"BU MİLLƏT HƏR ŞEYƏ HAZIRDIR, TƏKİ NƏSƏ QOPARA BİLSİN" - Deputatdan aşağılayıcı çıxış

"Millət işləməyə vərdiş etməlidir"

“Qarabağ müharibəsinin nə qədər veteranı var? Axı müharibədə bu qədər adam iştirak etməyib... Elələri var ki, bir dəfə də döyüşdə iştirak etməyib, amma əlillik vəsiqəsi var. Ona görə də bu sahədə islahatlar aparılmalıdır”.

“Report”un xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Yaqub Mahmudov deyib.

“Bu millətin nə qədər əlili, ələbaxımlısı var? Millət işləməyə vərdiş etməlidir. İndi də bir tendensiya yaranıb, hamı haradansa nəsə qoparmaq istəyir. Əlildirsə əlillik, zəlildirsə zəlillik - hər şeyə razıdır, təki nəsə qopara bilsin. Bu, millət üçün fəlakətdir. Tutaq ki, bir şəxsin ayağı yoxdursa, ona əlillik təyin etmək doğrudur. Söhbət saxta vasitələrlə əlillik dərəcəsi alanlardan gedir. Bu qədər əlilin, Qarabağ müharibəsi veteranının olması cəmiyyətdə şübhə doğurur” -deyə, deputat əlavə edib.

635x100

Şərhlər

moderatora 2018-11-08 13:15:57

Hörmətli moderator,bu komentariləri bir məktub halına salıb Millət vəkili sayılan Yaqub müəllimə göndərsəniz bəlkə faydası oldu,bir də belə məzmunsuz şıxışlar etmədi.

Vətəndaş 2018-11-08 13:15:57

Yaqub Mahmudov yalnız öz tayfası üçün çalışan adamdır....Millət vəkili xalqın vəkili olmalıdır ? Y.Mahmudov millət üçün bir müsbət iş görübdürmü ? Görməyəcəkdir ? Vaxtında Milli Məclis buraxılmalı, dövlətini,xalqını qəlbən sevən vətənpərvər ziyalılarımız seçki yolu ilə deputat mandatı qazanmalıdırlar..

Mübarizə əlavət 2018-11-08 13:15:57

Titullar,vəzifələr birləşdirilib.onlardan birinin ,ən yüksəyinin maaşı verilməlidir.Yoxsa ğzlərinə saxta titullar alıb dövlətdən artıq pul qoparırlar.insan istehsalatda işləyir,yorulur ,ayda 300-350 manat alır.Bəs bunlar nə edirlər ki, zəhmətkeşdən 15-20 dəfə artıq maaş alırlar.Bu sosial ədalət deyil!Çünki titul aldıqları elmi işin )əgər hələ elmi əsası və tətbiqi olsa ) tətbiqi olmur və ondan dövlət gəlir götürmür.Ona görə bu məsələyə ciddi yanaşmaq vacibdir.

Sabir 2018-11-08 13:15:57

Fiktiv verilən adlar ləğv edilməlidir.Öncə bir ciddi komissiya tərtib edib akademik,müxbir,elmlr doktoru kimi adların son 30 ildə hansı əsaslarla verildiyi yoxlanmalı,sonra bir sərəncamla fiktivləri,əsassız,plaqiat olanları ortaya çıxarılıb saxta titullar ləğv edilməlidir.Bunu edən olsa nə qədər havayı verilən pullar yerində qalar,qondarma alimlər münasib payını alar, Elmlər Akademiyası da yeyinti orqanından elm orqanına çevrilər..

Mübariz 2018-11-08 13:15:57

Yaqub müəllim əlilləri siz zəlil edib küçələrə salmısınız.Siz bu millətin vəkili deyil,millətin zəlilisiniz.İnistitut direktoru kimi 1500,akademik kimi 2000,millət zəlili kimi 3000 ,7000 dövlətdən pul qoparırsınız,hələ yenə azdı deyirsiniz.Əlilə zəlil deyib təhqir edirsiniz.Ayıb olsun!Deyin görək kimdi dövlətdən çox qoparan....

