların artırılmasına yönəldilmir?Axı bu vəsaitlər bu millətə məxsusdur.Bu məsələ ilə deputatlar,müvafiq nazirliklər niyə məşğul deyillər? Bunu bir analiz edən olub? Əgər bu sahəyə diqqət edən olsa pensiya və müavinətlər,maaşlar bir neçə dəfə artırıla bilər. Birdə ki, Azərbaycanda qiymətlər Belarüsdan yüksəkdir.

Mühasib 2018-11-08 13:00:25

Avaz yaxşıdır,oxuduğuna diqqət edən olsa!Nə qədər ki, Səttar bəy,Hadı bəy oradadır bu boş söhbət olaraq qalacaq.Millət vəkili millətin vəkili olmalıdır,siyahi vəkili yox! Yalnız o zaman onun səsi eşidilər.Siyahi vəkilinin sözü elə ağzında qalacaq. Hər sahə özünü maliyyələşdirməyə keçirilib ( hətta Beynəlxalq bankı da özəlləşdirməkdədirlər),özünü maliyyələşdirmə genişlənib.Ölkəyə daxil olan neft,qaz,pambıq,qızıl və sair vəsaitlər,daxili vergi,gömrük yığımları və digərləri toplanaraq necə məsrəf olunur? Ardı

G.M 2018-11-08 13:00:25

Xanım Deputatın dedikləri dələduz məmur sürüsünə və hətta hadı kimi aliqarx deputata heç sərf eləmir.Daha doğrusu harm ``qazanc`` onları mənəvi ,müqəddəs sayılan hər şeydən uzaqlaşdırıb.Anlamırlar ki,qazanclarının mənbəyi səfalətə yuvarladıqları insanlardı.

Son yazılar