Millət 2018-11-08 13:15:57

Hörmətli deputat,zəhmət çək sayta açıqlamaya cavab olaraq yazılan kommentariləri oxu,bəlkə yerində olmadığını hiss edəsən.Səni bilməyərək və tanımayaraq Milli Məclisdə oturdan milləti sayt vasitəsilə təhqir edirsən.Sən bir millətin içərisinə çıxıb onun halı ilə maraqlandığın vaxt olubmu? ... Milləti soğan qabığına soxmusunuz,hələ bir hörmət də umursunuz? Ayıb!

mühasib-ə 2018-11-08 13:15:57

Yaqub kişi sayıqlayır.Müəllimi o günə qoyublar ki,yaşam mücadiləsi edir.İşdən aldığı cüzi maaşla dolana bilmədiyi üçün yaşamaq üçün imkan axtarır.Bunu bu millətin vəkili anlaya bilirmi? Bu vəkillər hal-hazırda 1800-3000 manata qədər, bəziləri daha çox maaş aldıqları halda imkan düşən kimi maaşlarının artırılmasını istəyəndə müəllimləri, həkimləri, 50-200 manat pensiya verilən ömrünü işləyərək ölkənin inkişafına sərf rdən pensiyaçıları düşünürlərmi?Ona görə xalq MM-ə nifrət edir.

Azəri 2018-11-08 13:15:57

Bİ ANTİ MİLLİ DEPUTATIN NƏ DEMƏK İSTƏYİR? QARNI NİYƏ AĞRIYIR GÖRƏSƏN BU MİLLƏTƏ QARŞI BU QƏDƏR KİN NİFRƏT QURDLAR İÇİNİ DAĞIDIR?

Hacı 2018-11-08 13:15:57

Tarix elmi bir elmdir.Bəs bizim tarixçilər? Hansı elmdən danışa bilərlər ki. bu günə qədər Azərbaycnın müfəssəl tarixini yarada bilməyiblər.Hətta Nizami Gəncəvi X!-X!! əsr dəb bu yana Azərbaycanın tarixi aydın yazılmayıb.ERmənilər yeni eradan 5-6 min il əvvəli öz tarixlərində qeyd edir,amma bizim tarixçilər son 50-80 illə kifayətlənirlər.BUdurmu elm?Sifarişlə və ya yaltaqlıqla tarix yazmaq,tarixi uşaq ədəbiyyatın çevirmək nə vaxtdan elmsayılıb?r

mühasib 2018-11-08 13:15:57

Yaqub müəllim çox düz deyir, yüzlərlə əlil müəllimlər var normadan 2 dəfə artıq dərs almaq üçün şikayət etmədiyi yer qalmayıb, bunlar necə əlildi ki, sağlam müəllimdən 2 dəfə artıq işləyir ???

Pensiyaçı 2018-11-08 13:15:57

MİLLƏTİ MÖHTAC GÜNƏ SALANDA NƏ ETMƏLİDİR Kİ? Maaşlar aşağı,pensiyalar, müavinətlər heç kommunal xərclərə çatmır.hər yerdə smart sayqac,uşaqlar yetərincə qidalana bilmir,xəstəxanalar pullu ,dərmanlar baha,millət vəkilləri monopolist və biznesmen,ərzaq və digər mallar baha! Yaşa ay millət! Hələ bir deputatlar alldıqları orta əmək haqqından 5-10 dəfə artıq maaşlarına artım tələb edirlər.Dinyanın dağılası vaxtıdır.İz itib,məssəb qarışıb!Hələ birutanmadan milləti təhqir də edirlər!

R-n 2018-11-08 13:15:57

Bunun dedikleri duzdur,ancag millete aid deyil.Gorxusundan məmurların adini tuta bilmir.........aldigi paketdeki pullarin kimin bogazindan kesildiyini yegin yaxshi bilir...

Ələmdar Məmmədov-hüquqşünas. 2018-11-08 13:15:57

Əgər Yaqub müəllim bu sözləri deyibsə-kökündən səhvdir. 1.Qarqbağ savaşında bildiyinizdən daha çox adam iştirak edib deməli şəhid və qazilərimizdə təbii çox olub. 2.Bu xalq işləməyi bacarırmırsa-a).2-ci dünya müharibəsindən sonra ilk beşillik planı üç il yarımda SSRİ-də birinci yerinə yetirib,yüzlərlə adam Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.b)70-ci illərdə 14 keçici bayrağı hansı yollarala əldə edib? Siz bunları bilməlisiniz.Axı siz tarixçi-alim və akademiksiniz!

Abdulla 2018-11-08 13:15:57

Deyəsən bu deputatın Milli Məclisdə işi yoxdur.Bu "vəkil" hər şeyin yerində olduğunu düşünüb,bir əlillər qalmışdı.Onun ölkədə universitet bitirib minləelə işsiz qalan gəclərdən xəbəri varmı? Bir-birinin dalınca bağlanan şirkətlərdən çıxarılan insanların talei onu maraqlandırırmı? Aylarla evinə 1 kq ət alıb balalarına yedirdə bilməyən ailələri tanıyırmı?Ölkədə işsizliyin miqdarından xəbəri varmı,yoxsa elə bilir işsizlik 5 faizdən də azdır? Belə anlamazları neylərdin İlahi!

Sakin 2018-11-08 13:15:57

Hərə bir yolla qopartmaq istəyir, biri deputatlıqla, digəri məmur vəzifəsi ilə, əli çatmayan isə əlilliklə.

sevda agakiwiyeva 2018-11-08 13:15:57

senin arvadinin-qizinin-namusu ugrunda canindan-saglamligindan kecen veteranlar vay ay qoca-ozvuzunkuleri secirdiniz ay yap-secin hec olmasa agli bawinda adekvat adamlar secinde,ehhhh

ALLAHIN qulu 2018-11-08 13:15:57

BİRİNCİ QARABAG MÜHARİBƏSİNİN İKL GÜNLƏRİNDƏN DÖYÜŞƏN TƏRƏFLƏR ARASINDA ATƏŞKƏS BARƏDƏ BİŞKEK PROTOLU İMZALANADƏK VƏTƏNİMİZİN ƏRAZİ BÜTÖVLÜYÜ VƏ SUVERENLİYİ UGRUNDA DÖYÜŞMÜŞƏM.2012-Cİ İLƏDƏK 11 MANAT MÜAVİNƏT ALIRDIQ.TƏƏSSÜF Kİ O PULU DA BİZƏ ÇOX GÖRDÜLƏR VƏ HƏMİN İLDƏN MÜAVİNƏTİ DAYANDIRDILAR.VƏTƏNPƏRVƏRLİK HİSSİNİ ZƏİFLƏTMƏYƏ SƏBƏB OLAN BU YANLIŞLIGI DÜZƏLTMƏK LAZIMDIR.MİLLƏT VƏKİLİNİN BORCU MİLLƏTİN RİFAH HALININ YAXŞILAŞDIRILMASI UGRUNDA QANUNVERİCİLİK SAHƏSİNDƏ YORULMAZ FƏALİYYƏT GÖSTƏRMƏKDİR.

Sənan Ələsgərov Vedili 2018-11-08 13:15:57

Mahmud müəllim yaxşı adamdır. Yəqin ondan belə danışmağı xahiş ediblər . Birdəki düz deyir saxta əlillik və saxta veteran vəsiqəsi alanlar əsil əlillərdən iki dəfə çoxdur.

GƏRƏK Kİ: 2018-11-08 13:15:57

BAŞ PROKURORLUĞUN KOORUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİ YAQUB MAHMUDOV KİMİ İDEALLIQ AXTARAN VƏ "...hamı haradansa nəsə qoparmaq istəyir." DEYƏN BU DEPUTATIN BÜTÜN VAR-DÖVLƏTİNİ HARDAN ALMASI BARƏDƏ XÜSUSİ ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİ HƏYATA KEÇİRİB HESABAT TƏLƏB ETSİN Kİ: SƏN BU BOYDA VAR-DÖVLƏTİ HARDAN QOPARTMIŞSAN!

YAQUB sən kimsen, YOXSA: 2018-11-08 13:15:57

SƏN DEKLARASİYA TƏQDİM EDƏ BİLƏRSƏNMİ BU QƏDƏR PULU VƏ ƏMLAKI HARDAN TALAMISAN: 1. Şəkinin Baş Göynük kəndində əhalinin mal-qarasının otlaq yerlərini zəbt etmisən, 2. Şəkinin Soyuq Bulaq adlanan hissəsində möhtəşəm Villa tikdirmisən?

SIRAVİ VƏTƏNDAŞ OLARAQ: 2018-11-08 13:15:57

YAQUB MAHMUDOVDAN TƏLƏB EDİRƏM Kİ: ... ÖZÜNÜN VƏ SÜLALƏSİNİN MADDİ VƏZİYYƏTİ BARƏDƏ, O CÜMLƏDƏN AKTİV VƏ PASSİVLƏRİ BARƏDƏ BİR DEPUTAT KİMİ MİLLİ MƏCLİSƏ, NAZİRLƏR KABİNETİNƏ VƏ KOORUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİNƏ DEKLARASİYA TƏQDİM ETSİN! BELƏ Kİ: AR KONSTİTUSİYASINA ƏSASƏN: 1. HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI DÖVLƏT İDARƏÇİLİYİNDƏ İŞTİRAK EDƏ BİLƏR! 2. AZƏRBAYCANDA HAKİMİYYƏTİN MƏNBƏYİ AZƏRBAYCAN XALQIDIR! 3 AZƏRBAYCAN KONSTİTUSİYASI ƏN ÜSTÜN QÜVVƏYƏ MALİKDİR!

İDEAL DÖVLƏT-İDEAL CƏMİYYƏT-İDEAL İNSAN YOXDUR! 2018-11-08 13:15:57

GUYA YAQUB Mahmudov İDEAL İNSANDIR,.....

Atalar sözü: 2018-11-08 13:15:57

OĞRU ELƏ QIŞQIRDI Kİ, DOĞRUNUN BAĞRI ÇATLADI! .... MÜHARİBƏ VAXTI BAKIDA GİZLƏNMİŞ ŞÜLLERLƏR.....

o.b.n 2018-11-08 13:15:57

Bu həqiqətdir.Əgər saxta əlillər olmasa,ayrılan pullar həqiqi müharibə əlıllərinə çatsa,onlarda normal yaşayar,5-6il bundan əvvəl Xorasandan gəlib Bakıda saxta Milli qəhraman sənəti düzəldib hər cür təhcizata sahib olmuşdu. Ancaq Tərtəri qoruyana heç olümündən sonrada Qəhraman adını vermədilər.Cənab deputat MİLLƏTİ təhqir edincən fikirləşsin ki,o saxta vəsiqəni sadə millət yox,məmur verir.Yaxşı olardı belə yazaydınız,,BİZ ƏBƏDI MƏMURLAR HƏR ŞEYƏ HAZIRIQ NƏYİSƏ QOPARAQ.Oxu bu qəzeti,MB,Kömruk,MTN nə başqaları

oxucu 2018-11-08 13:15:57

Özünüzü biabır etməyin ay " Millət vəkili" sizin mandatınız necədir onlarən da əlillik vəsiqəsi elədir ,alimsiz fərqi özünüz ayrıd edin görək kim xalqa çox divan tutur.

Omar 2018-11-08 13:15:57

Birce söz deyə bilərəm-bu milletin daşı düşşsün siz deputat-məmur-oliqarxların başına.

qurd 2018-11-08 13:15:57

.................

elsevər 2018-11-08 13:15:57

Tutaq ki , deputat ağanın dediyi kimidir. Əcəba bəs milləti bu günə kim qoyub ? Hünərin varmı deməyə - cənab saxta tarix istehsalçısı ?

t.ədalət 2018-11-08 13:15:57

Yaqub müəllim sovet dövrünün etibarlı kadrlarındandır.Onun doğulduğu bölgənin əhalisi balalarını saxlamaq üçün dırnaqları ilə yer eşir.Bu millət işləməyi bacarır.Sadəcə olaraq,onun haqqını əlindən alıb quru yurdda qoyublar.Veteranlara verilən vəsiqələr xüsusi komissiyalardan keçir.Yaqub müəllim rahat ola bilər ki,pensiyaya çıxan veteranların müavinətləri verilmir.Azərbaycan xalqı haqqı olan pensiyanın 25 faizini alır.Dərd budur!

Oruc: 2018-11-08 13:15:57

Azpoltika sayt olaraq qərəzli məlumat yaymaqda ustadi. Y.Mahmudovun söylədiyi fikirlər doğru ve əsaslıdır. Say isə onu MİLLƏTİ Aşagılayan çıxış baslığı ilə erib. Alimin fikirində heç bir aşagılayıci fikir yoxdur. Yaxşı olar ki Azpoltika düzgün təqdim etsin

İRADƏ 2018-11-08 13:15:57

Nə düşünürsüz...saxta mandatla 5min alan deputat qorxuludur..yoxsa,saxta sənədlə 50 manat müəavinat alan sıravi ``veteran`` vətəndaş.Onlardan hansı Xalqa yaxındır.maraqlı olan budur Yaqub məllim.

Vətəndaş 2018-11-08 13:15:57

Yaqub Mahmudov özü üçün və qohum-qardaşları üçün çalışan adamdır Deputat olduğu illər ərzində bir seçiciyə qanuni köməklik göstəribdirmi? Mən deyərdim Xeyr.Söz qovluğundan istifadə edərək özünü vətənpərvər kimi göstərmək istəyir..o yalnız özü üçün yaşayan adamdır,ondan heç kim xeyr görməyibdir ?Şəkinin Baş Göynük kəndində əhalinin mal-qarasının otlaq yerlərini zəbt edib, Şəkinin Soyuq Bulaq adlanan hissəsində möhtəşəm Villa tikdiribdir...........................?

Zaur 2018-11-08 13:15:57

Yaqub müəllim siz əlillik dərəcəsi alanları yox, əlillik vəsiqəsini verənləri qınayın.Saxta üsullarla deputat olanlar var, onlardan danışın.

Məmmədqulu 2018-11-08 13:15:57

....Millət vəkili millətin dərdini-sərini, ağrısını-acısını bağlı qapıları döyüb oradakı kar qulaqlara, oğru əllərə, rüşvətxor tiplərə, harın həpəndlərə çatdırmalıdır! Sənsə bu söhbətdə həmən o həpəndlərin adamı kimi çılxış edirsən! Milləti işlətmək istədiyin iş yerlərinin, zavorların, fabriklərin adlarını, ünvanlarını sadalaya bilərsənmi cənab ...... P.S. "Körpülərin altındakı iş yerləri artıq tutulmuşdur". Rəsul Rzadan kitab yazmısan.Bu sənə haqq vermir ki, milləti aşağılayasan!

NURəddin 2018-11-08 13:15:57

Bu adam türk deyil, amma türk tarixi yazır. Bilməyənlər bilsin.Xalqı dilənçi vəziyyətinə salıb sonra adına ələbaxan deyirlər. GÖRMƏMİŞLƏR! ....

Səməd 2018-11-08 13:15:57

BU MİLLƏT? BƏS SƏNİN MİLLƏTİN NƏDİR KİMDİR? TORPAQ UĞRUNDA SƏNİN ÖZÜN UŞAQLARIN ŞƏHİD OLSA YAŞLI KİŞİSƏN BELƏ İMANSIZ DANIŞMAZSAN.

SUAL 2018-11-08 13:15:57

Yaqub, sen boqazina qalstuk baqlayaraq, ozunu hamidan AQILLI hesab edirsen????? Sen ozun uchun, "deputat" mandatini QOPARIBSAN ve KEYF EDIRSEN..... Ozune SUAL ver, senin .... elameti varmi???? Sen, HIYLEGERLIKLE QOPARIBSAN........ "deputat" mandatini....., ANLADINMI .....???????

ayzek 2018-11-08 13:15:57

Ay Yaqub müəllim!Siz millətə iş yerləri açıb fərli-başlı maaş verin görün bir adam işsiz dayanır?Get bax, Hollandiyada zibil təmizləyən səndən çox maaş alır...Millətə verdiyiniz qəpik-quruş dəysin başınıza!

Səlahəddin 2018-11-08 13:15:57

Hörmətli deputat,hər şeyə açıq gözlə baxmağı bacarmaq lazımdır! Bu milləti cüzi maaş,müavinət,pensiya miqdarı ilə o günə salmısınız ki,insanlar hətta zibil qutularını eşələyir.Bir bundan xəbərin varmı? Əvvəlcə insanlara normal ( orta ) yaşayış şəraiti yaradılmalıdır.Sizin təsdiq etdiyiniz yaşayış meyarı ilə Siz bir həftə yaşaya bilərmisiniz? Bir bunu düşünmüsünüz? Bəs Milli Məclis nəyə gərəkdir.Orada siyahi ilə oturub öz biznes,monopoliyanızı idarə etmək üçünmü?

Yaqub Mahmudox cənablarına 2018-11-08 13:15:57

Yaqub müəllim,bu sözlər Vəzifədə olanlara,deputatlara daha çox yaraşır.Veteran vəsiqəsini millət vermir.Ancaq vəzifədə olanlar və deputatlar arasında milliyyəti saf olmayan qarışıq və digər millətin adlarını dəyişmiş nümayəndələri mövcuddur ki, Sizin sözləriniz onlara yaxındır.Misal üşün YAP-ın işdən çıxarılıb milyardlar yeyən məmurlar və hələ də davam edənlər,monopoliya,bizneslə məşğul olan deputatlar və sairə. Adresi səhv salmayın,cəsarətiniz varsa onları ifşa edin.

G.M 2018-11-08 13:15:57

Dedikləri həqiqətdir.Hamıya məlumdur ki,Əlillik və veteran vəsiqələrini i məmurlar satıb.Özünü elə aparır ki,guya nə işə kəşv eliyib.Saxtakarlıq Yuxarıdan ,aşağı gəlir.Deputat,Nazir,İH Başçılarından xəbərsiz saxtakarlıq mövcud ola bilməz.

Dövlətimizi sevən 2018-11-08 13:15:57

Hər bir deputat xalqın rifahı üçün çalışmalıdır və seçilmiş bölgənin əhalisinin qayğısına və dərdinə şərik çıxmağı bacarmalıdır.Əfsuslar olsun ki, Yaqub Mahmudov təyin olunmuş bölgənin əhalisi ilə maraqlanmaq belə istəmir,yalnız ondan köməkçisi Gündüz qidalanır,ayrı heç kim ?. Bir soruşan yoxdur ki, ay Yaqub müəllim təyin olunduğun gündən,bu günə kimi Şəkinin əhalisi ilə maraqlanmısanmı, seçicilərlə br dəfədə olsa görüş keçirmisənmi? İclasdan-iclasa Şəkiyə gəlib gedirsən,vəssalam...

Bulud Xan 2018-11-08 13:15:57

Yaqub kişiyə deyən yoxdur ki, əsil ələ baxan özünsən. Azərbaycan tarixini zəif bildiyin halda ən yüksək elmi adlar almısan, deputat yerini uzun illər məşqul edib zəhmətsiz, filansız ayda yüksək maaş alıb kef edirsən.... Barı sən danışma. Millətlə işin olmasın.

Bəhram Qarabaglı 2018-11-08 13:15:57

Ümumxalq İŞLƏRİNƏ geniş-samballı тəməl-isтünlük verənlər çox azdır. Hər zəruri dovləтi məsələ bircə aуa həll olunacaq "Qarabag problemi" kimi ozəl səlahiууəт çərçivəsində və MM-in də iradəsizliуindən illərlə уubadılıb. Gəlin, büтün nefт və digər sərvəтi buraxaq 18 уaşına çaтmaуanlara, əlillərə, qocalara, veтeranlara və gələcək nəslin fonduna.

SAVALAN 2018-11-08 13:15:57

Cənablar! Şərh yazıb bu y. mahmudov kimi vicdanını abort etdirənləri hörmətə mindirməyin. Kül onda millətin başına oldu ki , belələrinə tarix yazmaq tapşırıldı...

bisavad 2018-11-08 13:15:57

Dövlətdən və millətdən oğurladığı pulların hesabına KAMAZ boyda minik maşınları, topdağıtmaz villalar,Türkiyədə evlər alanların adları heç bir deputat tərəfindən açıqlanmır. Əlillərin zəlillərin aldığı qəpik quruşdan isə yüksək çinli məmurlar yana yana danışır

Son yazılar